Mir Möhsün NƏvvab


RAMAZAN AYINDA (15 noyabr) ŞUŞA ŞƏHƏRİNDƏ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə33/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
kitab20111201122645312

RAMAZAN AYINDA (15 noyabr) ŞUŞA ŞƏHƏRİNDƏ  

BAŞ VERMİŞ ƏHVALAT 

 

Məsumovlardan  olan  bir  erməni  öldürülmüşdü.  Ermənilər  bu  ölüm 

hadisəsinin izini qəsdən gətirib müsəlman bazarına çıxardılar və onu müsəlmanlar 

öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında axtarış aparmağa 

başladı.  Müsəlmanlar  bildirdilər  ki,  biz  heç  vaxt  belə  namərdliyə  yol  vermərik. 

Bunu  ermənilərin  özləri  edib  bizim  üstümüzə  yıxırlar  ki,  müsəlmanları  müqəssir 

etsinlər. 

Xülasə,  çox  çəkişmələrdən  sonra  ermənilərin  sakitləşdirilməsindən  ötrü 

divan  bir  dəstə  atlı  kazak  və  bir  dəstə  piyada  götürüb  qubernatorla  birlikdə 

müsəlman meydanına  gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın 

hökmünə  əsasən  gərək  ölən  erməninin  meyidini  verəsiniz.  Əgər  onun  meyidi 

verilməsə  bu  Şeytanbazar  adlanan  dükanlardan  gərək  bir  neçə  yüz  manat  pul 

toplayıb o ölən erməninin külfətinə verəsiniz. 

Bir-iki gündən sonra rus qoşunu yenə gəlib o qərarla müsəlman bazarından 

keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab qazi və əyanlarla xoş 

davranırdı. 

Ramazan  ayının  18-ci  günü  qubernator  belə  məsləhət  gördü  ki,  müsəlman 

əhli  dükan-bazarı  bağlayıb  toy  və  musiqi  çala-çala  padşahın  fərmanı  oxunacaq 

böyük  bir  yerə  gəlsinlər.  Müsəlmanlar  cavab  verdilər  ki,  bu  günlər  bizim  əziz  və 

təziyə  günlərimizdir.  Odur  ki,  musiqi  və  toy  çalmaq  olmaz.  Özümüz  isə  toplaşıb 

oraya  gələ  bilərik.  Danışığa  əsasən  müsəlmanlar  dükan-bazarı  bağlayıb  böyük  bir 



45 

 

izdihamla,  şahın  iki  şəkli  və  on  bayraq  əllərində  bazardan  keçərək  divanxananın 



qabağına  gəldilər  və  əyanlar  da  gəlib  bağda  qərar  tutdular.  Qubernator  böyük 

çinovniklərlə  müsəlmanların  toplaşdığı  yerə  gəldilər.  Kilsənin  ətrafı  kiçik 

olduğundan  qubernator  alimlər  və  əyanlarla  birlikdə  su  anbarının  üstünə  gəldilər. 

Bura  həm  də  hündür  idi.  Camaat  isə  əllərində  bayraqlar  və  padşahın  şəkilləri 

anbarın  qabaq  tərəfinə  yığışdılar.  Hər  tərəf  camaatla  dolu  idi.  Camaatın 

gurultusundan  qulaq  tutulurdu.  Bir  atlı  kazak  dəstəsi  gəlib  bir  tərəfdə  səf  çəkib 

durmuşdu. Bu qədər camaatın içində vur-tut beş nəfər erməni var idi. Onlardan biri 

qubernatorun  yanında,  dörd  nəfəri  isə  kilsənin  qabağında  dayanmışdı.  Onların 

birisinin adı Amrimov Mikit idi. Mən onu yanıma çağırıb dedim: 

— Baron Mikit! Bu nə fitnə-fəsad, xəsarət və mərdüməzarlıqdır ki, erməni 

tayfası  dünyaya  salıb?  Xalqın  rahatlığını  kəsiblər.  Onlar  bu  qədər  tökülən  nahaq 

qanlara, yanan mülklərə və qarət edilən mallara bais oldular. 

Mikit  cavab  verdi  ki,  Allah-təala  belə  işlərə  bais  olan  kəslərə  və  cahil 

nadanlara  qənim  olsun.  Biz  özümüz  də  mat  qalmışıq,  bilmirik  nə  çarə  edək. 

Abrımız  töküldü,  etibarımız  kəsildi,  mal  və  mülkümüz  isə  yandırıldı  və  talan 

edildi. 


Qubernator  cibindən  bir  kağız  çıxardaraq  bildirdi  ki,  bu,  əlahəzrət 

imperatorun  fərmanıdır.  Sonra  qubernator  həmin  fərmanı  hündür  səslə  oxumağa 

başladı.  Tərcüməçi  isə  camaatı  başa  saldı  ki,  padşahımız  bir  neçə  işdə  bizə 

hürriyyət, yəni, azadlıq iltifat edibdir: 

1.  Əvvəla,  milli  və  şəri  məsələlər  üzrə  məsləhətləşmələr  aparmaq  üçün 

yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil. 

2.  Söz  azadlığı.  Yəni,  özünə  və  millətinə  əhəmiyyətli  və  xeyirli  hesab 

etdiyin məsələləri danışmağa, yazmağa və çap etdirməyə icazə verilir. 

3. Vicdan azadlığı. Yəni, istədiyin dinə və məzhəbə qulluq etmək. 

4. Mal və can təhlükəsizliyi. Yəni, milyonlarca malın və mülkün olsa da, bir 

kəs heç bir haqla ona toxuna bilməz. 

Elə ki, fərman oxunub qurtardı, qubernator əlini yuxarı qaldırdı. Camaat da 

ona  baxaraq  əllərini  və  papaqlarını  yuxarı  qaldırdılar  və  sevinclə  «Ura»  çəkdilər. 

Ondan  sonra  cənab  uçitel  Mirhaşım  bəy  Vəzirzadə  nitq  etdikdən  sonra  cənab 

axund Hacı  molla  Hüseyn Qazi hündür  səslə bir dua oxudu. Dua başa çatan  kimi 

Ağa  Mirhaşım  bəy  hürriyyət  manifestinin  elan  edilməsi  münasibəti  ilə  şəhərin 

fağır-füqərasına paylamaq üçün  yüz  manat pul  verdi. Onun ardınca da  əldi  manat 

cənab  qubernator  iltifat  etdi.  Bir  sıra  əyanlar  da  bu  xeyriyyə  işinə  qoşuldular. 

Bununla da bu təntənəli yığıncaq başa çatdı. 

Bu  yığıncaqdan  iki  gün  sonra  müsəlmanlarla  erməniləri  barışdırmaq  üçün 

qubernator  müşavirə  çağırdı.  Müşavirədə  hər  iki  tərəfdən  nümayəndələr  çıxış 

edərək  öz  fikirlərini  söylədilər  və  barışıq  elan  etdilər.  Həmin  günün  səhərisi 

qubernator  Gəncə  şəhərinə  getməyə  hazırlaşırdı.  Yüz  nəfərəcən  müsəlman 

cavanlarından  atlılar  silahlanmış  halda  qubernatorun  faytonunu  evdən  müşayiət 




46 

 

edərək  qərargaha  gəldilər.  Bu  zaman  bir  neçə  erməni  qərargaha  gəlib 



müsəlmanlardan şikayət etdilər. Qubernator qəzəblə onlara baxıb acıqlı dedi: 

—  Artıq  mənə  məlum  olubdur  ki,  siz  erməni  tayfasının  müsəlmanlar 

haqqında  mənə  dedikləriniz  bütün  hamısı  yalan  və  böhtandır.  Bu  şikayətlər 

bütünlüklə qərəzçilik və düşmənçilik məqsədi güdür. 

Qubernator  ermənilərin  cavabını  verdikdən  sonra  müsəlman  atlılarının 

müşayiəti  ilə  yola  düşdü.  Xan  bağından  bir  az  o  tərəfə  getdikdən  sonra  faytonu 

saxlatdırıb  müsəlman  atlılarına  artıq  dərəcədə  iltifatla  razılıq  edib,  onların  geri 

dönməsini məsləhət bildi. Atlılar qubernatorla xudahafizləşib geri döndülər. Atlılar 

gurultu ilə şəhərə daxil olarkən ermənilər vəhşətə düşdülər. Onlar belə xəyal etdilər 

ki, bu atlı müsəlmanlar erməni-müsəlman davasını təzələmək üçün kəndlərdən cəm 

olub davaya gəliblər. Mətləb aydın olandan sonra ermənilər sakitləşdilər. 

Fitrə  bayramı  günü  bütün  alimlər,  seyidlər  və  əyanlar  məscidə  toplaşıb 

ermənilərlə davada məzlum və şəhid olanlar üçün təziyə tutub Quran oxuyurdular. 

Bu  zaman  erməni  xəlifəsi  bir  neçə  keşiş  və  camaatın  nümayəndələri  ilə  məscidə 

gəlib müsəlmanların bayramını təbrik etdilər, sülh və əmin-amanlıq yaratmaq üçün 

camaatla görüşüb qayıtdılar. 



ƏLAVƏ: Şəvval ayının səkkizinci günü belə bir xəbər yayıldı ki, Dilicanda 

yol  gələrkən  Qərvənd  tərəfdə  dörd  erməni  öldürülüb.  Odur  ki,  təhqiqat  aparmaq 

üçün bir neçə müsəlmanı yoldan geri qaytarmışdılar. Bu deyilən əhvalat baş verən 

gün  ermənilər  Yel  dəyirmanı  deyilən  qayanın  üstündən,  aşağı  yolla  odun  gətirən 

Xəlfəli  bir  müsəlmanı  güllə  ilə  vurub,  ölümcül  yaralamışdılar.  Müsəlmanlar  onu 

gətirib Qalada öz xəstəxanalarına qoyduqdan sonra divana hadisə ilə bağlı məlumat 

vermişdilər. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin