Giriş neyronları təsvirin sadə əlamətləri üçün təyin olunmuşlar.Hər bir çıxış neyronuna əlifbanın müəyyən hərfi və ya rəqəm müvafiq olur.Gizli neyronlar şəbəkənin giriş obrazlarının geniş çoxluğunun düzgün təsnifat etmə qabiliyyətinin təmin edilməsi və ya hesablama gücü üçün zəruridirlər.
Neyrokompüterli sistemlərə giriş
Neyron şəbəsi –paralel və paylanmış hesablamaların yeni modelidir. Neyron şəbəkəsi 6-cı nədsl maşınların qurulmasının əsas arxitektur prinsiplərindən biridir. Süni neyron şəbəkələrinin əsasını onların müntəzəm olmayan məsələlərin öhdəsindən gəlməyə imkan verən canlı yeyroşəbəkələrin aşağıdakı xüsusiyyətləri təşkil edir:
sadə emal elementi-neyron;
informasiyanın emalında çox böyük saylı neyronların iştirakı;
hər bir neyron digər böyük saylı neyronlarla əlaqədədir;
neyronlar arasında əlaqəlırin çəki əmsallarına görə dəyişməsi;
informasiya emalının kütləvi paralelliyi.
Bu xüsusiyyətlərə malik olan şəbəkələr informasiya emalının konneksionist modellər sinfinə məxsusdurlar. Onların əsas xüsusiyyəti- emaledici elementlər arasındakı çəkilmiş əlaqələrdən informasiyanın yadda saxlanılması vasitəsi kimi istifadə edilməsidir. Emal elementlərin böyük sayı ilə eyni zamanda aparılır. Burada hər bir neyron digər böyük saylı neyronlarla bağlıdır. Buna görə də neyron şəbəkəsi nasazlıqlara davamlıdır və tez hesablamalar qabiliyyətinə malikdir.konkret məsələnin həlli üçün neyron şəbəkəsinin verilməsi-aşağıdakıların təyin ounması deməkdir:
Neyronun modeli