SƏM M YYƏT YOLÇUSU
I
Ş
airim, çaldığın bu telli sazdan,
Günəşli gündüzdən, çiçəkli yazdan
Könül xumarlandı ay dönə-dönə,
Qəlbin vurğusunu say dönə-dönə.
Doğrudur, saqqalın, saçın ağarmış,
Ruhuna girməmiş qurd ağızlı qış...
Ş
axtaya düşməmiş bir ilk baharsan,
Döyüşdə, cəbhədə hərzaman varsan.
Bu varlıq yaşadır əzəldən bizi,
Bu varlıq yaşadır gənc nəslimizi.
Çəkilsin dağların başından duman,
Ölümdən, heçlikdən səadət uman
nsanlar dünyadan görüm yox olsun,
Sönük vicdanları yerə soxulsun!
Utansın günəşin rəngindən bir az
Axşam qaranlığı bəstələyən saz.
Söylə, xəyanətə dözərmi vicdan?!
Ağ günlər əsrini görən bir insan
Dönüb göz yaşından ilham alarmı?
Ş
er de, şair də heç qocalarmı?
Ə
tirlər dağılır xoş nəfəsindən,
Çiçəklər oyanır ayaq səsindən.
Varlığın, vicdanın ləkədən uzaq,
Böyüklə böyüksən, uşaqla uşaq;
Ə
srə layiq olan bu ruhunla sən
Ölkəmin qoca bir müəllimisən!
"Mən də bir kişiyəm, varım-yoxum var,
Üç qızıl əsgərim - üç çocuğum var" –
Deyən bir atanı öpməliyik biz,
Onu sevməlidir, sevir nəslimiz!
________________________Milli Kitabxana________________________
227
II
Mənim də Yusifim səninkilərlə
Qoşub bir məqsədə, qoşub bir dilə,
Başında tutacaq bayrağımızı,
Düşmənlər istərsə torpağımızı,
Aslan kəsiləcək sular sonası,
Bunu laylasında deyir anası.
Ş
aiqim! Şairlər içində təksən,
Təmiz vicdanmla gülsən, ipəksən.
Dilindən küsməmiş tanış da, yar da,
Səndən inciməmiş qarıncalar da...
Keçdi qaranlıqda odlu gəncliyin,
Xoş olsun indiki qulaq dincliyin.
Günəş bir qüvvədir, yandıqca sönməz
Tarixin təkəri geriyə dönməz...
Ə
məlin qurtuluş, varlığın sənət,
Yaşasın qardaşlıq, bir də məhəbbət!
ndi "bir günəşin zərrəsiyik biz".
Var olsun birləşən dost əllərimiz!
1936, 18 avqust
________________________Milli Kitabxana________________________
228
BÖYÜK ŞA R N ŞƏRƏF NƏ
I
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şerinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə!
Bir yeni sənətlə mən də doluyam,
Ellər dünyasının ellər oğluyam.
Yuxusuz gecələr çıxdı qarşıma,
Fəqət tövşümədi bu polad sinəm.
Artıq qovuşmuşam can sirdaşıma,
Özümə bəxtiyar bir insan desəm, -
Bu səs bir şairin vicdan səsidir,
Düşünən bir qəlbin ifadəsidir.
II
Mən ki, hər gecəmi qatdım gündüzə,
Üfüqdə sönməsin ulduzum, ayım!
Sənət vadisində gəlsin üz-üzə
Sənin Tatyananla mənim Humayım.
Ey böyük sənətkar, hüzurunda mən
Bəzən utanmışam səhvlərimdən;
Neyləyim, qüdrətim zəifdir hələ,
Görüm təbiətin kor olsun gözü!
Ş
airim! Anladım bu gündən belə:
Böyükdür cahanda sənətkar sözü...
Məncə yaraşmayır çoxuna bu ad,
Məni bağışlasın sevgilim həyat!..
III
"Gəlişin ruhuma dərd verir, aman!..
Məhəbbət dəmidir bahar, ay bahar!
Qanımda, qəlbimdə nədənsə bu an.
Məyus və ağlayan bir həyəcan var".
________________________Milli Kitabxana________________________
229
Söylə bir, şairim, bahar gələndə
Neçin pərişanlıq dillənir səndə?
Neçin gözlərini dumanlar alır,
Göz yaşın süzülür; gülümsəyərək
Səninlə birlikdə xəyala dalır
Göydəki qaraquş, yerdəki ürək...
Mən də dərdlənmişəm küskün səsindən,
Bir əsrin o qanlı faciəsindən.
IV
Oyan bir, şairim, oyan, bizə bax
Qoy öpsün alnını bizim xoş səhər;
Bu böyük günlərə arxalanaraq,
Göstər bu meydanda yeni bir hünər;
Bizim dünyamızda itməz zəhmətin,
Həyatın qəlbidir şerin, sənətin,
Bizdə şeir qədər böyükdür hünər,
Hər kiçik şairin bir hörməti var.
Hər alın tərilə yazılmış əsər
Bizim qəlbimizdə qalır yadigar...
V
Mən səni sevmişəm körpəliyimdən,
Sənsən mehribanım, sənsən ustadım!
Nə qədər bəxtiyar bir insanam mən
Ki, sənin tələbən çağrılır adım.
Mən də bir ölkənin yazan əliyəm.
Bu bayram günündə bəzənməliyəm.
Ş
airlər oylağı, ey əziz Vətən!
Söylə, tanışmıdır sənə Onegin?
Bilirəm Puşkini çoxdan sevirsən...
Qizın da, oğlun da əzbərdən desin:
Bizdə şeir də var, sənət də vardır!
Ş
airə, sənətə hörmət də vardır!..
1936, avqust
________________________Milli Kitabxana________________________
230
Ç NARIN Ş KAYƏT
Dindi yol üstündə qoca bir çinar:
"Şairim, sənə bir şikayətim var:
Bu qoca dünyanın şahidiyəm mən...
Kölgəmdə dincəlir hər gəlib gedən.
Bağçalar gül açır yaş torpağımda.
Quşların adı var hər yarpağımda;
Mən bu yer üzünə gələndən bəri
Olmuş budaqların hava səngəri.
Kötüyüm dünyanın sirrilə dolu,
Dolanmış başıma karvanlar yolu;
Bağrımı doğramış min bir cahangir.
mtahan etmişəm onları bir-bir,
Başımda oynamış yüz boranlı qiş...
Sanma ki, qüdrətim, gücüm qalmamış,
Bax, ayrılmamışam öz kötüyümdən!..
Qəhrəman bir elin timsalıyam mən...
Bir kəs inciməmiş sakit dilimdən.
nsana yaxşılıq gəlmiş əlimdən –
Yayda kölgəliyim dağlardan sərin,
Yaylağı olmuşam biçinçilərin.
Silmişəm onların alın tərini,
Sonra dinləmişəm can dəftərini.
Ağır səfərlərə çıxan hər nəfər
Tükənmək bilməyən uzun gecələr
Sığınmış qoynuma sözü var kimi.
Örtmüşəm üstünü çadırlar kimi;
Başına yağmamış nə yağış, nə qar,
Tarix yaxşılığı yaxşı salamlar!
Aylı gecələrin buludu lay-lay
Dağılıb üzünü göstərəndə ay
ş
ığı sallanır budaqlarımdan,
Öpür şirin-şirin dodaqlarımdan.
Bəzən də kükrəyib əsəndə külək
Coşur varlığımda polad bir ürək.
________________________Milli Kitabxana________________________
231
Qalın şaxlarımın xışıltısından
Zövq alır dünyanın şöhrəti insan.
Bəzən də bir sərin axşama yaxın
Ə
təkli çöllərdən hey axın-axın
Qalxan dolaşalar qaqqıldaşaraq,
Dərələr keçərək, dağlar aşaraq,
Başımın üstündə dövrələr vurur,
Bir yerə sıxlaşıb, məclislər qurur.
Bu doğma quşların simfoniyasından
Zövq alır dünyanın şöhrəti insan.
Bəzən də canlanır gündüzün səsi –
Yığışır kölgəmə uşaq dəstəsi;
Azad yurdumuzun şərqilərindən
xtiyar yaşımda zövq alıram mən...
Sərilir kölgəmə xalı-xalçalar,
"Bizdən də bəxtiyar bir nəsilmi var?" –
Deyən uşaqların körpə yaşına,
Günəşlər yurdunun vətəndaşına
Baxdıqca böyüyür gözümdə insan,
Çəkdiyim ağrılar çıxır yadımdan.
Fəqət deyirlər ki, yoldaş mühəndis
Məni bir arxasiz, yurdsuz, kimsəsiz
Zənn edib, plana almışdır ki, mən
ndi çıxmalıyam öz kötüyümdən...
Demək qalmayacaq məndən yadigar.
Ancaq mühəndisə bir sualım var:
"Ömründə bir şitil, bir budaq belə,
Mühəndis əkmişmi barı əlilə
Ki, məni - bu boyda çinarı birdən
Qoparmaq istəyir durduğu yerdən?"
Mən bu şikayəti duyduqca dərin,
Dedim ki, haqlısan, qocaman çinar!
Bizdə təbiətə zülm edənlərin
Nə insan duyğusu, nə də haqqı var!
1936, oktyabr
________________________Milli Kitabxana________________________
232
SAB R N ŞƏRƏF NƏ
Xəyalım bu gecə varaq-varaqdır.
Dilsiz əsrləri o yaracaqdır.
Gözümə bir qara keçmiş görünür,
Bir qara keçmış ki, bizdən uzaqdır.
O keçmiş – gecədir, buludu lay-lay,
Yaslı gəlin kimi pərişandır ay;
Orda təbiət də qara geyinmiş,
Sonalar dərdlidir, yorğun axır çay.
Orda parçalanır, didilir vətən,
Tez düşür insanın saçlarına dən...
Orda haqq bağıran qəhrəmanların
Bir qılıncla gedir başı bədəndən.
Boy atır sünbülün, gülün möhnəti,
Sönür baxışların ilk məhəbbəti.
Hər kiçik laylada "dərdim var" deyir
Elin şirin dili, şirin söhbəti.
Solğun dodaqları ah, aman gəzir,
Ölümlər qapını çox yaman gəzir...
Böyük bir şairin dalğın xəyalı
Vətən çölrini pərişan gəzir...
Sabir, o günləri gətirmə yada.
Dünya unutmamış səni dünyada...
Sinənə çarpdıqca kinli dalğalar
Bir qoca dağ kimi durdun dəryada.
Sən ey azadlığın səhər ruzgarı,
Sınmadı qəlbinin tərlan vüqarı.
Ə
srlər dolaşıq gəlib keçsə də,
Tarix, unutmayır mərd oğulları.
________________________Milli Kitabxana________________________
233
Uzalı getdisə dünyadan əlin,
Artıq çiçəkləndi arzun, əməlin,
nsanın haqqını özünə verdik,
Hər duyan ürəkdə qalxdı heykəlin.
Oyanmış bu günəş, bu yer, bu insan,
Artıq nə qamçı var, nə qara zindan,
Nə matəm hıçqırır bülbülün səsi,
O da ilham alır insan ağzından,
Azaddır ellərin çiçəkli yazı,
Bu yaz danışdırır Kürü, Arazı;
Bu böyük günlərə min dastan deyir
Ş
airin lirası, aşiqin sazı.
Bəzəkli yurdumuz çiçək-çiçəkdir,
Hər keçən ömrümüz bir gələcəkdir,
Sənin də varlığın bir günəş kimi
Ə
srlər boyunca sönməyəcəkdir!
1936, 27 dekabr
________________________Milli Kitabxana________________________
234
GÖZÜM YOLLARDA QALMIŞDIR
Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,
Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından.
O yerlər min xəyal eylər, təbiət şerə layiqdir,
Öpər bülbül səhər tezdən gülün yaqut dodağından.
Çəmənlər, yasəmənlər göz vurub bir cilvə göstərsə,
Durar könlüm çıxar seyrə həyatın qəm otağından...
Qarayazı meşəsində Anadil adlı bir quş var,
Mənim sevdalı qəlbim tək asılmışdır ayağından.
Yolum düşsün Səlahluyə, o qəbrə diz çöküm bir də,
Anam Məhbubi yad ilə, öpüm solğun yanağından.
Aman tale! Nə möhnətmiş onun dərdi, mənim dərdim...
Bahar fəslində ayrıldı qızılgül üz budağından.
Keçər aylar, keçər illər, yaz ey Vurğun, ömür azdır,
Düşər bir gün laçın könlün şeir, sənət marağından.
1936
________________________Milli Kitabxana________________________
235
LƏNKƏRAN ŞE RLƏR
Taleyimdir ilham almaq,
Söhbət açıb, qələm çalmaq
Bizim dünya gözəlindən;
Şə
rbət içdim öz əlindən
Bizim yurdun - ana yurdun Şair!
Sənmi oxuyurdun
Dünən bizə hicran dərdi?..
Yeni tarix nə göstərdi?
Aç gözünü, yaxşı bir bax!
Bu mən, bu sətı gəl yarışaq
Ellər bizə "gəlin!" deyir;
Doğma sənət, doğma şeir
Göstərəcək ölkəmizi
Qoy tanısın dünya bizi!
Mən aşiqəm gözəlliyə,
Muradıma yetəm deyə
Dolaşıram bu torpağı;
Hər budağın bir yarpağı
Hər çiçəyin bir adı var,
nsan adlı ustadı var
Gözəlliyin bu dünyada.
Gah havada, gah dəryada
Mən sürürəm öz gəmimi,
Tapıb könül həmdəmimi,
Durub onunla üz-üzə,
Dənizlərdə üzə-üzə,
Nə yorulur, nə doyuram,
Sahillərə üz qoyuram.
Lənkəran da sahildədir;
Gördüyümü deyim bir-bir
Bu torpağın öz dilində:
Bizim Xəzər sahilində
Uzanmış bir gözəl şəhər,
Yaşıl çalır səhər-səhər.
________________________Milli Kitabxana________________________
236
Hər qapıda kiçik bir bağ,
Evcikləri boydan alçaq,
Fəqət sadə, fəqət təmiz;
Yorulmayır gözlərimiz
Ortüyü ağ pəncərədən;
Çox sevirəm doğrusu mən,
Bu naxışlı örtüləri.
Səhərlərin şehli təri
Aynalardan töküləndə,
Ağlayıram baxıb mən də
Bu yerlərə sevincimdən;
Bir səs gəlir öz içimdən:
Yelkənin dəyməsin daşa,
Sən də yaşa, sən də yaşa!
Ə
tirlidir burda bağlar,
Güzgü kimi yolları var.
Xəyallara dalan çinar,
Sıx kölgələr salan çinar
Düşündürür burda məni.
Xəyalırnın ağ yelkəni
Uzaqlara qanad çalır
Gah ucalır, gah alçalır,
Qara qışdan dərs alalı
Mən də şair tək olalı.
Qoca çinar, qoca çinar!
Kötüyündə nə sirlər var...
Gah Turandan, gah randan
Gah o yandan, gah bu yandan
Ordu çəkib gələnlərin
Bir "dost" kimi gülənlərin
Üstünə sən kölgə saldın,
Sonra yazıq günə qaldın.
Külək vurdu çinarlığı ...
Ə
sib coşan rus çarlığı
Üzərinə ordu çəkdi,
O, başında bostan əkdi...
________________________Milli Kitabxana________________________
237
Bu gün belə durur səndə,
"Sara" adlı cəzirəndə
Generalın məzar daşı,
O qatilin kinli başı
Oynamışdı at belində.
Ə
yri qilınc sağ əlində
Durub kəsdi budaqları...
Bu çölləri, bu dağları
Qapladı
*
bir nalə səsi,
Qanlı çarın təntənəsi.
Sevincindən göyə qalxdı,
Bizə "tatar" deyib baxdı.
Biz öldürdük generalı,
Taptaladıq o medalı...
ndi onun məzar daşı
Aya qarşı, günə qarşı
Endirmişdir dik başını...
Fahişələr oynaşını.
Bu yollardan ötüb keçən,
O günlərdən bir az içən,
Yad eləyir tüpürərək,
Yoxdur ona yanan ürək!
Qoca çinar, qoca çinar,
Kötüyündə nə sirlər var!
Deyirlər ki, çox qəhrəman
Asılmışdır budağından...
Biz onların varisiyiz,
Yaşadırız onları biz.
Qoca çinar, qoca çinar,
Kötüyündə nə sirlər var!
Ölmədin sən! Yaşadın sən!
Bir ölkənin şahidisən.
Yaşamışsan burda nələr!
Qanlı-qanlı faciələr...
*
Bürüdü
________________________Milli Kitabxana________________________
238
Könlüm ötən köklü bir saz,
Nə yazım ki, biliyim az...
Arif istər məni qansın,
Tarixçilər qoy utansın!
Yazılmamış tariximiz,
Tarixsizmi yarandıq biz?
Bəzən olur yazıq şair
Keçmiş günə, bizə dair
Arxivləri axtararaq,
Yığın-yığın, qalaq-qalaq
Kitablara göz gəzdirir,
Alır, baxır, seçir bir-bir.
Bir parası əfsanədir.
Baş çıxmayır bunlar nədir?
Bir parası xatirələr...
Deyil bunlar elmi əsər.
Sən də, dostum, anla bir az!
Elmi ucuz tutmaq olmaz!
O insandır, təbiətdir,
Ş
übhəsiz bir həqiqətdır.
Arif gərək məni qansın,
Tarixçilər qoy utansın!
Yazılmamış tariximiz
Tarixsizmi yarandıq biz?
1936
________________________Milli Kitabxana________________________
239
BAHAR VƏ MƏN
Bahar nə xoş gəlir, ruha dad verir.
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.
Çıxır dağ döşünə körpə quzular,
Tərlanın səsini əks edir sular.
Səhər yuxusundan ayıldır məni
Sinəmə sığınayan böyük duyğular.
Könül dinc durmayır, oynayır yenə,
Ə
zəldən aşiqəm həyat şerinə;
lk dəfə oğlumun əlindən tutub
Çıxmışam səhərin tərlan seyrinə.
Ölümə can vermə ölsən baharda,
Könül müqaddəsdir, qalmasın darda;
Baharın eşqiylə çıxır yuvadan
Balası dalında qarışqalar da.
Yaşıl köynəyini geyinir meşə,
Yaxama quş kimi qonur bənövşə;
Qoy məndən dərs alsın qoca təbiət,
O da könlüm kimi gülsün həmişə.
Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.
1937, 20 aprel
________________________Milli Kitabxana________________________
240
Ş
ER M Z N AĞSAQQALI
Qoca Cambul! Ömrün boyu
Yetim gəzdin o yurtları...
Ə
sdi sənin ağ başından
Qara günün sərt ruzgarı.
Tamburunu çaldıqca sən
Susdu bülbül, dindi çəmən.
Bir zamanlar nə sən, nə mən
Ş
ad görmədik dostu, yarı.
Soldu çiçək, saraldı gül,
Boyun bükdü sarı sünbül;
Yas paltarlı qoca bülbül,
Dərdli gəzdin çəmənzarı...
Bəylər içdi ağ qırmızı
*
,
Qurdlar yedi haqqımızı.
Səhraların oğlu, qızı
Bir görmədi dünya varı.
Gecən qara, günün qara,
Batdı gözün çuxurlara;
Qaranlığı yara-yara
Sən can atdın günə sarı.
Keçən keçdi, olan oldu,
Yaman günün ömrü soldu;
Səni gördüm, sinəm doldu,
Dəmə çəkdim bizim tarı.
Tamburunun simi qoşa,
Birtaxtadır başdan-başa,
Qanad verir dağa-daşa
Ana yurdun havaları...
*
Kumıs - at südü
________________________Milli Kitabxana________________________
241
Nə xoş gəldi ömrün yazı,
Pozulmazdır bizim yazı...
Tambur ilə telli sazı
Qabaqlaşıb çalaq barı.
Ş
eir yazmaq şərəf oldu,
Ş
eir inci, sədəf oldu.
Durna kimi səf-səf oldu
Sinəmizin söz qatarı.
Sevgi dildə şüar olsun,
Vəfasıza çox ar olsun!
Vurğun deyər: qoy var olsun
nsanlığın ilk baharı!
1937, 19 may
________________________Milli Kitabxana________________________
242
DARGÖZ
Belə deyirlər ki, səndə "hünər" var...
Bacaran insanın gözü dar olmaz.
Yaxşı söyləmişdir bizim atalar:
"Müxənnət adamda düz ilqar olmaz!"
Üzümə dost kimi bəzən gülürsən,
Dalda paxıllıqdan yanıb ölürsən;
Tez-tez dəyişdirmə vallarını sən,
landan, iblisdən aşna, yar olmaz!
Vaxtsız xoruz olub çıxırsan dama,
Səsin gülünc gəlir qanan adama;
Qəlbin çamırlıqdır, çox qırıldama,
Qurbağa səsindən qulaq kar olmaz!
Mən az görməmişəm badalaqları...
Min fırıldaq gələn o alçaqları;
Catdı gəncliyimin bahar çağları,
Vaxtsız çiçək tökən bir bahar olmaz!
Konlümün otağı buludlardadır.
Elə zənn etmə ki, ömrüm dardadır.
Bəs sənin dərrakən, ağlın hardadır?
Tərlan oylağında qarğa, sar olmaz!
Get, get, gözlərimə görünmə bir də,
Mənim oylağımdır bu göy də, yer də;
Sən ayaq döyürsən qaldığın yerdə,
Yerində sayandan sənətkar olmaz!
1937, I9 may
________________________Milli Kitabxana________________________
243
BÜLBÜL
Bülbül! Səhər-səhər qonaq budağa,
Günəşin eşqinə bir dastan qoşaq!
Ötək bağçamızda dodaq-dodağa,
Yarpaq inciməsin, əyilməsin şax,
Günəşin eşqinə bir dastan qoşaq!
Seyr et bu varlığı, şeyda bülbülüm!
Həyata müjdədir hər yeni bəstən;
Bağrının başında qalmamış zülüm,
Sən də insan kimi çıxdın qəfəsdən,
Həyata müjdədir hər yeni bəstən.
Bülbülüm, köksünün alti sarıdır,
Mehriban yaratmış səni təbiət;
Bu torpaq bülbüllər laləzarıdır;
Gözəldir səndəki bu söz, bu sənət,
Mehriban yaratmış səni təbiət..
Özün bilirsə ki, mən gözəlliyə
Ə
zəldən vurğunam... Gözəl-həyatdır!
Azadlıq, qurluluş bizdədir deyə,
Hər yeni istəyin bir kainatdır,
Sevdiyim gözəlin adi həyatdtr.
Gəl, şeyda bülbülüm, verək səs-səsə,
Qardaşlıq adına min söhbət açaq.
Deyək şərqimizi nəfəs-nəfəsə,
Hər sözün başında bir sənət açaq;
Qardaşlıq adına min söhbət açaq.
1937, may
________________________Milli Kitabxana________________________
244
BƏNÖVŞƏ
Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana bənövşə!
Sənsən əzəl gündən mənim sirdaşım.
Gözümdən ayrılsan, axar göz yaşım,
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə.
Çıxımşam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzən
Çoxları küsəndi mana, bənövşə!
Üzündə gördüyüm nə intizardır!
Qəlbində Vaqifin sirrimi vardir?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə!
Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə:
Vurğunun şerilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!
1937,1 iyul
________________________Milli Kitabxana________________________
245
SƏHƏR-SƏHƏR
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,
Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.
Ey ariflər, nəzər salın təbiətin qurğusuna,
Ş
eyda bülbül kəsərmi heç gül yanından ayağını.
Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,
Axşam üstü çox öpürəm ayın açıq qabağını.
Ə
zəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,
Bütün dünya bizdən alır səadətin sorağını.
Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,
Mən qapalı görməmişəm könlümün söz otağını.
Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,
Yazıb-yazıb dolduraram sinəmin ağ varağını.
Qara bulud sallamasın ətəyini sərhəd boyu,
Mən dünəndən doldurmuşam patronumun darağını.
Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,
Hər bir sözüm saldıracaq min faşistin yarağını.
Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,
Tülkülərə verməyəcək aslanların yatağını.
O gün mən də ilhamımla oxşayaraq sevəcəyəm
At belində qılınc vuran Don çayını qazağını.
1957, avqust
________________________Milli Kitabxana________________________
246
Dostları ilə paylaş: |