Mir Möhsün NƏvvab


KƏRBƏLAYI İSGƏNDƏRİN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   17   18   19   20   21   22   23   24   ...   71
kitab20111201122645312

KƏRBƏLAYI İSGƏNDƏRİN ƏHVALATI 

 

Kərbəlayı  İsgəndər  adlı  bir  şəxs  mənə  danışdı  ki,  dava  günü  biz  üç  nəfər 

yuxarı erməni bazarına çıxmışdıq. Bir də gördük ki, ermənilər bir-birinə qarışaraq 

dükanları  bağlayır,  əllərində  tüfəng  və  tapança  küçələrə  çıxır,  harada  müsəlman 

görürdülərsə gülləyə tuturdular. Heç nədən xəbərləri olmayan silahsız müsəlmanlar 

isə  bu  hücumun  qarşısında  hərəsi  bir  tərəfə  qaçırdı.  Bəzisi  qaçıb  qurtarır,  bəzisi 

yaralı  canını  qurtarmağa  cəhd  göstərir,  bir  qismi  isə  yaralı  yıxılıb  qalırdı.  Biz  üç 

nəfər  də  bu  vəziyyəti  görüb  dəhşətə  gəldik  və  qaçmaq  istədik.  Lakin  gördük  ki, 

bütün dükanların qarşısında silahlı ermənilər dayanıbdır. Əgər qaçsaydıq, bizi hər 

tərəfdən  gülləbaran  edəcəkdilər.  Əlacsız  qalıb  orada  olan  bir  müsəlman  papaqçı 

dükanına girdik. Dükanın sahibi Aslan adlı bir nəfər idi. Aslan durub tez dükanın 

qapısını çəkib içəridən bağladı və arxasına böyük şeylər qoydu ki, açılmasın. Bunu 

görən  ermənilər  tez  qaçıb  dükanı  gülləyə  tutdular.  Güllələr  qapını  deşib  içəri 

keçirdi.  Biz  isə  içəridə  hərəmiz  bir  divar  dibinə  qısılıb  qalmışdıq.  Mən  birtəhər 

qalxaraq  dükanın  arxasındakı  taxtanı  çıxartdıqdan  sonra  ona  bitişik  olan  ikinci 

dükana  keçdik.  Həmin  dükanın  sahibi  də  dükanı  bağlayıb  getmişdi.  Gördük  ki, 

dükanda  bir  dəstə  lavaş  və  yanında  da  dolu  bir  qab  su  var.  Sudan  bir  az  içdik. 

Sonra  fikirləşdik  ki,  nə  edək.  Axşam  düşəndən  sonra  lavaşdan  bir  qədər  yeyib 

sudan içdikdən sonra həmin dükanda gecələməli olduq. Lakin yata bilmədik. Sübh 

olan  kimi  mən  qalxıb  o  dükanın  bir  tərəfinin  divarının  üstünü  açdım.  Mənimlə 

orada olanlardan birisi dəmirçi Süleyman, o birisi isə Cəmil adlı bir şəxs idi. Mən 

divarın üstündən aşdığım yerdən gördüm ki, bazar-dükan, ev-eşik tamam od tutub 

yanır.  Alov  artıq  biz  olan  dükana  yetişirdi.  Amma  bazarda  bir  nəfər  də  olsun 

erməni görünmürdü. Onların hamısı böyük meydana yığılıbmış. Müsəlmanların da 

«Ya  Əli»  sədası  eşidilirdi.  Mən  alovun  yaxınlaşdığını  görüb  özümü  birtəhər 

açdığım  yerdən  bayıra  atdım.  Yoldaşlarıma  da  xəbər  verdim  ki,  tez  bayıra 

çıxsınlar, od-alov artıq dükana çatır. Onlar hərəkət edib divara çıxana kimi od-alov 

dükanı  bürüdü.  Onlar  karıxaraq  ikisi  də  divarın  üstündən  dükanın  içəri  tərəfinə 

yıxıldılar. Mən böyük çətinliklə  divarların dalı ilə  gəlib evimizə  çatdım. Gördüm 

külfətim hamısı ağlaşırlar. Bir qızım özünü saçından asıb allaha duva edirdi. Elə ki, 

məni gördülər, hamısı ayağıma düşdülər. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin