Obrazların tanınması. Bu istiqamətdə obyektlərin tanınması obyektlərin siniflərə aid edilməsini təmin edən xüsusi riyazi aparatın tətbiqi əsasında həyata keçirilir, siniflər isə əlamətlərin müəyyən qiymətlərinin yığımı kimi təsvir olunurlar.
Oyunlar və maşın yaradıcılığı. Maşın yaradıcılığı kompüter musiqisinin bəstələnməsini, serlərin yazılmasını, yeni obyektlərin ixtirası üçün intellektual sistemlərininyaradılmasını əhatə edir.
SÜNİ İNTELLEKT BARƏSİNDƏ ÜMUMİ ANLAYIŞLAR.
Süni intellekt sisteminin əsas məsələsi kompüteri daha faydalı etmək və intellektin əsasında qoyulmuş prinsipləri başa düşməkdir.
Süni intellekt süni beyin , kibernetik maşınlar və biliklərin təqdim olunması sahəsində görülən işlərin nəticəsi və ya davamıdır. Süni intllekt insanlar tərəfindən ağıllı bir həll kimi qəbul edilən, hesablama maşını tərəfindən görülən işlərin konsepsiyası haqqında bir elmdir. Süni intellektin tədqiqatında 4 əsas sahəni qeyd etmək olar. Bu əyani olaraq aşağıdakı şəkildə verilmişdir.
Tədqiqatların birinci oblastı yaradıcı əməliyyatların EHM-də canlandırılması ilə əlaqədardır. Bu tədqiqatlar çərçivəsində , məsələn şahmat oyunu üçün proqramlar, həmçinin musiqi əsərlərinin yaradılması üçün proqramlar hazırlanırlar.
Tədqiqatların ikinci oblastı EHM-lərin özlərinin intellektuallaşdırılması probleminin həllidir. Bu tədqiqatların nəticələri hesablama maşınlarının özləri olmalıdır və bu maşınlarla müvafiq hazırlığı olmayan istifadəçilər işləməlidir. Bu zaman hesablama maşını ilə ünsiyyətin mürəkkəbliyi məişət aparatlarının istismarı mürəkkəbliyindən yüksək olmamalıdır.
Tədqiqatların üçüncü oblastı informasiyanın emalının və məsələlərin həllinin yeni prinsiplərinin yaradılması ilə əlaqədardır. Bu prinsiplər süni intellektin xarakterik xüsusiyyətlərindən istifadə edir və hər şeydən əvvəl insanlar yaradıcılıq işləri ilə məşğul olan zaman istifadə etdikləri biliklərdən istifadə edirlər. Burada avtomatik proqramlaşdırma sistemləri EHM üçün proqramlar hazırlayırlar.
Tədqiqatların dördüncü oblastı intellektual robotların yaradılması ilə əlqədardır. Bu robotlar real mühitdə onların yerdəyişməsi ilə , həmçinin gözlə görünən informasiyanın emalı və s. ilə əlaqədar olan mürəkkəb məsələləri həll etmək qabiliyyətinə malik olmalıdırlar.
Dostları ilə paylaş: |