İstifadəçi interfeysi. Menecer (mütəxəssis) informasiyanı və komandanı ekspert sisteminə daxil edilməsi və ondan çıxış informasiyasının alınması üçün interfeysdən istifadə edir. Komandalara bilikləriin emalı prosesini istiqamətləndirən parametrlər daxildirlər.
Ekspert sistemlərinin texnologiyaları çıxış informasiyası kimi nəinki həllin alınmasını, həm də zəruri izahatın alınması imkanını nəzərdə tutur.
Biliklər bazası problem oblastını, həmçinin faktların məntiqi qarşılıqlı əlaqəsini təsvir edən faktlara malikdir. Biliklər bazasında mərkəzi yeri qaydalar tuturlar. Qayda verilmiş konkret şəraitdə nə etmək lazım olduğunu müəyyən edir və iki hissədən ibarət olur: yerinə yetirilə bilən və ya yetirilə bilməyən şərt və əgər şərt yerinə yetirilirsə həyata keçiriləcək fəaliyyət.
Ekspert sistemlərində istifadə olunan bütün qaydalar qaydalar sistemini təşkil edirlər.
Predmet oblastının xüsusiyyətindən və layihələndiricinin bu və ya digər dərəcədə peşəkarlığından asılı olaraq bir və ya bir neçə semantik modellərin köməyi ilə təqdim oluna bilərlər.
İnterpretator. Biliklər bazasında yerləşən biliklərin müəyyən qaydada emalını həyata keçirən ekspert sisteminin bir hissəsidir. İnterpretatorun işinin texnologiyası qaydalar yığımının ardıcıl bxılmasına gətirilir.
Dostları ilə paylaş: |