Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə25/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   21   22   23   24   25   26   27   28   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Ermənilərin  bu  qaniçən  dəstələri  öldürdükləri  müsəlmanlara 

əvvəlcə olmazın işgəncəsini verərək onların diri-diri burnunu, qulağını, ayağını və 

kişiliyini kəsdikdən sonra öldürür, cəsədini zibillikdə yandırırdılar. 

Yuxarıda  qeyd  olunan  18  nəfər  İran  fəhlələrini  və  erməni  məhəllələrində 

20-yə qədər alver edən müsəlmanları bu cür vəhşiliklərlə qətlə yetirmişdilər. 

Ə  L  A  V  Ə:  Erməni  tayfasının  müsəlmanlara  qarşı  olan  namərdliklərinə 

dair  çox  misallar  göstərmək  olar.  Hacı  Bəylərin  başına  gələn  müsibət  buna  bir 

misal ola bilər. Belə ki, Hacı Bəylər adlı bir müsəlman sövdəgəri Nikolay adlı bir 

erməni  taciri  ilə  yaxın  dostluq  edərlərmiş.  Onlar  yaxın  dost  olduqlarından  bir-

birinə  deyərlərmiş  ki,  hərgah  ermənilərlə  müsəlmanlar  arasında  dava  olarsa,  biri-

birimizi onlardan qoruyaq. 

Bir  dəfə  ermənilərlə  müsəlmanlar  arasında  dava  başlayarkən  Nikolay 

Hacının dükanında olub. Erməninin davadan bərk qorxuya düşdüyünü  görən Hacı 

ona ürək-dirək verərək onu gizlin bir yerə aparır. Nikolayı əmin edir ki, orada onu 

heç  kəs  tapa  bilməz.  Dava  qurtardıqdan  və  hər  tərəf  sakitləşdikdən  sonra  Hacı 

Nikolayı hörmətlə öz evinə yola saldı. 

Nikolay  Hacıya  93  manat  pul  vermişdi.  Bir  gün  Hacı  bu  pulları  götürüb 

Nikolaya  qaytarmaq  üçün  onun  dükanına  gedir.  Hacı  pulları  sayıb  erməniyə 

verdikdən  və  bir  qədər  söhbət  etdikdən  sonra  birdən  gurhagur  düşdü.  Hər  tərəfdə 

böyük  iğtişaşlar  başlandı.  Tüfəng  və  tapança  səsləri  bazarı  bürüdü.  Hacı 

həyəcanlanaraq  iğtişaşın  səbəbini  Nikolaydan  soruşarkən  o  dedi  ki,  erməni-

müsəlman davası düşdü. Hacı ondan soruşur: 

— Bəs mən nə edim? 

Hacı fikirləşirdi ki, o, erməni Nikolayı  gizlədərək qoruduğu kimi  yəqin ki, 

onu  da  Nikolay  ermənilərdən  mühafizə  edəcəkdi.  Lakin  təəssüflər  olsun  ki,  belə 

olmadı.  Birdən  Nikolay  stolun  siyirməsindən  bir  tapança  çıxardıb  dabanını  çəkdi 

və  tapançanı  Hacıya  tərəf  tuşladı.  Tapançanın  gülləsi  Hacının  sinəsinə  dəyib  bir 

azca yaraladı. Hacı qanı tökülə-tökülə üz qoydu qaçmağa. Nikolay və onunla başqa 

ermənilər Hacının arxasınca tüfəngdən və tapançadan iyirmiyə qədər güllə atdılar. 

Amma  xoşbəxtlikdən  güllələrin  heç  biri  Hacıya  dəymədi.  Bu  əhvalatı  Hacı  özü 

mənə danışmışdır. Ermənilərin belə namərdliklərindən və qəddarlığından yazmaqla 

qurtaran deyil. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin