Mir Möhsün NƏvvab


    QAYBALI KƏNDİNİN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə41/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   37   38   39   40   41   42   43   44   ...   71
kitab20111201122645312

 


53 

 

QAYBALI KƏNDİNİN ƏHVALATI 



 

Xəlfəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən 

Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı 

qəliz  müsəlman  gedib  Qaybalı  ermənilərini  xəlfəlilərin  tədbirindən  xəbərdar  edir. 

Ermənilər  tədbirdən  xəbərdar  olan  kimi  Qalaya  və  kəndlərə  adamlar  göndərib 

tezliklə  kömək  göndərmələrini  tələb  edirlər.  Hər  yerdən  ermənilər  cəm  olub 

Qaybalıya  gəlirlər.  Köməyə  gələn  ermənilər  iki  yerə  bölünərək  bir  qismi  kəndi 

mühafizə  etmək  üçün  orada  qalır,  digər  qismi  isə  silahlarını  götürüb  başqa  bir 

yerdə gizlənirlər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlfəli və neçə nəfər 

kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə 

iki  dənə  mərəyə  od  vurdular.  Ondan  sonra  kəndi  gülləyə  tutdular.  Kənd  əhli 

hücumdan  qabaqcadan  xəbərdar  olmasına  baxmayaraq,  nalə  və  fəryadları  göyə 

ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb 

Həzrəti-Abbası  köməyə  çağırmağa  başladılar.  Xülasə,  bunları  gülləbaran  edib 

atışırdılar.  Ermənilərdən  11  nəfər  qətlə  yetirilmişdi  ki,  bu  vaxt  pusquda  durmuş 

ermənilər  Qaybalı  yaxınlığında  yerləşən  bir  neçə  müsəlman  evlərinin  üzərinə 

hücum  çəkdilər.  Bu  evlərdə  yaşayan  müsəlmanların  babası  laçınlı  Məhəmməd 

ləqəbi  daşımış  məşhur  aşpaz  olmuşdu.  Ermənilər  həmin  laçınlıların  evlərini 

gülləbaran  etməyə  başladılar.  Onların  aş  qazanlarına  da  od  vurub  yandırdılar. 

Əhvalatdan  xəbərdar  olan  kimi  müsəlmanlar  Qaybalıdan  qayıdıb  laçınlılara 

köməyə  gəldilər.  Onlar  erməniləri  gülləbaran  edərək  oradan  qovdular.  Nəhayət, 

atışma dayandı və sakitlik yarandı. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin