Milli Aviasiya Akademiyası "Aerokosmik informasiya sistemləri" kafedrası " Neyron şəbəkələri və neyrokompüterli sistemlər" fənni üzrə mühazirə



Yüklə 434,11 Kb.
səhifə22/34
tarix07.03.2022
ölçüsü434,11 Kb.
#53462
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
Neyron şəbəkələri və neyrokom müh (1)

Obraz anlayışı

Həyatda bir sıra xüsusi tip çoxluqlar mövcuddur. Bu çoxluqların xarakterik xüsusiyyətləri vardır ki, bu da özünü onda göstərir ki, insanlar (həmçinin heyvanlar) çoxluğun sonlu saylı obyektləri ilə tanış olduqdan sonra onun istənilən qədər böyük saylı başqa nümayəndələrini tanımaq qabiliyyətinə malik olurlar (yəni müxtəlif predmet və hadisələrdən ayırmaq). Bu tipli çoxluqları obraz adlandırmaq olar. Bu anlayışdan görünür ki, burada “obraz” termini dərk etmə nəzəriyyəsində qəbul olunmuş termindən fərqli məna kəsb edir.

Obrazlara misal olaraq aşağıdakı çoxluqları göstərmək olar: «kişilər», «qadın portretləri», «”a” hərfləri», «5 rəqəmləri» və s.

Hadisələrin obraz formasında dərk edilməsi ətraf mühitin dərk edilməsi prosesində mühüm rol oynayır. Bu ilk növbədə yaddaşdan səmərəli istifadə olunmasına imkan verir, belə ki, o biri konkret hadisələrin çox saylı çoxluğunun yadda saxlanılması zərurətindən azad edir.

Obraz anlayışından görünür ki, obrazın bizim üçün yeni obyektlərinin “tanınmasına” qədər öyrədilmə prosesi baş verir. Öyrədilmə zamanı biz müəyyən saylı obyektlərlə tanış oluruq. Bundan başqa hər hansı bir mənbədən hər bir obyektin hansı obraza aid olması barəsində məlumat alırıq (misal üçün daha təcrübəli insandan – “müəllimdən”). Məhz bu qayda ilə biz savad əldə edirik (müəllim bizə hərfləri göstərir).

Obrazların xarakterik xüsusiyyətinin obyektivliyi ondadır ki, obrazın müxtəlif obyektlər qrupunda öyrədilən insanlar, əksər hallarda eyni və bir-birindən asılı olmayaraq eyni bir yeni obyektləri təsnif edirlər. Obyekt az və ya çox təhriflərə məruz qalsa da, o yenə həmin obrazın obyekti olaraq qalır. Məntiqi anlayışlar isə obraz ola bilməzlər. Misal üçün həndəsi mənada üçbucaqlar və ya çevrələr obraz deyillər, misal üçün çevrə kiçik bir deformasiyadan sonra öz həndəsi mənasını itirir.

Obrazların əsas xüsusiyyətinin obyektiv xarakteri “obrazların tanınmasının öyrədilməsi prosesini maşında modelləşdirmək olarmı?” sualını qoymağa imkan verir.


Yüklə 434,11 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin