KÖRPƏLƏR EVİ
1
Atdı anasını ikinci oğul,
Anası bir kəlmə dedi: "Çox sağ ol!"
Nə desin taleyin sərəncamına.
Qocalar evinə sığındı ana.
O gedir bazara hər bazar günü,
Gah gül-çiçək alır, gah da oyuncaq.
Körpələr evinə atır özünü,
Gözləyir yolunu orda bir uşaq.
Körpələr evində hamı bir yana,
Çilli bir uşağa meylmi salmış.
Onu görən kimi basmış bağrınıa,
Demiş: - Sən atılmış, mən də atılmış.
O gündən bəri,
Bazar günləri,
Körpələr evində bir canlanma var,
Nənəni gözləyir bütün uşaqlar.
________________Milli Kitabxana______________
247
O çilli körpə,
Ürəyi sevgidən nisgilli körpə
O gündən bəri,
Gözləyir nənəni bazar günləri.
Körpələr evində bir toy-büsat var,
Uşaqlar sevinir, əylənir yenə.
Ürəyi nisgilli körpə balalar
Toplaşıb ananın yan-yörəsinə.
Dünyaya gələli onlar dünyadan
Yamanlıq görüblər, bəli, yamanlıq.
Yetimlər hər kəsdən yalnız hər zaman
Bir xoş baxış umar, bir mehribanlıq.
Hamıdan çəkinər, hamıdan hürkər,
Sınıq ürəkləri şüşədən kövrək.
Nə dəcəllik bilər, nə şıltaq bilər,
Onların baxışı inamsız, ürkək.
Onlar nə xoş sifət,
nə sığal görər.
Baxımsız bağlardan,
de, bağ olarmı?
Körpə şıltaq edər, ana götürər,
Anasız körpələr şıltaq olarmı?
Onlar dayələrdən məhəbbət umar,
Buna nə hövsələ, nə də macal var.
Atanın, ananın xətrinə ancaq
Tanış da, biliş də körpəni oxşar.
Onun etdiyini yad edə bilməz,
Dayənin xoş sözü, nəvazişi də
Körpə ürəkləri isidə bilməz.
Ana sevgisinə varmı bir əvəz?
Ana sevgisinə körpə həsrəti
Kim deyir ən böyük bir həsrət deyil!
Dayənin sığalı, adi hörməti
Vəzifə borcudur, məhəbbət deyil.
________________Milli Kitabxana______________
248
Uşaq ürəyini aldatmaq olmaz.
Yanılır o qəlbə qıyıb hökm edən.
Seçir,
körpə qəlbi həssasdır, həssas,
Əsl məhəbbəti saxta sevgidən.
Uşaq böyüdükcə
dərdi-səri də
Böyüyür özüylə birgə ilbəil.
Dayənin uşaqdan tələbləri də
Ancaq tərbiyədir, məhəbbət deyil.
Dəcəl körpələrin nazı, şıltağı
Dayənin gözündə qüsurdur, əlbət.
Ana məzəmməti, ata danlağı
Ancaq məhəbbətdir, ancaq məhəbbət!
Yaman kövrək olur, yamanca həssas
Yetim ürəklərin eşqi, fitrəti.
Bir ana qucağı, bir isti nəfəs
Onların ən böyük könül həsrəti!
Ürəyi həsrətlə şişib dolsa da,
Nə cürəti olar, nə cəsarəti.
Belədir...
Adları uşaq olsa da,
Uşaqlıq onların deyil qisməti.
Durarlar uzaqda, baxarlar gendən,
Gözlər intizarlı, baxışlar dərin.
Onların üzünə qərn kölgəsindən
Basılıb möhürü kimsəsizliyin.
Uşaq ürəyini aldatmaq olmaz,
Yanılır o, qəlbə qıyıb hökm edən.
Seçir,
uşaq qəlbi o qədər həssas,
Əsl məhəbbəti saxta sevgidən.
________________Milli Kitabxana______________
249
Məhəbbət! Həmişə möhtacıq ona,
Onsuz nə dərk edər, nə duyar insan.
Məhəbbət bəslərmi başqalarına
Məhəbbət görməyən başqalarından?
Əgər qəlbimizdə məhəbbət yoxsa,
Onu balalardan almaq çox çətin!
Onlardan məhəbbət umacağıqsa,
Amandır, onlara məhəbbət verin!
Körpələr evinə gəlir arabir
Uşaq götürməyə sonsuz qadınlar.
Elə ki körpələr bunu hiss edir,
Gəl, gör, otaqlarda nə çaxnaşma var.
Çiçi paltrını geyinir o gün,
Hələ güzgüyə də baxır uşaqlar.
Bəzənir, düzənir,..
Bəyənilməkçün
Görün nə oyundan çıxır uşaqlar.
Yanaşır qadına...
Baxır üzünə.
Baxışda yalvarış, baxışda üsyan.
Baxır matdım-matdım,
O, dönə-dönə,
Baxışlar qışqırır: "Mən sənin balan!"
Ağır... Bu mənzərə nə qədər ağır!
Ürəklər çırpınır...
Gözlər intizar.
Burda özlərinə ana axtarır
Ana qucağına həsrət balalar.
Qırılır ümidi, tutulur yenə,
Bir küncə qısılır bəyənilməyən.
Baş vur o ürəyin dərinliyinə,
İtərsən, batarsan o ürəkdə sən.
________________Milli Kitabxana______________
250
2
Körpələr evində bir toy-büsat var,
Uşaqlar sevinir, əylənir yenə.
Ürəyi nisgilli körpə balalar
Toplaşıb qarının yan-yörəsinə,
Uşaqlar oynayır, atılıb-düşür,
Qarının qəlbində güllər öpüşür.
O, çilli körpəni basır bağrına,
"Cırtdan" nağılım danışır ona:
- Kim yatıb, kim oyaq?
Dillənir uşaq:
- Hamı çoxdan yatıb, tək Cırtdan oyaq.
Cırtdanın anası yoxmu, ay nənə?
Onun da anası...
- Nə deyim sənə?
Bilirsən, ay bala, Cırtdan...
-Hə, Cırtdan...
- İgiddir yaman.
O divi...
- Öldürər... Qorxmur heç nədən.
Böyüyüb Cırtdanla dost olacam mən.
- Yaxşı, mənim balam...
Keçdi bir qədər
Onlar çox danışıb, çox gülüşdülər.
Əvvəlki mətləbə qayıtdı yenə:
- Hə, bəs... sənin anan, yoxmu, ay nənə?
- Mən özüm anayam.
O, döndü birdən
Bələkli kuklanı götürdü yerdən.
Qışqırdı: - Bunun da anasi mənəm.
Heç kəsə, heç kəsə bunu vermərəm!
- Di, yaxşı, qoy olsun o, sənin balan.
Axı, kimdir onu əlindən alan?
- Bəs sənin evin var?
Nə desin ana?
-Var!
- Məni evinə sən aparsana.
________________Milli Kitabxana______________
251
Niyə aparmırsan?..
Hə, dillənsənə.
Ana danışmadı. Susdu.
- Ay nənə.
Yaşardıq bir yerdə biz nənə-bala.
Anaya oxşayan gözəl bir xala
Apardı özüylə dünən Adili.
Titrədi ananın dodağı, dili.
-Adil anasını tapdı... ay nənə...
Bəs mənim...
Ardını demədi.
Yenə
Susdular...
Baxışlar danışdı lal-kar,
Onlar birdən-birə qucaqlaşdılar.
Söhbətə bu yerdə xitam vuruldu.
Artıq nə danışım, artıq nə deyim,
Gizli duyğularla boşaldı, doldu
Anadan yetimlə, baladan yetim.
Ana heç bilmir ki, nə duyğudur bu?
Niyə bu duyğunun əsiri oldu?
Yenə də qəlbində sonsuz diləklər,
Niyə bu duyğuya o səcdə qılmış?
Tapar bir-birini sınıq ürəklər,
Tapar bir-birini iki atılmış.
Atılmış!
Atılmış, həqiqətdi bu –
Birinin əvvəli, birinin sonu.
Adını təmizə çıxarmaq üçün
Körpəsini atan o bədbəxt gəlin,
İçində göynəyib daim hönkürən
Analıq hissini axır kiritdi...
Keçdi bir qədər,
Gözəl bir insana o ərə getdi...
Sandı ki, körpədə itirdiyini
Ərində tapacaq...
Olmadı ancaq!..
Olmadı... Asıldı öz diləyindən.
________________Milli Kitabxana______________
252
İkinci körpəni gözlədi müdam...
Demə, öz ilkini atdığı gündən
Onun analığı olubmuş tamam.
Davalar, dərmanlar kara gəlmədi,
Analıq istədi, ala bilmədi.
Küçədə, bayırda o, neçə-neçə
Qucağı körpəli ana görüncə
Qısqandı... Həsrətlə süzdü qadını
Tək özü dinlədi öz fəryadını...
İtkin körpəsinin doğum günündə
O, qara geyindi, o yas saxladı.
Amma bir gümana ümid bağladı.
Atdığı körpəni o, tapmaq üçün
Uşaq evlərinə baş vurdu hər gün
- Bəlkə, o burdadır... xəbərsizəm mən...
Əgər burdadırsa, hansıdır görən?
Bəlkə, bu?.. Oxşamır... Amma, bax, bunun
Yamanca oxşayır mənə göz-qaşı...
Yox, bu, balacadır... Onunsa bu gün
Axı, tamam olur düz yeddi yaşı...
Baxır o, sağına, soluna baxır,
Doğma balasını tanımır ancaq.
O, hardan biləydi öz övladıdır,
Böyründə dayanmış bu çil-çil uşaq.
SON SÖZ
Məhkəmə qurulsun!
Atılmışların
Uzaq, gözdənuzaq sığınacağında.
Vicdanlar əyləşsin o gün hakimin
Biri sol yanında, biri sağında.
Məhkəmə qurulsun, hökm verilsin,
Hər kəs haqqını yox, borcunu bilsin!
Balasını atan analar ilə
Anasını atan balalar gəlsin.
________________Milli Kitabxana______________
253
Atsın gülləsini öz cəbhəsindən
Özünü haqq bilən dillər birbəbir.
Amma bu atəşin qorxma səsindən,
Hədəfi yenə də öz cəbhəsidir.
Həyat sınağından çıxan "zirəklər"
Haqqını istəsin, borcunu dansın.
Balaya, anaya qıyan ürəklər,
Məhkəmə önündə niyə utansın?
Xəcalət! Utanmaq! Namusun, arın
İlkin meyvəsidir...
Umma sən ondan!
Vicdan hakimini aldadanların
Qorxusu olarmı haqq divanından?
Məcəllə hökmüylə xatırlanan borc
Yaxşıdır min dəfə ödənilməsə.
Verilən cəzanın kimə nə xeyri,
Günahkar özündə günah bilməsə?
Zorla borc ödətmək?
De, kimə gərək?
Deyirəm hökm də həzin nəğmə tək
Könüldən-könülə axsın, duyulsun!
Məhkumun üzünə oxunan hökmün
Məqsədi - qanmazı qandırmaq olsun!
Qanmaqda cəza da, ədalət də var.
Qansın!
Borcundan da bir boy ucalsın!
Sevgiyə, qayğıya möhtac olanlar
Ancaq sevgiylə də haqqını alsın!
1976-1978
________________Milli Kitabxana______________
254
Mərhum bəstəkarımız Qəmbər
Hüseynlinin xatirəsinə
Mənim dostum idi, mahnılarından
Torpaq ətri gələn bəstəkar Qəmbər.
Dillərdə gəzərdi bizim bir zaman
Qoşa yazdığımız şirin nəğmələr.
Xoşuna gələndə yazdığım şeir,
Sözün alovuna bürünərdi o.
Bir anın içində tamam dəyişər,
Başqa bir sifətdə görünərdi o.
Şeiri dönə-dönə o, oxuyardı,
Sözün nəğməsinə dalar, uyardı.
Sonra dindirərdi astadan tarı,
Muğam naxışları, muğam xalları
Süzülüb axardı barmaqlarından;
Külçə gotürərdi söz dağlarından.
Alardı ilhamı sözdən, şeirdən,
Sənət meydanında çapan bəstəkar;
Muğamdan nəğməyə keçərdi birdən
Şeirin nəğməsini tapan bəstəkar.
Amma həmişə
Ala gözlərində bir kədər vardı.
Bilirdim, zamanla gəlmiş döş-döşə,
Odur ki, hər yerdə az danışardı.
Özü deməmişdi, bilirdim,
onu,
Neçə il qabaq
Həbs eyləmişlər.
ATILMIŞLAR
________________Milli Kitabxana______________
255
Günahı nə imiş, bilmirdim, ancaq
Nə mən soruşardım,
Nə o deyərdi.
Söhbət bu mətləbə yaxınlaşanda
Sözü dəyişdirib təzələyərdi.
Açıqca görürdürn, gizli dərdi var,
Adamlar içində çox zaman susar,
Xatalı söhbətdən yan keçərdi o,
Yüz ölçüb, min ölçüb,
Bir biçərdi o.
Neçə il zindanda əzab çəkəli
Dolandı həmişə o, səksəkəli.
Məgər yalnız omu?
Xeyr, hamımız.
Qaldı gözümüzdə bütün kamımız.
Qorxu qayda oldu, adicə qayda,
Qorxudan don biçdi əyninə illər.
Bu məmləkət boyda həbsxanada
Dustaq olmadıqmı hamımız məgər?
Gülmədi bir dəfə üzünə illər,
Kiçik bir daxmada yaşadı Qəmbər.
İçində dəfn etdi dərdi-sərini,
O bildi, yox imiş yazıya pozu.
Tar üstə yaratdı nəğmələrini,
Nə royalı vardı, nə pianosu.
Əlçatmaz zirvəyə daim can atdı,
Ucalıq eşqinə yazdı, yaratdı.
Amma neyləyəsən, bəyənmədilər,
"Qəmbər tar üstündə yazır" - dedilər.
Guya saz avazı, guya tar səsi,
Ulu dədələrin ulu nəğməsi
Uyuşmur zamanın öz ahənginə,
Əsrimiz sığışmaz saz ahənginə.
Ruhumuz qovuldu musiqimizdən,
Uyduq uzun illər caz ahənginə.
________________Milli Kitabxana______________
256
Bir soran olmadı, ay qardaş, nədən
Axı, baş yerinə ayaq tərpədən,
Bizi səmalardan yerə endirən,
Özgə qapısında veyilləndirən
Dayaz rok-en-rollar göyə ucalsın,
Üzeyir məktəbi yetimmi qalsın?
Hara çəkirsiniz musiqimizi,
Nadanmı sandınız bu qədər bizi?
Amma o satqınlar çatdı şərəfə.
Qəmbər bir dəfə
Mənə gileyləndi güzaranından,
Ürəyim sıxıldı...
Soruşdum ondan:
- Bəs səni nə üstə həbs etmişdilər?
Birdən barıt kimi açıldı Qəmbər:
-Bilmirsən? Dünyanı lənətləmişdim.
"Ellər atasına" düşmən demişdim
*
.
Bu boyda ölkəni saldı nə günə.
O qəddar, o zalım, müdhiş zülmünə,
Bir dəfə demədi, həvəsdi, bəsdi,
Düşünən kəslərin başını kəsdi.
O, nəsə andı,
Birdən dayandı...
Anladım onu, -
Mən başa düşdüm
Niyə birdən-birə tutulduğunu.
O dözə bilmədi, birdən danışdı,
Sonra dediyinə peşmanlamışdı.
O susub dinməmiş, susarkən hələ
Onun əsiriydi qəlbiniıı sözü.
Dözmədi, partladı,
öz əsirinə
*
O zaman Stalinə "ellər atası" deyərdilər
.
________________Milli Kitabxana______________
257
Dönüb əsir oldu indi o, özü.
Qorxuya düşmüşdü dediklərindən,
O, birdən dayandı, o birdən susdu.
Yəqin ki, çəkindi, o qorxdu məndən,
Düşündü: "Bu şair bəlkə casusdu".
Sənə tanış deyil bu hal, ey cavan,
Qorxardıq doğmaca qardaşımızdan.
Dədəsini satan az olmamışdı
Yalnız yaşlılara bu hal tanışdı.
Rütbə sata-sata, yer sata-sata,
Çoxları hörmət də qazandı bol-bol.
O vaxt şübhəliydi oğuldan ata,
Gəlindən qaynana, atadan oğul.
O vaxl susardılar xeyirdə, şərdə,
İdrakı, vicdanı əzərdi şübhə.
O zaman evlərdə, idarələrdə
Qara kabus kimi gəzərdi şübhə.
Yaman yeyin idi şübhənin atı,
Hamımiz qul idik, o, bəydi ancaq.
Birinin birinə münasibəti
Şübhəydi,
şübhəydi,
şübhəydi ancaq!
Odur ki, qorxardıq bir-birimizdən,
Qorxu saçılardı gözlərimizdən.
Düzlüyü, mərdliyi döşlədi qorxu,
Bir əsər qalmadı vüqarımızdan.
Elə canımıza işlədi qorxu,
Axdı qan yerinə damarımızdan.
Səhrada göyərən bir qanqal təki
Bizim içimizdə kök atdı qorxu.
Yalanla həqiqət arasındakı
Halal sərhədləri dağıtdı qorxu.
Boğub həqiqəti yalan öyündü,
________________Milli Kitabxana______________
258
Əsl mənasını itirdi söz də.
Yalan üzümüzdə gülüşə döndü,
Həqiqət ağladı ürəyimizdə.
Yalanın hökmünə düz əyilincə
Əyri pərvazlandı, əyri dağ aşdı.
Həqiqət ürəkdən dilə gəlincə
Yolda yetıniş dəfə mayallaq aşdı.
Yəqin ki, düşündün bu dəm, ey cavan,
Bəs qanun, bəs qayda yoxmuş o zaman?
Cəllad nə istəsə edə bilərmiş,
Ona hansı qanun, bu hökmü vermiş?
Necə cavab verim sənə mən indi?
İnsan hər zülmə, vallalı, dözəndi.
Qanundan qorxmazdıq o illərdə biz,
Adamdan qorxardıq, adamdan, yalnız.
Mütləq hakiın idi o vaxt bircə baş,
Onun iradəsi hər şeydi, ancaq.
Adamlar qanuna deyil, a qardaş,
Qanun bir adama tabeydi ancaq.
- Bağışla, qızışdım, - söylədi
birdən, -
Özümü, sözümü bilmirəm hərdən.
Bir yazıqlıq duydum onun səsində,
Qəmbər də haqlıydı öz şübhəsində.
Onun şübhəsini dağıdım - deyə
Dediyi sözləri dəstəklədim mən:
- O qənim kəsilib, - dedim, - ölkəyə,
Cavidlər sürülüb öz Vətənindən.
*
*
Hüseyn Cavid nəzərdə tutulur. 1937-ci ildə onu və onun kimi çoxlarını Sibirə sürgün etmişlər.
________________Milli Kitabxana______________
259
Daha danışmadı, dinmədi Qəmbər.
Anladım, dediyi o doğru sözlər,
Daş kimi asılıb çiyinlərindən,
O yazıq qorxurdu, qorxurdu məndən.
II
Qəmbərgildən donüncə, fikir məni
apardı,
Qorxu, təlaş içimdə bir fırtına
qopardı.
Yada düşdü o söhbət -
O giley, o şikayət
Birdən-birə tutuldum,
Elə bil iflic oldum.
İttihamçı gözüylə mənə baxan
divarlar
Gördüm, gəlir üstümə,
Durub mənim qəsdimə
Əli qanlı o cəllad.
Söydüm özüm-özümü,
Dedim, ay evi bərbad,
Niyə dəsmal bağladmın
ağrımayan başına?
Niyə soyuq su qatdın sən isticə aşına?
Axı, o nə söz idi çıxdı sənin dilindən?
Cəlladın ünvanına Qəmbərin o sözləri
Qəsdən demədiyini nə bilirsən, axı, sən?
Min-min günahsızları dünən suçlu gördülər.
Neçə min günahsızı Vətənindən sürdülər.
Ölkənin başçısını düşmən adlandıranı
Azad edərlərmi heç?
Bəs, burda məntiq hanı?
İnanmıram mən buna -
Onun lənətlərinin səmimi olduğuna.
Güzərandan, zamandan qəsdən söhbət salırmış,
O, məndən söz alırmış.
________________Milli Kitabxana______________
260
Mən maymaq da söylədim, ürəyimdən keçəni.
Qıvrıldım yatağımda, yatmadım o gecəni.
Yumşaq yorğan-döşəkdən min-min tikan
batırdı
Bədənimə elə bil.
Bu, adi tikan deyil,
Qorxu tikanlarıdır bədənimi dağlayan.
Mənim gələcəyimdir ürəyimdə bu gecə
Matəm qurub ağlayan.
Dedim, hardan bilirəm,
Bəlkə elə bu gecə tutacaqlar məni də?
Üç ay əvvəl gecəykən məgər tutmadılarmı
İsmixanı, Azəri, bizim Gülhüseyni də?
*
Mən onlardan artığam? Yox, mən də onlar kimi
Saxlamadım dilimi.
Dağ başında süzürdüm, birdən çamura düşdüm.
Dilimdən tora düşdüm.
Yox-yox! Bu ola bilməz.
Qəmbər məni alçaldıb özü ucala bilməz.
O, özünü bu qədər yerə endirərmi heç?
Sənətkar sənətkarı güdaza verərmi heç?
Tfu! Bu nə söz idi mən danışdım?
Dünyadan
xəbərsiz, naşı kimi?
Məgər, otuz yeddidə güdaza vermədimi
Qələm yoldaşlarını
öz qələm yoldaşları?
Hələ lənət oxları,
hələ tənə daşları
Atılmayıb onlara –
Özgəsinin yerinə
Sənət zirvələrinə
qalxıb ucalanlara?
İndi də bax, bu Qəmbər...
O, məgər
*
1947-ci ildə həbs edilən universitet tələbələri.
________________Milli Kitabxana______________
261
Qələm yoldaşlarının gələcək şöhrətinə
Qurban verib ucalan,
Satqınlıqdan öc alan
kəslərdən artıqdımı?
Namərdlərlə döyüşən
Yoxsa, qalib çıxdımı?
İnsan çiy süd əmibdir,
Xeyri də var, şəri də;
Mən ki, bundan halıyam;
Bu ikili insana niyə inanmalıyam?
* * *
Mən bu düşüncələrdə beləcə qovrularkən -
Boşalırkən, dolurkən
Qapımızın önündə bir maşın durdu, Allah,
Kimsə düşüb maşından ünvanı sordu, Allah
Ev başıma dolandı,
Dünya bir an içində
Kameraya çevrilib, necə balacalandı.
Soyuq tər basdı məni.
Dedim, dar ağacından öz diliın asdı məni.
Motor səsi eşitdim,
Maşının qapıları örtüldü taraq-taraq.
Maşın guruldayaraq
Getdi...
şükür Allaha!
Bu xatadan sovuşsam, çarmıxa çəksələr də
Ağzımı kilidlərəm, danışmaram bir daha.
III
Keçdi ürəyimdən bu dəm ah, nələr:
...Məni aparmağa nə vaxt gəlsələr,
Yəqin arxivimə baş vuracaqlar,
Yazımı, pozumu axtaracaqlar.
Düşündüm, nəyim var, qaradan, ağdan!
________________Milli Kitabxana______________
262
Baxdım öz içimə bir an yad kimi –
Gecənin yarısı qalxıb yataqdan,
Tökdüm qabağıma şeirlərimi.
Gördm ki, ilahi, çapa getməyən
Nə qədər şeirim var, yazı-pozum var.
Başqa bir göz ilə oxuyanda mən
Gördum, hər sətirdə neçə sözüm var.
Düşündüm bunları yazırkən, görən,
Hansı duyğularla yaşamışam mən?
Ürək sıxılarkən, göydə və yerdə
Necə qanadlanıb xəyalım mənim!
Aşıb hüdudları bu şeirlərdə
Həqiqət axtaran amalım mənim,
Axı, kim yaraldı bu sərhədləri?
Kim saldı qəlibə fkri, xəyalı?
İdrak cığırına düşəndən bəri
Çərçivə tanımır insan kamalı.
Yazmaya bilməzdim yəqin bunları,
Könlümü sarsıdan burulğanları
Yazıya köçürüb dincəlmişəm mən.
Neyləyim, bu gəlib mənim əlimdən.
Çapa vermədiyim şeirlərimə
Müfəttiş gözüylə baxıb titrədim.
-Bunlar ələ keçsə, mənim dərimə
Vallah, saman təpər o cəllad, - dedim.
Alışıb yandığım illərdən bəri
Duyub düşündüyüm bu şeirləri
İndi öz əlimlə yandırımmı mən?
Onda dönmərəmmi həqiqətimdən?
Söylə, həqiqətin nə imiş sənin?
Kimdir həqiqətə baxan, ay yazıq?
Sən indi çalış ki, o qaniçənin
Əlinə keçməsin yaxan, ay yazıq.
________________Milli Kitabxana______________
263
Onda yandırımmı? - Əlacım nədir,
Axı, həyatına kim biganədir?
-Kim istər dünyada bir gün görməmiş
Arzular naminə ömür sürməmiş
Zindanlar küncündə yanıb - qovrula,
Uzaq sürgünlərdə ömrü qəhr ola?
Verdim qərarımı!
Aman, əlaman!
Dünyadan həqiqət, ədalət uman
Şeirlərimdən
Tonqal çatmalıyam, tonqal çatmalı!
Fikrimi, hissimi, duyğularımı
Ömrümə, günümə müftə satmalı!
...Yanır haqsızlığa qarşı yüksələn,
Əqidəm, məsləkim, xeyirim-şərim;
Yanır rəzalətlə döş-döşə gələn
Qorxmaz sətirlərim, kişi sözlərim.
Yanır gileylərim, şikayətlərim,
Yanır, zəmanəyə üsyanım yanır.
Yanır arzularım, xoş niyyətlərim,
Düşüncəm, xəyalım, vicdanım yanır.
Yanır bu dünyada ayaq izlərim,
Yanır arzuların qışqırıqları.
Yanır o həqiqi, doğru sözlərim,
Yanır ürəyimin hıçqırıqları.
Yanır hədəfini düzgün bəlləyən
Açıq məhəbbətim, açıq nifrətim.
Yanır oxucuya həqiqət deyən
Riyasız, boyasız sözüm, söhbətim.
Dünyadan dünyaya gileyim yanir,
Yanan şeirlərə ürəyim yanır.
Yanır, yanğısıyla məni yandırır,
Qəlbimdən süzülüb axan hər şeirim.
Bir anlıq zülməti işıqlandırır
Yanan duyğularım, düşüncələrim.
________________Milli Kitabxana______________
264
Gördüm öz-özümü bu işıqda mən,
Gördüm ayrılmışam öz nifrətimdən.
Gördüm, sığınmışam dözümə, yarəb,
Qənim kəsilmişəm özümə, yarəb.
Qorxmadım, yandırdım bir qatil kimi
Mən öz gerçəyimi, həqiqətimi.
Çünki əmindim,
Həqiqət yansa da məhv ola bilməz,
Sap kimi uzanar, qırıla bilməz.
İnanıram mən,
Həmin o həqiqət vaxt gələcəkdir,
Başqa birisinin dililə hökmən
Deyiləcəkdir.
Yanan şeirlərin od-alovundan
Bədənim üşüdü, ürəyim əsdi.
Bir neçə şeirimə qıymadım, ancaq
Dedim, kifayətdi,
Dedim, ta... bəsdi.
Bir neçə şeirimə qıymadım o gün,
Saralmış vərəqlər durur bu gün də.
Həmin şeirləri gələcək üçün
Gizlətdim anamın protezində
*
.
Ağır qəm yüküdür bunlar bir ömrün,
Açılsın, tökülsün deyirəm bu gün
Duyan ürəklərin gizli sirləri.
Ey cavan oxucum,
bu şeirləri
Gizlədib mən bu gün çatdırdım sənə.
İstərəm biləsən, ürəklərimiz
Susmadı...
Kölgədə yatan olmadıq.
O vaxtlar qəhrəman olmasaq da biz,
Hay-küyə aldanan nadan olmadıq!
*
Anamın bir ayağı protez idi.
________________Milli Kitabxana______________
265
Dostları ilə paylaş: |