Sistemin yaradılması modulu qaydalar yığımının yaradılmasına xidmət edir. Sistemin yaradılması modulunun əsasını təşkil edən iki yanaşma mövcuddur: proqramlaşdırmanın alqoritmik dillərindən istifadə və ekspert sistemlərinin örtüklərindən istifadə.
Biliklər bazasının təqdimi üçün xüsusi olaraq Lisp və Proloq dilləri işlənilmişdir, baxmayaraq ki, istənilən məlum alqoritmik dildən də istifadə etmək olar.
İntellektual texnologiyaların tətbiqi
Ekspert sistemlərinin (ES) tətbiqi. Ekspert sistemləri-süni intellekt oblastında inkişaf edən istiqamətdir. Bütün özünün mövcud olduğu dövr ərzində ekspert sostemlərinə artan marağın səbəbi onların insan fəaliyyətinin ən müxtəlif oblastlarının məsələlərinin həlli üçün onların tətbiq imkanlarının olmasıdır. Elə bir predmet oblastı yoxdur ki, orada heç bir ES yaradılmasın, hər halda bu cür cəhdlər edilməsin.
ES –in köməyi ilə həll edilən məsələlərin əsas tipləri:
1. İnterpretasiya, giriş verilənlərinin mahiyyət tərkibinin təyini;
2. Müşahidə olunan situasiyaların nəticələrini ıvvəlcədən söyləmək;
3. Simptomlara görə nasazlıqların diaqnostikası;
4. Müəyyən olunmuş məhdudiyyətlərə rəayət etməklə verilmiş xüsusiyyətli obyektin konstruksiya edilməsi;
5. Obyekti arzu olunan vəziyyətə gətirən hərəkətlər ardıcıllığının planlaşdırılması;
6. Obyektin dəyişən vəziyyətinin izlənilməsi vəonun parametrlərinin müəyyən olunmuş və ya arzu olunan parametrlərlə müqayisəsi;
7. Arzu olunan davranışa nail olmaq məqsədilə obyektin idarə olunması;
8. Nasazlıqların axtarışı;
9. Öyrədilmə.
Dostları ilə paylaş: |