Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   13   14   15   16   17   18   19   20   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Şuşakəndin  və  Keşiş  kəndinin  erməniləri  müsəlman 

məhəllələrinin  müqabilində  Topxana  deyilən  yerdə  səngərlər  tərtib  etmişdilər. 

Odur ki, ermənilər həmin kəndlərdən gəlib bu səngərlərdən də müsəlmanları atəşə 

tuturdular.  Bütün  bu  hazırlığa  baxmayaraq,  Allah-təalanın  köməyi  ilə  heç  bir  iş 

görə bilmədilər. 

Müsəlmanlar  da  bir  neçə  yerdə  səngərlər  tərtib  etmişdilər.  Birinci  səngər 

Vəzirzadələrin  evinin  qabağında,  ikinci  səngər  isə  Hası  Həsən  Qaraşirzadənin 

evinin  içində  və  baş  tərəfində  idi.  Bu  səngərləri  tərtib  edən  və  onların  başçısı 

Abbas  bəy  Talıb  bəy  oğlu  idi.  Üçüncü  səngər  isə  Məşədi  Kərimin  və  erməni 

Xaçatur  oğlunun  evləri  idi.  Bu  səngərləri  yaradan  və  onların  rəhbəri  bizim  Mir 

İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və 

rəhbəri  Əfrasiyab  Hacı  Əzim  oğlu  idi.  Beşinci  səngər  Təzə  məhəllədə  yerləşirdi. 

Onun  rəhbəri  isə  Məşədi  Abış  Bəylər  bəy  oğlu  idi.  Altıncı  səngər  isə  mərhumə 

Gövhər  ağanın  evi  və  həyəti  idi.  Bu  səngərin  rəhbəri  və  istiqamətvericisi  cənab 

Axund Molla Şükür idi. 

Şəhərin  əyanları  və  nücəbaları  şəhər  sakinlərini,  cavanları  və  igidləri 

müdafiəyə  qaldıraraq  səngərlərə  göndərirdilər.  Özləri  də  tez-tez  gəlib  səngərlərə 

baş çəkib gedirdilər. Xüsusən cənab Nəcəfqulu ağa, cənab Şeyx Hüseyn və cənab 

Axund  Molla  Qasım  tez-tez  bütün  səngərlərə  baş  çəkir,  xalqı  cəsarətlə  müdafiə 

olunmağa  ruhlandırırdılar.  Molla  Qasım  paltarını  dəyişərək  döyüşçü  libası 

geyinmiş  halda,  tüfəng  çiynində  dəstə-dəstə  Qala  və  Çöl  cavanlarını  götürüb  «Ya 

Əli!» nərəsi çəkə-çəkə səngərləri gəzir, döyüşçüləri ruhlandırmaq üçün heyrətamiz 

sözlər və şüarlar deyirdilər. 

Ermənilər  hündür  evlərdən  və  səngərlərdən  müsəlman  binalarını  və 

küçələrini gülləbaran edir, xalqın gediş-gəlişinə mane olurdular. 

Müsəlman  tərəfdən  isə  İran  konsulunun  müavini  Ağa  Məmmədcəfər  də 

cavanlarla  məscidlərin  minarələrinə  çıxıb  gözə  görünən  erməni  quldurlarını  güllə 

ilə vurub həyatlarını kəsirdilər. 

Davanın  ilk  günü  müsəlmanlar  səngərlərdən  güllə  atmaqla  erməniləri 

məşğul  etdilər.  Müsəlman  səngərlərinin  yaxınlığındakı  erməni  evlərinin  bir 

parasının  sakinləri  qaçmış,  bir  parası  isə  darvazaları  bağlayıb  içəridə 

gizlənmişdilər. Müsəlmanlar səngərlərinin qarşısında olan həmin evlərin divarlarını 

linglə  deşib  içəri  daxil  olub,  od  vurub  yandırdılar.  Od  vurulmuş  evlərin  hamısını 

alov bürüdü. Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü. 




26 

 

İkinci  gün  ermənilərin  evlərini  yandıraraq  onları  geri  oturtdular.  Üçüncü 



gün ikinci və üçüncü səngərin igidləri Xoca Söhrab kilsəsi adlanan Böyük kilsəyə 

çatdılar.  Evlərə  düşmüş  yanğın  artıq  gəlib  Təzə  kilsənin  ətrafına  çatmışdı. 

Ermənilər  ordan  da  geri  çəkildilər.  Dördüncü  səngərin  cavanları  isə  gəlib  Cəmşid 

bəyin evinə çatdılar. 

Bir  para  adam  Cəmşid  bəyin  və  Bəhram  bəyin  evlərinin  yandırılmasını 

məsləhət  görmədilər.  Çünki  Şahnəzərovlar  həmişə  müsəlmanların  dostu  olublar. 

Buna görə də onlara hörmət əlaməti olaraq evləri yandırılmasın. Lakin qabaqcadan 

qərara  alınmışdı  ki,  hansı  evdən  müsəlmanların  üzərinə  güllə  atıldı,  o  ev  mütləq 

tar-mar  edilməlidir.  Cəmşid  bəyin  evinin  balkonundan  isə  iki  minə  qədər  güllə 

atılıb.  Bu  güllələrdən  bir  neçəsi  uşaqlara  dəyib  yaralayıb.  Yüz  güllədən  artıq  isə 

məscidin  taxtapuşuna,  minarələrinə  dəyib  deşibdi.  Bundan  başqa  bizim  hörmətli 

seyidimiz Mir Möhsün  Ağanın hücrəsinin pəncərəsinə on iki güllə  vurulub deşik-

deşik  edilmişdi.  Amma  yenə  hörmət  əlaməti  olaraq  evi  yandırmayıb  getdilər.  O 

evin  ətrafında  qəbiristanadək  od  vurdular.  Külək  vasitəsilə  ətraf  evlərdən  Cəmşid 

bəyin  evinə  də  od  düşüb  yandı.  Bəhram  bəy  və  Qriqor  bəyin  evləri  də  alovların 

cənginə keçdi. 

Cavanlar  evlərə  od  vurduqdan  sonra  qəbiristanlıqdan  keçib  yaxınlıqda 

yerləşən bir erməni fahişəxanasına çatdılar. Fahişəxananın darvazasını sındırıb evə 

on yerdən od vurdular. Orada olan erməni fahişələrinin bir neçəsi öldü, bir neçəsi 

isə  bayıra  qaçaraq  müsəlman  döyüşçülərinin  ayağına  sərilərək  aman  istədilər. 

Döyüşçülər onları bağışladılar. 

Üçüncü  gün  hər  bir  müsəlman  kəndindən  yeddi  yüzə  yaxın  atlı  və  piyada 

köməyə gəldi. Onlar səngərlərə paylanaraq döyüşü davam etdirdilər. 

Bu  davadan  əvvəl  erməni  tayfası  məktəb  tikdirirdi.  Həmin  binanın 

tikintisində  on  səkkiz  nəfər  İran  müsəlmanlarından  fəhləlik  edirdi.  Dava  başlayan 

kimi  bina  sahibi  onları  bir  evə  dolduraraq  heç  yana  çıxmamalarını  tapşırdı  və 

bildirdi ki, əks təqdirdə ermənilər onları görsələr, hamısını öldürəcəklər, sonra vaxt 

tapıb  sizi  yola  salarıq.  Onlar  da  bu  erməninin  sözünə  inanıb  o  evdə  gözləməli 

olurlar.  İranlı  fəhlələrdən  biri  erməninin  sözünə  inanmayıb  nə  yollasa  sonradan 

qaçıb  canını qurtarır. Ev  sahibi isə  axşam ermənilərə  xəbər verib onlarla  birlikdə 

İran fəhlələri gizlənən evə gəlirlər. Qələmlə yazılması qeyri-mümkün olan erməni 

vəhşiliyi  nəticəsində  orada  olan  17  nəfər  İran  fəhləsi  böyük  zülm  və  işgəncə  ilə 

öldürülür. Ermənilər onların başına  mismar çalaraq  əzdikdən sonra  cəsədlərini bir 

dərəyə ataraq üstlərini peyinlə basdırmışlar. 

Müsəlmanlar əhvalatdan xəbərdar olduqdan sonra gedib onların cəsədlərini 

çıxarıb gətirirlər. Onların bəzilərinin cəsədləri parça-parça olduğundan təyəmmüm 

(təmizləyib)  edib  o  birilərinə  qüsul  verib  kəfənə  tutdular  və  hörmətlə  Cıdır 

düzündə dəfn etdilər. 

Qalaya  kənd  yerlərindən  köməyə  gəlmiş  atlılar  dalbadal  şəhərə  daxil 

olduqdan  sonra  dəstə-dəstə  olub  səngərlərə  və  keçidlərə  doluşdular.  Bir  azdan 




27 

 

sonra  «Ya  Əli!»  nərəsi  çəkib  hücuma  keçdilər.  Onlar  erməniləri  geri  oturdub 



evlərinə  və  dükanlarına  od  vurub  yandırdılar.  Hər  hansı  erməni  qaraltısı 

görürdülərsə, gülləbaran edirdilər. Ermənilər get-gedə geri çəkilir, müsəlmanlar isə 

qələbə  ilə  irəliləyirdilər.  Həmin  gün  səs-küy,  çığırtı  və  «Ya  Əli!»  sədaları, 

tüfənglərin  gurultusu  və  ermənilərin  qışqırtısı  yeri-göyü  lərzəyə  gətirirdi.  Yanan 

evin  və  dükanların  alovu  və  tüstüsü  kəhkəşana  yetişmişdi.  Həmin  günün  gecəsi 

yanan  evlərin  işığına  neçə  mil  məsafədə  kağız  yazıb-oxumaq  mümkün  idi. 

Vəzirzadələrin evlərinin qabaq səmtinə od vura-vura gedirdilər. İki yolun ortasında 

bir  ev  var  idi.  Müsəlmanlar  ona  da  od  vurmaq  istəyərkən  bir  nəfər  evdən  çıxıb 

onların  yanına  gəldi  və  iztirabla  cavanlardan  xahiş  etdi  ki,  Allah  xatirinə  bu  evi 

yandırmayın!  Çünki  mən  bu  evi  icarəyə  götürmüşəm  və  külfətim  hal-hazırda 

burada  yaşayır,  bütün  mal-dövlətim  bu  evdədir.  Cavanlar  həmin  müsəlman 

kişisinin  dediklərindən  sonra  buyurdular  ki,  bütün  evlərdən  çox  bu  evi  odlamaq 

fikrində idik. Çünki bir erməni bu evin altında şirəxana (tiryək çəkilən yer) dükanı 

düzəltmişdi. 

Həmin  erməni  gedib  Allahın  evini  ziyarət  etdikdən  sonra  gəlib  bu 

şərabxananı  açıb,  oraya  hər  gün,  hər  gecə  fasiq,  facirlər  gəlib,  bu  dükanda 

müsküratdan  içib,  zinakarlıq  və  əlli  cür  fasiq  əməllərlə  məşğul  olurdular.  Evin 

yandırılmasının  qeyri-mümkün  olduğunu  görən  cavanlar  qərara  aldılar  ki,  heç 

olmasa  onun  altındakı  şərab  və  tiryək  dükanını  dağıdıb  tar-mar  etsinlər.  Onlar  bu 

məqsədlə  dükanın  qapısını  sındırdılar  və  içəri  daxil  oldular.  Gördülər  ki,  hər  biri 

otuz-qırx  pud  şərab  tutan  neçə  boçkalar  vardır.  Onlar  güllə  ilə  boçkaları  dəlmə-

deşik  etdikdən  sonra  şərab  sel  kimi  axmağa  başladı.  Rus  kazakları  isə  əhvalatdan 

xəbərdar  olan  kimi  bu  axan  şərabları  vedrələrə doldurub  aparmağa  başladılar.  Bir 

müddət üfunət iyindən o dükanın qabağından keçmək mümkün olmadı. O dükanda 

olan  yüzlərlə  şüşələrə  doldurulmuş  cürbəcür  içki  və  müskurat  da  çölə  atılaraq 

sındırılmışdı.  Bir  neçə  gündən  sonra  həmin  evdə  yaşayan  müsəlman  başqa  bir 

müsəlman  evinə  köçmək  məcburiyyəti  qarşısında  qaldı.  Ondan  sonra  bu  erməni 

evini yenidən dağıdıb tar-mar etdilər. 

Məhəmməd  adlı  bir  oğlan  danışır  ki,  bütün  aləmi  insan  çığırtısı,  nalələri, 

döyüşçülərin  nərələri  və  tüfənglərin  səsləri  bürüyəndə  və  evlər  alovlanaraq 

yananda gördüm ki, bir rus keşişi yanan evlərin arasında icarə etdiyi evdən çıxaraq 

bir  övrətlə  müsəlmanların  içinə  gəldi.  Həmin  keşiş  mənim  əlimdən  tutub  dedi  ki, 

sənin evin hardadır? Mən də dedim: 

— O müqabildə görünən ev mənimdir. 

Rus  keşişi  xahiş  etdi  ki,  bu  övrət  yanğından  qorxduğuna  görə  və  onların 

evlərini  alov  əhatə  etdiklərinə  görə  bir  neçə  gün  onları  öz  evində  saxlasın. 

Məhəmməd onları sakitləşdirib, öz evini onlara verəcəyinə razı oldu. Bundan sonra 

o rus keşişi ilə övrəti öz evinə gətirib onlara dedi: 

— Nə qədər istəsəniz, bu evdə qala bilərsiniz. 



28 

 

Onlar Məhəmmədin evində üç gün qaldılar. Ara bir az sakitləşdikdən sonra 



keşiş  Məhəmmədi  çağırıb  dedi  ki,  bu  qədər  ki,  sən  bizə  hörmət  etdin,  bunun 

əvəzini  çıxmağa  bizim  heç  nəyimiz  yoxdur.  Qoy  Allah-təala  sənə  əvəzini  versin. 

Keşiş  üzünü  şərqə  tərəf  tutub  çoxlu  dualar  oxudu  və  övrət  də  amin  dedi.  Ondan 

sonra onlar Məhəmmədlə əl tutub xudahafizləşərək yola rəvan oldular. Məhəmməd 

onları ötürüb geri qayıdır. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin