A R N ÖLÜMÜ
ndi xəbər verim oxucuma mən
Xəyalı küsdürən bir faciədən:
* * *
Qarabağ... Şuşada zəngin bir saray,
Açılır qapısı, örtülür lay-lay;
Onun divarları əl-əlvan naxış,
Ə
srdən əsrə hədiyyə qalmış...
Burda göstərilir quşa ox atan,
Burda göstərilir min bir pəhləvan.
Qılınclar, nizələr, yumruqlu qollar,
Döyüşən insanlar, ayrılan yollar
O qanlı günlərdən bir yadigardır,
Onun da sirli bir tarixi vardir.
Sarayda hökm edir ədalı bir xan,
Qan-qarğış tökülür qaş-qabağından,
Hər gün at belində... dəliqanlıdır,
Ürayi fitnəli, əti qanlıdır;
Onun sarayında hərəmxanalar –
Salınmış qəfəsə nazlı sonalar...
Ellər talan olur, vergilər ağır;
Göylər cavabsızdır, buludlar sağır.
Yalnız səadətlə gülür bu saray.
Açılır qapısı, örtülür lay-lay.
* * *
Burda gün keçirir bir böyük şair,
Yazır yazdığını həyata dair...
O şair mədh edir min bir gülzarı,
Bəlalı aşiqi, sevdalı yarı.
Baxıb dumaların yaşıl telinə,
Ə
rməğan göndərir Bağdad elinə.
Bu sonsuz dərələr, qalın meşələr,
Boynu bükük duran tər bənəvşələr
Ş
airin sənəti, ilham ocağı...
________________________Milli Kitabxana________________________
188
Ömrünün bəxtiyar, qayğısız çağı.
Bəzən xatırlayır Kür qırağın,
Alır kəkliklərin ilic sorağını.
Ş
airin ilhamı gözəldir deyə
Ə
zəldən aşiqdir o gözəlliyə;
Baxır kəlağaylı keçən gəlınə,
Qarğı qələmini alır əlinə;
Könlünü bəsləmiş sazlar əlində,
Deyir türküsünü ana dilində;
Səsinə səs verir dağda çobanlar...
Bükür qamətini ağır zamanlar...
Yazır çəmənlərdə yarın seyrini,
O böyük şairin hər bir şerini
Deyir laylasında bizim analar.
Ölərmi yurdunu sevən sənətkar?!
Vaqif, ey şerimin könül dastanı,
De, söhbətin hanı, de, saznı hanı?
Susdumu nəğmələr oxuyan dilin?
Yasını tutdumu barı sevgilin?
* * *
Batdımı xəncəri xanın köksünə?
Nifrət o alçağa! Nifrət o günə!
Noldu söylədiyin axar qoşmalar?
Andımı həsrətlə səni hər nigar?
Ş
ahidin oldumu üfüqdəki ay?
Söylə, yıxıldımı o məğrur saray?
De, sənmi söylərdin son dəfə naçar:
Bir yandan bağlayan, bir yandan açar.
Vaqif, ey şerimin könül dastanı,
De, söhbətin hanı, de, sazın hanı?
Ey könül yolçusu, gülər sənətkar,
Qədrini bilmədi sənin saraylar.
ran ordusunu yeridəndə, sən
Dedin ki, yadlara keçməsin vətən!
Dedin: sərçeşmələr, dağlar bizimdir,
________________________Milli Kitabxana________________________
189
Almalı, armudlu bağlar bizimdir
Dedin ki, türk dili, türk şeri gərək
Böyük bir ölkəyə qanad gərərək,
Üfüqdən üfüqə çapsın atını.
Ə
ziz bir ölkənin xatiratını
Verməyək dağıdan, vuran əllərə,
Doğma sənət gərək bizim ellərə.
Yazıq, sən deyəni demədi ruzgar,
Çəkdi ordusunu Məhəmməd Qacar,
Gözündə fırtına, baxışında qış,
O insan qatili, o axtalanmış...
Keçdi pəncəsinə onun Qarabağ
Qayalar titrədi əlində zağ-zağ.
Nişanlı qızların açıldı üzü,
Qaldı ürəyində Vaqifin sözü...
O qanlı günlərə şahid idin sən,
Divarlar töküldü güllə səsindən .
Naxışlı xalçalar", uzun xalılar,
Babalar yurdundan qalan yadigar,
"Hədiyyə" verildi o yaramaza;
Sənsə gördüyünü düz yaza-yaza,
"Dünyada doğru bir halət görmədin,
Bütün əyri gördün, babət görmədin".
* * *
De, sənmi söylədin son dəfə naçar:
Bir yandan bağlayan, bir yandan açar.
O dövran qatilə oturdu baha –
Yatıb, sağ çıxmadı cəllad sabaha.
Qəhrəman bir oğul, polad bir ürək
Onun otağına yalnız girərək.
Çaldı xəncərini ilan başından.
Zindanı, zənciri sevməmiş insan...
Səninsə qəlbinin əsdi telləri,
Yazdın Vidadiyə bu şad xəbəri.
________________________Milli Kitabxana________________________
190
O da həyatının ixtiyar yaşı,
Yönünü döndərib qibləye qarşı,
Dilində surələr, durdu namaza,
Lənətlər oxudu o yaramaza.
Vaqif, ey şerimin könül dastanı!
De, söhbətin hanı, de sazın hanı?
Dəydimi xəncəri xanın köksünə?
Nifrət o alçağa, nifrət o günə!
Keçdi qərinələr, keçdi əsrlər,
Torpaqda qalmadı qullar, əsirlər...
Ey böyük sənətkar, ey böyük insan,
Nə olar başıni yerdən qaldırsan! —
Kainat gözimə görünər röya,
ndi bambaşqadır gördüyün dünya!
Durulmuş, şairim, bulanmış sular,
Döyüşlər, mizraqlar, azğın ordular...
Sarayiar əbədi torpağa dönmüş,
Məscid şamları da əriyib sönmüş.
Nə bir əzan səsi, nə minarə var,
Nə də fırıldaqç, azğın imamlar.
Dəyişmiş bu hava, dəyişmiş bu yer.
Odur, qalstuklu duran pioner
Açıb qarşısında külliyyatını,
Öyrənir, şairim, o, həyatını,
Onunla birlikdə uçur xəyalm:
"Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, pəri!"
Sözlərin olmuşdur dillər əzbəri.
Dolansan dünyanı sən qarış-qarış.
Tarix bir meydandır, ömür bir yarış.
Ölkəmiz yarışın ön səflərində,
Bir yeni dünya var hər əsərində...
Uçan buludlar da çağırır "gəlin!"
Qalxacaq, şairim, bir gün heykəlın
Bizim Qarabağın Cidır düzündə,
Vaqif canlanacaq onum üzündə...
1935
________________________Milli Kitabxana________________________
191
SƏNƏT EŞQ
Vuruldum o gün ki, şerə, sənətə
Unutdum sevdiyim əyləncələri.
Aşiqəm insana və təbiətə
Ə
lim qələm tutub yazandan bəri.
Bəzən xəyalımda uçur buludlar,
Bir qətrə böyüyüb bir dəniz olur.
Dünyanın ölməyən bir qanunu var,
Bir yandan boşalır, bir yandan dolur.
Mənsə bu varlığm içində qaynar
Bir vulkan kimiyəm, gözlərimə bax;
Könül tərlan kimi baş alıb oynar
Buluddan buluda qanad çalaraq.
nsanlar dost kimi oxuyur məni,
Sözüm ağızlarda əzbər çəkilir;
Ə
limlə qurduğum sənət bağında
Ə
tirli lalələr, güllər əkilir.
Öylə səfərbərəm, öylə hazıram,
Qarşımda diz çöküb göylər alçalır.
Bir yanda kağıza mən söz yazıram
Bir yanda sevgilim piano çalır.
1935
________________________Milli Kitabxana________________________
192
ORDENL QƏHRƏMAN
Yenə də sayrışır göydə ulduzlar
Gecədən keçmişdir, doğmayır səhər.
Dərin bir yuxuya getmişdir şəhər
Yerdə nə hərəkət, nə hənirti var.
Yalnız milisioner küçələrdə tək
Gəzir ayaq üstə mürgüləyərək.
* * *
Ay da güzgüsünü salmış dənizə
Dəniz gümüş kimi par-par parıldar.
Həyat müvəqqəti vergidir bizə
Hər baxış könüldə qalır yadigar.
Uğurlar sənə ey qoca kainat
Yaşasın gələcək, yaşasın həyat.
***
Burda əfsanələr, sirlər yuvası
Viran Qız qalası dalmış səcdəyə.
O bəlkə yalvarır-yaxarır göyə
Yazıq ki, gecənin bu xoş havası,
O sınğın ruhuna yenə dar gəlir,
Xəzərdən üstünə bir ruzgar gəlir.
* * *
Ə
vət! Qamçılayır, döyür bu ruzgar
Dilsiz əsrlərin xatiratını.
Üstündə nəslimiz çapır atını,
Hər günün, gecənin bir qanunu var.
Öldü xan sarayı, xan əsgərləri,
Öldü minarənin azan səsləri.
Yüksəlir bir bina başqa tərəfdən
Ağarmış bənizi ay işığında.
________________________Milli Kitabxana________________________
193
Onun bu axşamkı yaraşığında
Başqa bir gözəllik duyuram da mən
Bu lövhə qaynadır yenə qanımı
Sizə təqdim edim qəhrəmanımı:
Qəhrəmanım yeni, şöhrəti yeni
Döşündə Leninin qızıl ordeni.
Nədir alnındakı o qırışıqlar?
Onda cəbhələrdən xatirələr var.
Neçə çiçəkli yaz, neçə qarlı qış
Sürgündə yaşayıb qürbətdə qalmış,
Qolunda səslənmiş zəncir səsləri
Ona gün verməmiş polis nəfəri.
Gecələr də qara...zindan da qara...
Salınmış zülm ilə qaranlıqlara.
Fəqət çəkinməmiş o öz yolundan
Ümidlər gözləmiş gələcək ondan.
Uğurlar sənə, ey qoca kainat
Yaşasın gələcək, yaşasın həyat.
* * *
Çıxmış qəhrəmanım yenə balkona,
Alqışlar göndərir ulduzlar ona.
Ay da işığını salmış üstünə
Alqış bu insana! Alqış bu günə!
Gecədən keçmişdir, yatır canlılar
Gecənin qəlbində bir döyüntü var.
Yalnız o yatmamış hələ sayaqdır
*
Düşünən bir beyin yaşayacaqdır...
Onun gözlinə yuxu gəlməyir
Onun sinirləri heç dincəlməyir.
Çarpışır, vuruşur, düşünür, duyur,
Gəzinir, əyləşir, yazır, oxuyur.
ş
tə
†
bir həyat ki, hərəkətdədir
ş
tə bir qanun ki, təbiətdədir.
*
Sayıq
†
Elə
________________________Milli Kitabxana________________________
194
* * *
O bəzən sevinir gülümsəyərək
Qabardır döşünü böyük bir ürək.
Dünya gözlərində bir xoş mənzərə
Ə
l çalıb oynayır hər dağ, hər dərə.
Bəzən də hirslənir, oynayır gözü,
Birdən bulud kimi tutulur üzü.
Ruhunu, qəlbini bir duyğu sıxır,
Başından tüstülər, dumanlar çıxır.
Nədir düşündürən bu qədər onu?
Bəşər duyğusunun varmıdır sonu?
* * *
Mənim qəhrəmanım nə evlər sökür,
Nə qanlı hərb üçün planlar tökür.
Görsə bir insanın o göz yaşını
Ürəyi dərdlənib, çatar qaşını.
Nə yurdlar, yaylalar, müstəmləkələr,
Nə qızıl mədənli böyük ölkələr
Onun təmənnası deyildir əvət.
O başqa bir könül, başqa təbiət.
Napolyonlar kimi ordu çəkməmiş,
Yandırıb yerində bostan əkməmiş.
Atını çapmamış o dörd bir yana,
Ə
lləri batmamış günahsız qana.
Çingiz xanlar kimi Əfqanda, Çində
Qılınclar çalmamış qanlar içində.
Güvənib gücünə, istedadına
Saraylar qurmamış o öz adına.
O başqa bir könül, başqa vüqardır
Onun göylər qədor mənası vardır.
* * *
Gəlir gözlərinin önünə bəzən
Qoynunda ceyranlar, cüyürlər gəzən,
________________________Milli Kitabxana________________________
195
Ş
irvanın, Muğanın, Eldarın düzü
Gülür qəhrəmanım, açılır üzü.
Ə
lilə tarladan ağ pambıq dərir,
Ellərə ruh verir, yollar göstərir.
Onun sadəcə bir əxlaqi vardır
Gəncliyə ən gözəl bir yadigardır.
Ellərə yazdığı bir şeri olan
Oxuyur yazdığı bloknotundan:
"Ay ellər, nə gözəl, nə xoş gəlibdir
Uğurlu baharı, yazı pambığın.
Doğrudan ağıza, dilə düşübdür
Məclisi, sohbəti, sazı pambığın.
Xoş gəlib bu qonaq bizim bu kəndə,
Qarış cərgəmizə dayanma sən də,
Səhərin qoynunda yellər əsəndə,
Can alır işvəsi, nazı pambığın.
* * *
Nə bir dilənçi var, nə ac bir insan
Elləri qurtardı ölüm yasından.
Gərək indən belə hər qozasından
Bir kilo toplansın azı pambığın.
* * *
Ayrı yer aylır qoyuna, mala
Gəlinlər bəzənir qumaşa, ala.
Qarılar, qocalar baxmayır fala
Dolur dəstə-dəstə düzü pambığın.
* * *
Dağlara gün doğur, xoş ruzgar gəlir
Düşmənin başına dünya dar gəlir.
Kəndə qalaq-qalaq kitablar gəlir
Çəkilir hər yerdə sözü pambığın.
________________________Milli Kitabxana________________________
196
* * *
Çağırdım yarışa Özbəkistanı
Dedim qüdrətimi yaxından tanı.
Mənə üstün gələn bir oğul hanı?
Çünki ağ yaranıb üzü pambığın.
* * *
Mehriban yaranıb o dosta, yara
And içib, əhıd edib bizim ilqara.
Gedir nümayəndə qurultaylara
Söz alıb danışır özü pambığın".
* * *
Mənim qəhrəmanım oxuyur bunu
Bir yeni dünyanın doğulduğunu.
Başqa bir vüqarla çatılır qaşı,
Ə
srinin Neronu Hitlerə qarşı.
And içir Leninin adına əlan
Yadlar ayağını tərpətsə bir an
Bizim bu bəxtiyar ellərə sarı,
Alacaq Qafqazın mərd oğulları,
Bütün cəbhələri aslanlar kimi,
Dönüb partlayacaq vulkanlar kimi.
O xain Neronun məğrur başında.
Ömrünün bəxtiyar və gənc yaşında
O vaxt qəhrəmanını, indidən tanı
Olacaq ordunun baş komandanı.
Qalxacaq yenə də ərəb atına,
Sürüb səs salacaq yerin altına.
Düşmənin başına od yağdıracaq
O da öldürəcək, o da qıracaq.
Qəhrəmanım yeni, şöhrəti yeni
Döşündə Leninin qızıl ordeni.
________________________Milli Kitabxana________________________
197
* * *
Gecə can üstündə, açılır səhər
Ayılır yuxudan, əsnəyir şəhər.
Artıq görünməyir nə ulduz, nə ay
Bir yeni sürətlə qaçır tramvay.
Qoşur iş başına sağlam ürəklər
Oxşayır səhəri sakit küləklər.
Odur bax, azacıq dənizdən kənar
Göytərə baş vuran işlək buruqlar.
Bir yeni qüvvətlə soxulmuş yenə
Bu sarı torpağın dərinliyinə.
Baxır qəhrəmanım onlara sarı
Sevərək seyr edir o buruqları.
Parlayır alnında əzəmət, vüqar
Üfüqdə at kimi çapır buludlar.
Gülür təbiətin o göyçək qızı
Üfüqlər qırmızı, göylər qırmızı.
Qırmızı bir cahan əməlimizdir
ş
ığı yandıran öz əlimizdir...
Uğurlar sənə ey qoca kainat.
Yaşasın gələcək! Yaşasın həyat!
* * *
Tarix! Bu ixtiyar gəncliyinlə sən
Mənim sözlərimin ilk şahidisən.
Dünya dəyişəcək atlas donunu
Ə
zəldən qaydadır bilirəm bunu.
nsanlar gələcək, gedəcək bir-bir
Sular məcrasını dəyişəcəkdir.
Özgə rəng alacaq çiçəklər, otlar
Yaracaq göyləri uçqun buludlar.
Düşəcək sulara ay da, ulduz da
Baxıb seyr edəcək oğlan da, qız da.
Açacaq sirrini bahar da, qış da
Mehriban yağacaq qar da, yağış da.
________________________Milli Kitabxana________________________
198
Ruha küsməyəcək nə gül, nə yarpaq
Sifariş verəcək günəşə torpaq...
Dodaqlarda gülüş, qollarda qüvvət
Qardaş olacaqdır bizə təbiət.
O vaxt qoyulacaq qılınclar qına
nsanlar güləcək çocuq ağlına...
Mənim də sevdiyim bu əziz vətən
lhamlar alacaq gələcəyindən.
Açacaq ağzını qalın kitablar
Bu ölməz insanlar, bu inqilablar,
Bir-bir görünəcək gözlərimizə
Salamlar verəcək gələcək bizə.
Elçilər gələcək Misirdən, Şamdan,
Günəşli gündüzdən, aylı axşamdan.
Daşacaq Bakıda insanın sayı
Ş
uralar Şərqinin ilk qurultayı.
Burda başlanacaq! O gün ixtiyar
Bir mədən işçisi alnında vüqar
Başının üstündə bir qızıl bayraq
Türkcə salam verib iclas açacaq.
Ömrü az olsa da bu dastanımın
O gün, bilirəm ki, qəhrəmanımın
Burda yüksələcək bir tuunc heykəli
Şə
rqi göstərəcək uzanan əli.
1935, aprel
________________________Milli Kitabxana________________________
199
TORPAĞIN TƏLƏB
Ş
airim! Qələmi götür də dinlə,
Bir yeni dastan yaz öz əllərinlə!
Dünyanın qoca bir şahidiyəm mən,
Örtülü qız kimi qaçıb gizlənən,
Dilsiz əsrləri yarıb keçmişəm,
Günəşdən payımı mən də içmişəm.
* * *
Başım dəfələrlə düşdü qorxuya,
Gözlərim getmədi şirin yuxuya.
Döyüşlər səslənir qulaqlarımda...
Mənim durna gözlü bulaqlarımda,
Qanli süngüsünü yudu çoxları.
Başımın üstündə düşmən oxları,
Fırlana-fırlana sancıldı yerə,
Xələtlər payladım hər cahangirə.
* * *
Yaşıma dolduqca qanlara doydum,
Hər daşın altında bir oğul qoydum.
Ah... o qılıncları, o qalxanları
Sinəmin üstündən axan qanları
Nəsildən-nəsilə verdim yadigar
Üstü zər yazılı bir keçmişim var!
Üstümə hər gələn bac aldı keçdi.
Yaşım döyüşlərdə qocaldı keçdi
Eşitsin nəslimiz məndə nələr var,
Məndə həqiqətlər, əfsanələr var!
1935
________________________Milli Kitabxana________________________
200
K SLOVODSK
Göylər pərisini görmək əməli
Gözümdə qalmışdı çocuqluğumdan...
Tanış olmadığım dağlar gözəli
Pərişan yuxuma girdiyi zaman
Bir gecə, bir yuxu, bir də ikimiz
And içib, söz verdik gələcəyə biz!
Bu torpaq da bilir, bu göy də bilir –
Ə
zəldən aşiqəm mən gözəlliyə.
Saçlarım ağarır, gücüm əskilir
Günlərin boş yerə keçməsin deyə;
Açılsın qarşımda hər dağ, hər dərə,
Qələm çalmalıyam gözəlliklərə!
Ey günəş! Ey bulud! Ey əski dostlar!
Adınız gələndə titrəyir dilim.
Mənim təbiətə bir səfərim var,
Səsimə səs versin doğma sevgilim!
Bu tənha gecənin qoynunda barı
Xəyalım seyr etsin ağ buludları.
Dayanmış yanaşı yaşıl təpələr,
Durur hər qapıda boylu bir çinar;
Günəş yana - yana, yağış səpələr,
Xilqətin nə böyük bir cəlalı var!
Axır qıjıltıyla köpüklü çaylar
Düşür qucağma ulduzlar, aylar.
Başını yastığa qoyanda insan,
Günəş kəhər ata minənə qədər
Axır damarlarda şırıl-şırıl qan;
Ə
tirlər içində oyanır səhər.
Budur mən dediyim dünya gözəli!
Onu bəzəmişdir xilqətin əli.
________________________Milli Kitabxana________________________
201
Böyük bir ölkənin hər bucağından
Tatar da, gürcü də, türk də, çeçen də
Ayrılıb gəlmişdir öz ocağından.
Burda müsafir də, yoldan keçən də,
Durur bu lövhənin qarşısında şən,
Qarışır bir yerə deyib gülüşən.
Budur bax, qarşımda Hava xramı,
Günəşin altında çılpaq omuzlar
*
,
Dağların döşünə sərilmiş hamı,
Söz atır oğlanlar, gülüşür qızlar.
Günəş gizlənməkdə, üfüq qırmızı –
Elə bil donmuşdur buludlarda qan.
Ruha tanış gələn Qaraçay qızı
Ş
ahin vüqarilə keçir yanımdan.
Hörüklü saçları iki qatardır,
Durna baxışları dəniz kimi lal;
Qanımda, qəlbimdə bir axın vardır,
Mənə tanış gəlir üzündəki xal...
Mən "dayan!" deyirəm, o deyir "sürət!"
Dinib danışmayır canlı bir insan;
Bu bəlkə əskidən qalma bir adət,
Bəlkə də qısqanır nişanlısından?
Dağların döşündə cərgələnərək,
Durmuş ordu kimi şam ağacları;
Dumanlar, çiskinlər dağdan enərək
Yürüyür şəhərin üstünə sarı.
Birdən şimşək çaxır, göy guruldayır,
Qışqırır qocalar, ömrü yarılar;
Qayalar dil açıb bərk uğuldayır.
Günlüyün altına dolur qarılar.
*
Çiyin
________________________Milli Kitabxana________________________
202
O yanda bir dağ ki, dörd yanı dərə,
Onun zirvəsində çadır durur tək.
Çıxıram döşlərə moş
*
dərə-dərə,
Çadırı oynadır əlində külək.
Baxıram heyrətlə "Qırmızı daşa",
Üstündə Leninin heykəli vardır.
Könül salam verir yara, yoldaşa,
Duyub yaşayanlar nə bəxtiyardır!
Sakit dərələrə səs sala-sala
Açıq pəncərəli qatarlar gedir.
Müsafir yolçular boylanır yola,
Dağlar gözəlini ziyarət edir.
Hər daşın dibində qaynayır narzan,
Köpürüb ağarır qabarcıqları,
Ə
n uzaq yerlərə xəbər aparsan,
Karvanlar axışar bu yerə sarı.
Unudub bir zaman ellərimizi,
Burda nəfəs alıb dincəlirik biz;
Təbiblər narzanda çimdirir bizi,
Bərkiyir boşalmış sinirlərimiz.
Yarın səfəri var bu insanların,
Baxışlarda həyat, qollarda qüvvət...
Burda təmizləşən qara qanların
Gücilə yaranır həyat və sənət!
Göylər pərisini görmək əməli
Gözümdə qalmışdı çocuqluğumdan...
Tanış olmadığım dağlar gözəli
Pərişan yuxuma girdiyi zaman
Bir gecə, bir yuxu, bir də ikimiz
And içib, söz verdik gələcəyə biz...
*
Meyvə adıdır.
________________________Milli Kitabxana________________________
203
1935, avqust
ALQIŞ
Girib Şah dağının qoynuna sarı
Getdikcə gözlərdən uzaqlaşdınız;
Qartallı Qafqazın mərd oğulları,
O qarlı dağları asan aşdınız.
O boz dumanlarda qanad salır quş,
Soyuqdan od kimi qızarır üzlər.
Deyirlər sizə bir əyləncə olmuş
Yuxusuz gecələr, yorğun gündüzlər.
O dar keçidlərin qucağında siz
Çaldnız ilk dəfə "Budyonnu marşı".
Dildə dastan olan tunc iradəniz
Nələr vəd eylədi düşmənə qarşı?!
Qatır dırnaq salan qayalıqları
Bir yeni qüdrətlə yanb keçdinız.
Ə
ridi hirsindən dağların qarı,
Bulaqlar başında yeyib içdiniz.
Dönüb qaçmadınz borandan, qardan
Var olsun qəhrəman böyüdən ana!
Gelir sorağınız manevralardan,
Alqış ananıza - Azərbaycana!
1935
________________________Milli Kitabxana________________________
204
TƏRANƏ
Sevgilim, insanın ömrü gödəkdir,
Ömür bir quş kimi uçacaq əldən.
Bizə də belə bir gün gələcəkdir,
Dünya bu hökmünü vermiş əzəldən.
Gəl duraq yanaşı, xəyala varaq,
Bizə layla desin suların səsi;
Dünyadan xoş keçən bir gün aparaq,
Qazancdır gəncliyin hər xoş nəğməsi.
Atıl cəbhələrdən, keç cəbhələrdən
Ömrünün bu əziz, bu gənc yaşında.
Mənim anam kiıni gəl oturma sən
Gecələr ağlayan beşik başında.
Gözəldır avazın, xoşdur nəfəsin
Coşub, tribunadan danışanda sən;
Döyünən ürəyin, gurlayan səsin
Bizə xəbər versin qərinələrdən...
Sevgilim, könlümdən keçənləra bax:
Gəl salama çıxaq ellərimizə!
Dastanlar yaradaq, dastanlar yazaq,
Gələcək duyğusuz deməsin bizə...
1935, 13 oktyabr
________________________Milli Kitabxana________________________
205
Dostları ilə paylaş: |