Mir Möhsün NƏvvab


-ci İLDƏ İRƏVAN ŞƏHƏRİNDƏ BAŞ VERƏN



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə9/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
kitab20111201122645312

1905-ci İLDƏ İRƏVAN ŞƏHƏRİNDƏ BAŞ VERƏN  

ERMƏNİ—MÜSƏLMAN ƏHVALATI 

 

Hansı  vilayətdə  ki,  İrəvan  ermənilərindən  bir  neçə  nəfər  tapılırdı,  mütləq 

orda  bir  iğtişaş  baş  verirdi.  Bu  İrəvan  erməniləri  çox  xudpəsənd,  kinli  və 

cinayətkardılar. 

İrəvan  şəhərinin  müsəlmanlar  yaşayan  80  evdən  ibarət  məhəlləsinin 

ermənilərlə  iğtişaşı  baş  verib.  Bu  iğtişaşın  başlanmasına  səbəb  olan  ermənilər 

həmin  məhəllədə  müsəlmanların  imarətlərini  gülləbaran  etməyə  başladılar. 

Ermənilərə  nisbətən  müsəlmanların  bu  məhəllədə  az  olmasına  baxmayaraq, 

ermənilərə  qarşı  müqavimətdə  mətanətlə  dayandılar  və  onlara  böyük  zərbələr 

endirdilər.  İki  tərəfdən  üç  gecə-gündüz  davam  edən  güllə  yağışının  altında  qırx 

nəfər  erməni,  iki  nəfər  isə  müsəlmanlardan  öldürüldü.  Üç  gündən  sonra  güllələri 

tükəndiyinə  görə  gecə  vaxtı  müsəlmanlar  həmin  məhəllədən  qaçmalı  oldular. 

Əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal-

dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç 

nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar. Əllərinə 

düşən kitablara və Qur'ani-Kərimə od vurub yandırdılar. Ermənilərin qoca qadın və 

kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir. 

İrəvanda  ermənilərin  müsəlmanlara  qarşı  törətdiyi  qəddarlıqları  və 

əzazilliyini şəhərin ətraf kəndlərində yaşayan müsəlman kürd tayfaları eşidən kimi 



16 

 

silahlanaraq  atlara  minib,  qəzəblənmiş  aslan  kimi  nərə  çəkə-çəkə  üz  qoydular 



İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını 

talan  edib,  evlərinə  od  vurub  yandırırdılar.  Ermənilərin  qaçanları  gəlib  bir  böyük 

kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin divanxanası və bir az qoşunu var 

idi.  Həmin  qoşun  erməni—müsəlman  arasında  gedən  qırğını  dayandırmaq  üçün 

kürdlərə  mane  oldular.  Qafqaz  canişininin  göstərişi  ilə  cənab  Şeyxülislam 

həzrətləri  katolikos  Hayrik  ilə  gəlib  məsciddə  və  kilsədə  dualar  və  xütbələr 

oxuyub,  xalqa  nəsihətlər  verdilər.  Bununla  da  iki  xalq  arasında  gedən  qırğınları 

dayandırdılar. 

Bu  əhvalatdan  sonra  erməni  qımdatları  başqa  şəhər  və  kəndlərə  dağılaraq 

yerli  erməni  əhalisini  müsəlmanlara  qarşı  davaya  qaldırmaq  üçün  onlar  arasında 

təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər 

qımdatların  bu  fitnə-fəsadlarından  uzaq  olmağa  çalışırdılar.  Qımdatlar  isə  belə 

erməniləri fürsət düşən kimi tutub öldürürdülər. 

Həmin  bu  tarixdə,  yəni  1905-ci  ildə  Tehran  və  onun  ətrafında,  eləcə  də, 

Xorasanda vəba xəstəliyi yayılmışdı. İki ay davam edən bu xəstəlik nəticəsində hər 

gün təqribən yüz adam ölürdü. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin