Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə51/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   47   48   49   50   51   52   53   54   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Şuşanın  yolu  bağlı  olduğundan  ərzaq  qıtlığı  yaranmışdı.  Bir 

daha müsəlmanların izzətli əyanları və camaatı Qalaya  göndərmək üçün neçə min 

pud  un,  düyü,  buğda,  qənd,  neft  və  başqa  şeylər  tədarük  etdilər.  Dövlət  Qala 

yolunu ermənilərdən azad etmək üçün top və beşaçılan tüfənglərlə silahlanmış bir 

neçə dəstə əsgər və onlara rüşvət almayan, xoş xasiyyət bir komandir göndərmişdi. 

Həmin  komandir  öz  dəstəsi  ilə  Ağdama  gələrək  gördü  ki,  Qala  yolunu  erməni 

quldurlarından azad etmək üçün beş minə qədər silahlı müsəlman igidləri atlanaraq 

onu  gözləyirlər.  Dövlət  dəstələrinin  komandiri  onlara  müraciət  edərək  bildirdi  ki, 

sizin  bu  işdən  ötrü  oraya  getməyiniz  lazım  deyil.  Mən  öz  qoşunumla  bu  yolların 

açılmasına,  şəhərə  sursat  və  ərzaq  çatdırılmasına  müvəkkiləm.  Ayrı  işlərə  mən 

qarışmıram.  Odur ki,  yolları  açıb  ərzağı Qalaya  çatdırdıqdan  sonra  siz  mənsiz  nə 

istəsəniz edə bilərsiniz. Bu sizin öz işinizdir. 

Bundan  sonra  camaat  tədarük  etdikləri  ərzaq  və  başqa  şeyləri  yetmiş 

arabaya  yükləyərək  dövlət  qoşunu  ilə  birlikdə  Şuşaya  yola  düşdülər.  Əsgərana 

çatan kimi komandirin əmri ilə yolun hər iki tərəfində hündürlüklərdə düzəldilmiş 

erməni  səngərlərinə  toplardan  atəş  açdılar.  Ermənilər  pərən-pərən  olub  hərəsi  bir 

tərəfə  qaçdı.  Səngərlərdə  bir  erməni  belə  qalmadı.  Xan  bağından  keçənədək  yol 

boyu  qurulmuş  erməni  səngərlərinin  hamısı  toplardan  açılan  atəşlərlə  darmadağın 

edildi. Bu atəşlərin qarşısına bir erməni belə cürət edib çıxa bilmədi. 

Beləliklə, ərzaq dolu arabalar və qoşun gəlib Şuşaya daxil oldu. Arabalarda 

gətirilmiş  ərzağın  bir  qismi  sahiblərinə  çatdırıldı,  bir  qismi  isə  ucuz  qiymətə 

kasıblara  və  qəriblərə  satıldı.  Gətirilmiş  un  isə  çörəkçilərə  verildi  ki,  bişirib  ucuz 




63 

 

qiymətə xalqa satsınlar. Dövlət qoşununun əsgərləri evlərdə, komandir isə deputat 



Balaca  Hacı  Sadığın  evində  tam  ehtiramla  yerləşdirildi.  Şəhərin  əyanları  və 

ziyalıları gəlib komandirə öz razılıqlarını bildirdilər. 

Bir  həftədən  sonra  şəhərdə  əhalinin  güzəranı  yenə  də  çətinləşdi.  Nəcib  və 

qeyrətli müsəlmanlar 130 araba ərzaq hazırlayıb qoşunla birlikdə Şuşaya gətirdilər. 

Yolda  ermənilər  arabaların  hərəkətinə  mane  olmaq  istəsələr  də  buna  nail  ola 

bilmədilər. Atılan topların səslərini eşitcək hərəsi bir tərəfə dağılırdı. 

Ərzaq  gəlib  Şuşaya  çatdıqdan  sonra  qoşunu  müşayiət  edən  və  12  at 

qoşulmuş  divardağıdan  topu  gətirib  divanxananın  qabağına  qoydular.  Bu  vaxt 

erməni  Kiki  Kələntərov  da  generala  yaxınlaşaraq  xahiş  etdi  ki,  onun  şərəfinə 

erməni  məhəlləsində  hazırlanmış  gözəl  mənzilə  buyursun.  General  acıqla  ona 

cavab  verdi  ki,  siz  erməni  tayfasına  inanmaq  olmaz.  Gürcü,  müsəlman  və  rus 

qardaşdırlar. Onların sözləri də, özləri də düzdür. Ancaq sizin tayfaya etibar etmək 

olmaz. Buna görə də mən müsəlman məhəlləsində qalacağam. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin