Mir Möhsün NƏvvab


 ŞƏVVAL 1323 (1905)-ci İLDƏ PİRƏMƏKİDƏ BAŞ VERƏN ƏHVALAT



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə42/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   38   39   40   41   42   43   44   45   ...   71
kitab20111201122645312

20 ŞƏVVAL 1323 (1905)-ci İLDƏ PİRƏMƏKİDƏ BAŞ VERƏN ƏHVALAT 

 

Bu  günlərdə  Qala  igidlərindən  və  gözətçilərindən  ibarət  müsəlmanlar 

atlanıb  Malıbəyliyə  gəldilər.  Oradan  da  bir  neçə  gənc  bələdçilər  bunlara  qoşulub 

atlarını  birbaşa  Pirəməki  deyilən  yerə  sürdülər.  Pirəməki  Şuşakənd  ermənilərinin 

ot-ələf  və  əkinçilik  yerləri  idi.  Həmin  yerdə  böyük-böyük  ot  tayaları  var  idi. 

Ermənilərin  biçib  yığdıqları  150  tayaya  və  neçə  mərəklərə,  talvarlara  od  vurub 

yandırdılar.  Ot  tayalarının  alovları  Qaladan  görünürdü.  Tayalar  yandırıldıqdan 

sonra  müsəlmanlar  rus  kazakları  ilə  sözü  bir  yerə  qoyub  Pirəməkidəki  bütün 

məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə 

mal etdilər. 

Həmin günün sabahı divan əhli Pirəməkiyə gəldi. Ətrafı, dağları və meşələri 

təftiş  etməyə  başladılar.  Təftiş  zamanı  Malıbəylidə  baş  vermiş  erməni-müsəlman 

davası  nəticəsində  həlak  olmuş  iyirmi  nəfər  erməninin  meyidini  tapdılar.  Onların 

hamısının  patrondaşları  əyinlərində,  tüfəngləri  isə  yanında  düşüb  qalmışdı. 

Bunların  əksəriyyəti  yaralı  olduğundan qaçıb özlərini  xilas  etmək istəyiblərsə  də, 



54 

 

mümkün  olmayıb.  Hərəsi  bir  yanda  yıxılıb  ölüblər.  Ermənilərin  divana  verdiyi 



məlumata görə, 107 nəfər erməni ölmüşdü. 

Təəccüb  və  təəssüf  doğuran  budur  ki,  erməni  milləti  bu  qədər  can  və  mal 

xəsarətinə  düçar  olsalar  da,  tutduqları  əməldən  bir  nəticə  çıxarmayıb  nə  peşiman 

olurlar, nə də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və  hər kəndin içində, ömrü 

boyu  öz  əməyi  ilə  iki  qara  pul  qazanmayan  və  həmişə  fitnə-fəsadlar  törədərək 

milləti  min  cür  bəlalara  düçar  edən  qımdatlar  yazıq  sadə  erməniləri  hədələyərək 

onların  zəhmətlə  qazandıqları  pullarını  min  bəhanə  ilə  əllərindən  alıb  ciblərini 

doldurur  və  kefləri  də  istəyəndə  min  cür  hiylələr  işlədib  həm  onları,  həm  də 

başqalarını  öldürürdülər.  Övrət  və  uşaqlarını  isə  ac  və  yalavac,  gözləri  yaşlı 

qoyurlar. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin