Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə19/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   15   16   17   18   19   20   21   22   ...   71
kitab20111201122645312

Ə L A V Ə: Davadan əvvəl Şuşanın erməni tayfası hər yerə kağızlar yazıb 

göndərərək  kömək  istəmişdilər.  Həmin  kağızların  birini  də  Tiflis  şəhərinə 

yazıblarmış.  Tiflisdə  neçə  yüz  erməni  və  gürcü  gəlib  Şuşada  müsəlmanlara  qarşı 

vuruşmuş  və  əksəriyyəti  burada  həlak  olmuşdular.  Belə  ki,  davadan  sonra  Tiflisə 

ancaq  60  nəfər  qayıdır.  Əhvalatdan  xəbərdar  olan  gürcülər  istəyirlər  ki,  toplaşıb 

həlak olanların əvəzinə, ordakı İran müsəlmanlarını qırsınlar. Lakin gürcülərin bir 

parası buna razı olmayıb mane olmuşdular. 

Xülasə,  ikinci  səngərin  cavanları  ermənilərə  güc  gəlib  onları  geri 

oturtduqdan  sonra  gördülər  ki,  iki  erməni  övrəti  və  bir  erməni  kişisi  «Ya  Həzrəti 

Abbas!»  deyə-deyə  müsəlmanlara  tərəf  gəlirlər.  Kənd  yerindən  gəlmiş 

müsəlmanlardan  biri  onların  üstünə  bir  neçə  güllə  atdısa  da,  onların  heç  biri 

dəymədi. Buna kimi onlar səngərlərə çatdılar və ağlaya-ağlaya «Ya Həzrəti Abbas, 

bizə kömək ol!», deyə müsəlmanlardan aman istədilər. 

Bu  üç  erməni  əsirini  gətirib  bizim  evə  (M.  M.  Nəvvabın  evinə)  qoydular. 

Ermənilərlə  müsəlmanlar  arasında  barışıq  olduqdan  neçə  gün  sonra  həmin 

ermənilər  öz  yerlərinə  getdilər.  Erməni  kişisinin  adı  Baxış,  övrətdən  birinin  adı 

Bənövşə, o birinin adı isə Zəri imiş. 

Müsəlmanlar  hər  ləhzə  «Ya  Əli!»  nərəsi  çəkə-çəkə  səngərdən-səngərə  irəli 

gedib  hər  saat  qələbələr  əldə  edirdilər.  Abbas  bəyin  dəstəsi  yürüşünü  davam 

etdirərkən  yolunda  evləri  odlaya-odlaya  Manas  Muğdusi  oğlunun  evinə  kimi 

çatdılar.  Mir  İbrahim  və  Ağa  Şəmilin  dəstələri  isə  litoqrafiya  çapxanasına 



29 

 

çatmışdılar.  Dördüncü  və  beşinci  səngərlərə  rəhbərlik  edən  Əfrasiyab  və  Məşədi 



Abış  bəy  öz  dəstələri  ilə  sudxana  istiqamətində  hücuma  keçərək  gəlib  oraya 

çatdılar. 

Bu  dəstələrin  igidləri  ermənilərin  üzərinə  yürüş  edərkən  cənab  qubernator 

durbinlə  vuruşa  baxırmış.  Müsəlmanlar  əllərində  tüfəng  əyilə-əyilə  gedib 

ermənilərin  səngərlərinə  daxil  olaraq  onları  gülləbaran  etdiyini  görən  qubernator 

əl-ələ vurub təəccüblə demişdi: 

— Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin 

belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir. 

Kəndistan  yerindən  gəlmiş  igidlər  və  yerli  cəngavərlər  bir-birinin  ardınca 

küçələri  və  səngərləri  tutduqca  şur  və  fəğan,  «Ya  Əli!»  sədası,  «Ura-ura!»  səsləri 

və  tüfəng  gurultusu  fələyə  qalxırdı.  Odlanan  dükanlar  və  evlər  hər  tərəfdə  alışıb 

yanırdı.  Xüsusən  taxtalarla  dolu  olan  bir  neçə  dükanın  alovu  fələyin  yanına 

qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş. 

Kərkicahan  kəndinin  adamları  deyirdi  ki,  həmin  gün  yanğın  vaxtında 

saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü. 

Müsəlmanlar  Manas  Muğdusi  oğlunun  evinə,  yuxarı  meydanın  üstünə  və 

Xublar oğlunun şirəxanasına kimi bütün dükan və evlərə od vurub yandırmışdılar. 

Eləcə də dərədə olan neçə mərtəbəli evlər, dükanlar və karvansara tamam od tutub 

yanırdı. 

Üçüncü  səngərin  adamları  da  kilsənin  qiblə  tərəfindən  basmaxanaya  qədər 

evlərə  və  dükanlara  od  vurmuşdular.  Təzə  kilsənin  ətrafındakı  evlər  də 

yandırılmışdı. 

Dördüncü  səngərin  əhli  Cəmşid  bəyin  evinin  dövrəsində  olan  imarətlərə 

vurduqları  alovdan  Cəmşid  bəyin  və  Şəhnəzərovların  mülklərinə,  üzbəüzdə  olan 

evlərə, o cümlədən Ümrüd bəyin, Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin 

oğlanlarının evlərinə də od vurub yandırmışdılar. Bundan əlavə, sudxana və Duma 

divanxanası,  xülasə  bu  qəbildən  böyük  evlər  və  ətrafında  da  olan  imarətlər, 

dükanlar tamam alışıb-yandı. 

Kilsələr  məbədgah  olduğuna  görə  onlara  toxunmayıb  od  vurmadılar.  Buna 

baxmayaraq,  bir  neçə  tərəkəmə  darvazaya  od  qoyub  kilsəni  yandırmaq  istəyərkən 

şuşalılar onu söndürüb onlara acıqlanaraq demişlər: 

— Kilsə və məscidlərə hörmət etmək lazımdır. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin