MiNGƏÇEVİr turizm kolleci Tələbə: Məmmədova Gülnar Fakültə: Turizm və onun təşkili Fənn: Sahibkarlıq fəaliyyəti


Sərbəst iş № 3. Müəssisənin mahiyyəti



Yüklə 51,98 Kb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü51,98 Kb.
#40957
1   2   3   4   5   6   7   8   9   ...   12
Sərbəst iş № 3. Müəssisənin mahiyyəti

Ölkədə kiçik biznesin inkişafı normativ-hüquqi və maliyyə şəraitinin yaradılması ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə əlaqədər əsas məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və onun əsas müddəalarını konkretləşdirən qanunvericilik aktlarında əks olunmuşdur. Son vaxtlar kiçik sahibkarlığın inkişafı sahəsindəki siyasət əhəmiyyətli dərəcədə dəyişilmişdir. Cəmiyyətin iqtisadi həyatının xüsusi sferası kimi kiçik sahibkarlığın təşəkkülü və inkişafı problemlərinin həllinə ayrı-ayrı, pərakəndə tədbirlər kompleks yanaşmalarla əvəz olunmuşdur.

Azərbaycanda kiçik sahibkarlığa dövlət səviyyəsində nəzarət əsasən İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli fərmanı ilə təsdiq edilməmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Haqqında Əsasnamə” yə uyğun həyata keçirir. əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Nazirliyin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı sahəsində, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının, digər təsisatların iştirakı ilə təmin edir;

- Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf proqnozlarını işləyib hazırlayır;

- makroiqtisadi proqnozlaşdırılmasını həyata keçirir, dövlət büdcəsinin xərclərinin iqtisadi əsaslandırılmasında iştirak edir;

- ölkə iqtisadiyyatında struktur və innovasiya siyasətini işləyib hazırlayır və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirir;

- Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və sahibkarlığa kömək sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

- ölkədə rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir;

- ölkədə regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri aidiyyəti dövlət orqanlarını cəlb etməklə hazırlayır və həyata keçirilməsini təmin edir;

- Azərbaycan Respublikasının investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanlarının iştirakı ilə işləyib hazırlayır və səlahiyyətləri daxilində həyata keçirir;

- Nazirliyin fəaliyyət istiqamətləri üzrə dövlət nəzarətini həyata keçirir;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər

Nazirliyin mərkəzi aparatı və Nazirliyin tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələri və digər qurumları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və onun tabeliyində olan qurumlar vasitəsilə həyata keçirir.



Yüklə 51,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin