Mini (kiçik) hotellər


a) Mini hotelin layihləşdirilməsi və təchizatı



Yüklə 69 Kb.
səhifə2/4
tarix16.06.2023
ölçüsü69 Kb.
#131631
1   2   3   4
Mini hotels(1)

a) Mini hotelin layihləşdirilməsi və təchizatı
Hotel, mühəndis qurğu və sistemlərdən, infrastruktura malik, daşınmaz mürəkkəb obyektdir. Hotelin, qonaqların rahat və komfortla yaşaması üçün, müxtəlif incəlikləri nəzərə almaqla layihələşdirmək lazımdır. Mini hoteldə ön büronun yeri, restoran və ya kafe üçün sahələrin ərazisi nəzərə alınmalıdır. Nömrə fondunun sayı və qeyri-yaşayış sahələr müəyyən olunmalıdır. Hotel inşa olunarkən nəzərə alınmalıdır ki, gələcəkdə, əsas və cari təmir işləri apararkən, ustaların obyektə keçməsi rahat və asan olmalı, mühəndis qurğuların və sanitar qovşaqların təmiri zamanı çətinliklər yaranmamalıdır. Mini hotelin dizayna, estetik tərtibatına diqqət verilməli və qonaqların tələbatı nəzərə alınmalıdır.
İlk öncə hotelin girişi diqqəti cəlb etməlidir. Bir çox mini hotellərin üzləşdiyi problemlərdən biri, ayrıca girişin (xidməti) olmamasıdır. Mini hotellərin əksəriyyəti yaşayış binasında yerləşir və memarlıq baxımından əlavə giriş yeri açmaq üçün imkan yoxdur.
Hotelin reklamı, yaraşıqlı, parlaq, gözəçarpan və işıqlı olmalıdır ki, qonaq mehmanxananı tez tapsın.
Mini hotel yaşayış binasının hər hansı bir mərtəbəsində yerləşirsə, mütləq pilləkanların və divarların təmizliyinə və səliqəsinə fikir vermək lazımdır.
Hotelin lobbisi (vestibül) - əsas sahələrdən biridir. Onun düzgün planlaşdırılması və quruluşu çox mühümdür. Lobbidə qonaqları qarşılayır və yola salırlar. Hoteldə nömrə fondunun sayı nəzərə alınaraq lobbinin sahəsi müəyyənləşməlidir. Qonaqlar lobbidə gəzişərkən sıxıntı hiss etməməlidirlər və onların qəbul və qeydiyyatı rahat aparılmalıdır. Lobby müvafiq mebellə (divan, kreslo, jurnal masası, televizor və s.) təchiz olunmalıdır. Jurnal masasında reklam, çap məhsulları (buklet və prospekt) qoyulmalıdır.
SANİTAR QOVŞAĞI nömrə fondunda mühüm sahələrdən biridir. Nömrə fondunun sahəsinə, dərəcəsinə, qəbul olunan qonaqların səviyyə və tələbatına uyğun sanitar qovşaqları qurulmalıdır. Sahibkar müəyyən etməlidir ki, duş kabinası və ya vannanın olması daha məqbuldur. Mini hotelin inşası zamanı, sanitar qovşaqların təhcizatına qənaət etmək məsləhət deyil və bu vacib şərtlərdən biridir. “Xəsis iki dəfə ödəyir” misalını xatırlatmaq yerinə düşər.
Sanitar qovşağı bir sıra ləvazimat və avadanlıqlarla, o cümlədən duş kabinası (vanna və ya jakuzi), rakovina, unitaz, 8 dəsmal üçün asılqan (2 böyük, 2 orta, 2 balaca və 2 ayaq üçün dəsmallar), ağ xalat, diş fırçası, diş pastası, maye sabun, saç üçün şapka, hamam başmaqları, şampun, sabun, güzgü, tualet kağızı üçün ləvazimat, zibil qutusu, fen, stəkan və s. təchiz olunmalıdır.
Qeyd etmək lazımdır ki, standart nömrələrin sahəsi vahid ölçülərə malik olmalı və eyni qiymətə satılmalıdır. Müxtəlif ölçülərə malik yaşayış sahələrinin olması, standart nömrə anlayışına uyğun və qiymət sahəsinə müvafiq deyil. Bu müştərilərdə çaşqınlıq və narazılıq yarada bilər.

Yüklə 69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin