Mir Möhsün NƏvvab


    ŞÜKÜR BAQQALIN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə22/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   18   19   20   21   22   23   24   25   ...   71
kitab20111201122645312

 


31 

 

ŞÜKÜR BAQQALIN ƏHVALATI 



 

Yuxarıda  deyilənlərdən  daha  qəribə  bir  əhvalat  qalalı  Şükür  Kərbəlayi 

Allahverdi oğlunun başına gəlmişdi. Bu haqda o belə danışır: 

— Mən və qardaşım Həsənin yuxarı erməni meydanında baqqal dükanımız 

var  idi.  Dükanlarımız  quru  meyvə  ilə  dolu  idi.  Alış-verişimiz  də  yaxşı  gedirdi. 

Günlərin  bir  günündə  (yəni  dava  başlanan  günü)  bir  də  gördük  ki,  nə  qədər 

dükanlarda  alış-veriş  edən  erməni  vardısa,  hamısı  bir-birinə  qarışıb  hay-küy 

yarandı.  Sonra  isə  dəstə-dəstə  olub  müxtəlif  səmtlərə  getdilər.  Ermənilərdən  sual 

etdik ki, nə hadisə baş verib? Onların heç biri cavab vermədi. Bu vaxt mən gördüm 

ki, atlı qımdatlardan birisi tələsik gəlib erməni dükan sahiblərinə nə dedisə, onlar o 

dəqiqə  dükanları  şaraqqaşaraqla  bağlayıb,  dəstə-dəstə  olub  əllərində  tüfəng  və 

tapança  hər  tərəfə  yayıldılar.  Gənclər  meydanına  və  bazara  doluşan  əli  silahlı 

ermənilər harada müsəlmanlara rast gəlirdilərsə, gülləyə tuturdular. 

Burada  dükanı  olan  Əli  Molla  Məcid  oğlu  adlı  bir  cavan  vəziyyəti  belə 

görüb  qaçıb  mənim  dükanıma  gəldi.  Mən  isə  dükanı  bağlamağa  fürsət  tapmayıb 

Əli  ilə  birlikdə  dükanın  arxasında  yerləşən  zirzəmiyə  girdik.  Bizim  buraya 

girməyimizi  görən  ermənilər  zirzəmini  mühasirəyə  alıb  atəşə  tutdular.  Mənim  də 

içəridə bir tapançam və on beş gülləm var idi. Mən də başladım onlara cavab atəşi 

açmağa.  Çartaz  əhlindən  bir  erməni  cəsarətlə  istəyirdi  ki,  zirzəmiyə  tərəf  gəlsin. 

Həmin  dəm  tapança  ilə  onun  sinəsindən  vurdum.  Erməni  çığırıb  yıxıldı.  Cavab 

atəşini və çartazlının öldürülməsini görən ermənilər qorxudan geri çəkilib uzaqdan 

atəş  açmağa  başladılar.  Mənim  yanımda  çoxlu  tüfəng  gilizləri  var  idi.  Hər  dəfə 

tapançadan  atəş  açarkən  həmin  gilizlərdən  birini  dərhal  bayıra  atırdım.  Onlar 

tüfəng  gilizlərini  görüb  xəyal  edirdilər  ki,  məndə  tüfəng  var.  O  gecə  oğlanla 

birlikdə  bu  qərar  ilə  zirzəmidə  qaldıq.  Zirzəminin  bir  tərəfində  dəmirdən  bir 

pəncərə  var  idi.  Həmin  pəncərəni  çox  böyük  zəhmətlə  sökərək  çıxartdıq.  Həmin 

pəncərə  ilə  üzbəüz  bir  anbar  var  idi.  Həmin  pəncərədən  anbarın  taxtapuşuna 

çıxaraq  oradan  içəri  endik.  Böyük  həcmli  olan  anbarın  içərisi  müxtəlif  əşyalarla 

dolu  idi.  Dəmir  sac  və  aftafalar  daha  çox  idi.  Oğlan  yalvardı  ki,  mən  bir  küncdə 

gizlənim, sən isə dəmir sacları mənim ətrafıma düz ki, güllə dəyməsin. Sonra oğlan 

bir  bucağa  qısıldı,  mən  isə  sacları  onun  ətrafına  düzdüm.  Başqa  səmtə  gələrək 

gördüm ki, bir zirzəmi var. Onun qapısına böyük bir qıfıl vurulmuşdu. Yerdən daş 

parçası götürüb onunla qıfıla bir neçə zərbə endirərək sındırdıqdan sonra zirzəmiyə 

girdim.  Zirzəmidə  çoxlu  və  böyük  parça  tayları  var  idi.  Həmin  parça  taylarından 

bir  neçəsinin  götürüb  qapını  örtüb  onun  arxasına  qoydum.  Bundan  sonra  bir  az 

sakitləşdim. Zirzəmidə o yan-bu yana baxaraq içərini axtardıqdan sonra gördüm ki, 

ağzı  örtülü  bir  küpə  var.  Küpəni  açanda  onun  içərisində  qatıq  olduğunu  gördüm. 

Şükr edib qatıqdan bir az içdikdən sonra özümə gəldim. Üç gün idi ki, ermənilər 

hər  tərəfdə  müsəlman  axtara-axtara  gəlib  həmin  anbara  doluşdular.  Anbarın  hər 

tərəfini  yoxladıqdan  sonra  oğlanın  orada  olduğunu  hiss  etdilər.  Sonra  sacları  o 




32 

 

tərəf-bu  tərəfə  atıb  Əlinin  orada  gizləndiyini  gördülər.  O  dəmdə  hər  tərəfdən  atəş 



açıb onu öldürdülər.  Ermənilər  tüfəngin  səsinə  anbara  gəlirdilər.  Ermənilər  oğlanı 

öldürdükdən  sonra  oradakı  aftafalardan  bir  neçəsini  götürüb  onun  başına  vuraraq 

əzdilər  və  bütün  bədən  üzvlərini  kəsdilər.  Ermənilər  oğlanın  cəsədinə  olmazın 

işgəncələr  verdikdən  sonra  mən  gizləndiyim  yerə  tərəf  gəldilər.  Qıfılın 

sındırıldığını  görüb  içəridə  adam  olduğunu  bildilər.  Onlar  zirzəminin  qapısını 

açmaq  istəyərkən  mən  pəncərədən  bir  güllə  atdım.  Güllə  bir  erməninin  dodağına 

dəyib  dişlərini  tökdü.  Həmin  erməni  çığırıb  qaçdı.  O  biriləri  də  tez  qapıdan 

uzaqlaşdılar. Ondan sonra Mesrop adlı tanıdığım bir erməni gəlib divarın dalından 

məni  dilə  tutaraq  dedi  ki,  ağa  Şükür,  sən  çölə  çıx,  mən  səni  ermənilərdən 

qoruyaram,  qoymaram  ki,  sənə  əl  vursunlar.  Mən  müsəlmanların  çörəyini 

yemişəm. Mən sənə xəyanət etmərəm. Mən ona cavab verdim: 

—  Siz  erməni  tayfasına  inanmaq  olmaz.  Sən  deyirsən  ki,  artıq 

müsəlmanlarla  barışıq  etmişik.  Əgər  doğru  deyirsənsə,  get  qazini  və  ya  Xosrov 

bəyi gətir, ondan sonra mən buradan çıxaram. 

Bunu  eşitcək  Mesrop  acıqlanıb  qazi  və  Xosrov  bəyin  ünvanına  söyüşlər 

yağdırdı. Mən də cavab olaraq Mesropun özünü və keşişlərini söydüm. 

Bu  minvalla  qatıqdan  az-az  içib  vaxtımı  keçirirdim.  Beşinci  gün  bir  də 

gördüm  ki, qardaşımın  səsi  gəlir,  musiqi səsi də eşidilirdi.  Eşiyə çıxıb qardaşımla 

evə gəldim. 

O  insafsız  erməni  tayfası  dükanda  olan  nəqd  pulu  və  malları,  o  cümlədən 

çuval-çuval  quru  meyvələri  və  digər  satış  mallarının  hamısını  talan  və  qarət 

etmişdilər. 

...Xülasə,  sözümüz  həmin  yerdə  qaldı  ki,  müsəlman  igidləri  irəliləyərək 

ermənilərin  evlərinə  od  qoyurdular.  Od-alov  yuxarı  qalxdıqca  ermənilər  geri 

qaçırdı, səngərləri isə boş qalırdı. Müsəlmanlar isə onların səngərlərini ələ keçirib, 

darmadağın  edir  və  yandırırdılar.  Müsəlmanlar  hər  tərəfdən  irəliləyərək 

ermənilərin  mövqeyini  ələ  keçirirdilər.  Onlar  Böyük  kilsəni,  Aşağı  meydanı  və 

Qapanı  da  tutdular.  Ermənilərin  kişi,  övrət  və  uşaqları  üz  qoydular  qaçmağa. 

Onların  bir  parası  Üçmıxdan  Daşaltı  tərəfə  qaçdılar.  Bir  qismi  isə  əlacsız  qalıb 

övrət—uşağını  götürüb  rus  qazarmasına  qaçıb  doluşdular.  Qazarma  dolduğundan 

rusların böyüyü əsgərlərə əmr etdi ki, daha oraya heç kimi buraxmasınlar. 

Bu  halda  qımdatlardan  biri  olan  Baxış  bəyin  oğlu  Kolya,  bir  neçə  övrət-

uşaqla əlində tüfəng, üstündə patrondaşlar dolu halda qazarmaya gəldi. Ermənilərin 

dediyinə  görə,  Kolya  dünyaya  gələndən  ondan  mərdüməzarlıqdan  başqa  yaxşı  iş 

görməyiblər. O, rəngi qaçmış, titrəyə-titrəyə qazarmaya girib gizləndi. 

Davanın dördüncü günü bütün səngərlərin igidləri söz bir olub tədbir etdilər 

ki,  birdən  «Ya  Əli»  nərəsi  çəkib  hər  tərəfdən  ermənilərin  üzərinə  hücuma  keçib, 

onların  axırıncı  qüvvəsini  darmadağın  edib,  bütün  mülklərini  yandırıb  qələbə 

bayrağını kilsənin üstünə və Xəlifəli qapısına sancsınlar. 



33 

 

Həmin  gün  isə  erməni  məhəlləsinin  sakinləri  həyəcanlı  kədər  və  məlal 



içərisində  teleqraf  vurub  rus  dövlətindən  xahiş  edirlər  ki,  bu  fəsadı  söndürmək 

üçün  cənabi—müstətab,  sərkari  baiqtidar  şəriətmədar  Şeyxülislam  cənablarını 

oraya (Qalaya) göndərsinlər. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin