Qiymət müasir dövrdə müştərilərin seçim prosesində əsas fikir verdikləri amillərin başında durur. Təbii olaraq qiymət dediyimiz müştərilərimiz üçün bir dəyər, sahibkar üçün isə mənfəət mənbəyi kimi baxılmalıdır.
Bu baxımdan uğurlu qiymət qoyma siyasəti özündə müştəri və sahibkar ehtiyaclarının balanslaşdırmasını təşkil etməlidir. Bu yazıda mən praktikada tətbiq edilən qiymətqoyma üsullarından danışacam.
Qiymət qoyma siyasətinin aşağıdakı üsulları mövcuddur.
Xərc. Bu əsasən aşağı rəqabətli bazarlarda tətbiq olunur. Əsas üstünlüyü bu metodun sadəliyidir. Mənfi cəhəti isə sırf bazarda olan dəyişikliklərə və yeni məhsul çalışmaları üçün fəaliyyətinin şirkət üçün əlavə dəyər yaratmamasına getirməsidir.