“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
“Aerokosmik informasiya sistemləri” kafedrası
“Neyron şəbəkələri və neyrokompüterli sistemlər”
fənni üzrə mühazirələrin
KONSPEKTİ
Tərtib edən: t.e.d.,professor İ.M.İsmayılov
BAKI-2022
İntellektual texnologiyaların əsas anlayışları
İntellektual texnologiyalar – verilənlərin generasiyası, analizi, interpretasiyası və istifadəsi həyata keçirilən sistemdir.
İntellektual texnologiyaların üç əsas kateqoriyaları mövcuddur – istismar texnologiyaları, əşyaların İnternet texnologiyaları və informasiya texnologiyaları. Hal hazırda ən geniş yayılmış və populyar olan əşyaların İnternet texnologiyalarıdır.
İntellektual texnologiyaların işlənilməsi problemi çoxşaxəlidir. Bu problemin həllində onun fəlsəfi aspekti mühüm rol oynayır. Bu aspekt texnologiyanı işləyənləri tarixi təcrübənin tətbiqinə istiqamətləndirir. Təbii haldır ki, intellektual texnologiyalar şəxsiyyətin intellektini formalaşdırmalıdır. Şəxsiyyətin intellekti dedikdə düşünmə, sərfəli anlama, elmi məhsulun yaradılması və intellektual fəaliyyətin digər növlərinin dərk edilməsi qabiliyyəti başa düşülür.
Qeyd olunan mövzunun təbii davamı “texnologiya” anlayışının şəxsiyyətin keyfiyyətli intellektual xüsusiyyətləri ilə birləşdirilmiş halda təyin olunmasına əsaslanmalıdır.”Texnologiya” termininin kifayət qədər müxtəlif təyinatları mövcuddur. Mühəndis mühitində ən geniş yayılmışı məsələnin həllinin və ya problemin qaydaları, metodları, üsullarının yığımı kimi texnologiyanın “texnokrat” təyinidir.
Hal hazırda texnologiyanın bir sıra alternativ ümumi təyinatları vardır. Fəlsəfi aspektdə texnologiya dedikdə materiyanın hərəkət forması başa düşülür – inkişaf edən və insan tərəfindən idarə olunan məmulatın, enerjinin, informasiyanın müxtəlif formalarının məqsədyönlü dəyişməsi proseslərinin təbiət-sosial yığımı.
Dostları ilə paylaş: |