Mir Rəhim Vilai (birinci fəsil)



Yüklə 303,08 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix01.01.2022
ölçüsü303,08 Kb.
#50294
  1   2
vilai d1L



www.achiq.info

  

 





Mir Rəhim Vilai 

(birinci fəsil) 

Cənubi Azərbaycanda Milli Azadlıq Uğrunda Demokratik Mətbuatın 

Mübarizəsi 

(1945 


 

1946 


 

cı illər) 

 

İkinci dünya müharibəsi dövründə alman faşistlərinin İrandan SSRI yə qarşı təxribatçılıq və hücum 



təhlükəsini ləğv etmək məqsədi ilə Sovet hökuməti 1921 ci il Sovet İran müqaviləsinə əsasən İran 

torpaqlarına müvəqqəti olaraq Qızıl Ordu hissələrini göndərdi. 

Qızıl Ordunun xilaskarlığı nəticəsində ölkədə antifaşist və demokratik hərəkat genişləndi. İranın zindan 

və sürgünlərindən azad olunmuş azadlıq sevən və mübariz oğulların əli ilə ölkədə demokratik təşkilat və 

cəmiyyətlər yaradıldı. 

1941 ci il sentyabr ayının 20 də Tehranda Hizb Tudeyi İran (İran Xalq Partiyası) təşkil olundu. Onun 

rəhbərliyi altında İran fəhlələrinin həmkarlar ittifaqı yaranıb fəaliyyətə başladı. 

Hizb Tudeyi İranın mübariz mətbuatı olan «Siyasət», «Mərdom», «Rəhbər», «Zəfər» və s. qəzetlər nəşr 

olundu. 

1941 ci ildən Azərbaycanda da Hizb Tudeyi İranın Azərbaycan təşkilatı təşkil edilərək fəaliyyətə 

başladı. Təbrizdə. «Azərbaycan ziddifaşist cəmiyyəti», «Azərbaycan cəmiyyəti», «Azərbaycan fəhlələrinin 

Həmkarlar İttifaqı», «Azərbaycan zəhmətkeşlər təşkilatı», «Kanun demokrası Azərbaycan» (Azərbaycan 

demokratiya ocağı) və s. mütərəqqi cəmiyyət və təşkilatlar yaradıldı. 

Hərəkatın yüksəlişi ilə əlaqədar olaraq, Azərbaycanda Fars və Azərbaycan dilində antifaşist və 

demokratik mətbuatın sayı artmağa başladı. 

Təbrizdə «Xavəreno», «Fəryad», «Təbriz», «Şahin». «Əxtər şimal», «Vətən yolunda», «Azərbaycan 

ulduzu», «Azərbaycan», «Yumruq», «Ədəbiyyat səhifəsi», Ərdəbildə «Cövdət», «Yumruq», Urmiyədə 

«Qızıl Əskər» və s. qəzetlər nəşr olundu. 

Faşizmə və daxili irticaya qarşı xalq kütlələrinin mübarizəsi genişlənirdi. 

Qızıl Ordunun alman faşizmi üzərindəki yeni yeni qələbələri mübarizədə İran xalqlarını ruhlandırırdı. 

Hizb Tudeyi İranın rəhbərliyi altında fəhlələr, zəhmətkeşlər öz yaşayış vəziyyətlərini yaxşılaşdırmağı, 8 

saatlıq iş günü və sığorta qanunları verilməsini, kəndlilər isə torpaq islahatı keçirilməsini, ölkədə qanun əsasi 

mocibincə əyalət və vilayət əncümənlərinin seçilməsi və s. hüquqlarını tələb edirdilər. Ölkənin hər yerində 

fəhlələrin siyasi iqtisadi tətilləri, mitinq və nümayişləri, kəndlilərin isə zalım feodallara və jandarmlara qarşı 

torpaq uğrunda hərəkatı genişlənərək böyük bir qüvvəyə çevrilirdi. 

Müharibənin nəticəsində İranda istibdad hökuməti yıxılmış olsa da onun mahiyyətində heç bir 

dəyişiklik əmələ gəlməmişdi. 13 cü məclis nümayəndələrinin hamısı və 14 cü məclisə seçilənlərin 

əksəriyyəti

1

 imperialistlərin əlaltıları və böyük mülkədarlar idilər. 



Bir sözlə, ölkədə iyirmiillik mənfur istibdadın yerini «ondan daha həris olan Süheylilər, Tədəyyünlər, 

Həkimilər, Saedlər və Sədrüləşraflar tutmuşdular»

2




www.achiq.info

  

 



Mürtəce hakim dairələr imperialistlərin iradəsini yerinə yetirərək xalq kütlələri üzərində zülm və təzyiqi 

artırırdı. Azadlıq və demokratiya uğrunda İran zəhmətkeşlərinin mübarizə hərəkatı qüdrətli bir qüvvəyə 

çevrilmişdi. 

Azərbaycan xalqı yenə də yerli feodal və kapitalist istismarından başqa imperialistlərin və hakim 

dairələrin milli zülm və işgəncəsinə məruz qalmışdı. Şəhərlərdə və kəndlərdə polis və jandarmların 

cinayətləri həddini aşmışdı. Demokratik mətbuat bağlanır, cənubda Hizb Tudeyi İranın təşkilat və klublarına 

hücumlar təşkil edilirdi. 

İran xalqlarının demokratiya və azadlıq tələbləri, şikayət və teleqramlarına İran dövləti silahla cavab 

verirdi. 

Xalqın mərkəzi hökumətə və xarici imperialistlərə qarşı etirazlı çıxışları, mitinq və nümayişlərinə güllə 

və sərnizə ilə cavab verilirdi. 

Ölkədə gündən günə artan işsizlik, yoxsulluq, zülm, istismar və hüquqsuzluq narazılığı daha da 

şiddətləndirdi. 

İranın dövlət başçısı Saed xalqın artan narazılığı və mübarizəsinə etinasız yanaşaraq, xalq kütlələri 

üzərində təzyiqi davam etdirirdi. 

Bütün bunlar göstərirdi ki, xalqın gücü ilə azadlığa nail olmaq mümkün idi. 

İranda demokratik hərəkatı boğmaq üçün irticanın hərtərəfli hücuma keçdiyi bir dövrdə onlara sarsıdıcı 

zərbə endirmək və İranda azadlığın təmin edilməsi üçün Azərbaycanda inqilabi dayaq mərkəzi yaratmaq ən 

mühüm bir vəzifə kimi qarşıda dururdu. 

Sovet Ordusunun Alman faşizmi və Yapon militarizmi üzərində çaldığı ümumdünya tarixi qələbəsi 

beynəlxalq şəraiti demokratiya və azadlıq cəbhəsi xeyrinə kökündən dəyişdi, imperializmin müstəmləkə 

sisteminə sarsıdıcı zərbə endirdi. Məhz buna görə də o, kapitalist ölkələrində fəhlə hərəkatının artmasına, 

müstəmləkə və asılı ölkələrdə milli azadlıq hərəkatının genişlənməsinə səbəb olduğu kimi, bütün İranda və 

eləcə də Azərbaycanda xalq hərəkatının yüksəlişinə qüdrətli təkan verdi. 

Azərbaycanda sürətlə inkişaf edən demokratik hərəkat imperializmə, daxili irticaya, feodal zülmünə, 

istismara, istibdad quruluşuna qarşı mübarizə aparan bütün demokratik və vətənpərvər qüvvələri özünün 

vahid bayrağı altında birləşdirərək, bunları qəti mübarizəyə aparan bir firqənin yaradılması zərurətini 

meydana çıxartdı. . 

Belə bir firqə — mübarizədə. mətinləşmiş Azərbaycan xalqının istək və arzularının təcəssümü olaraq

ölkənin iqtisadi ictimai həyat ziddiyyətlərinin zəmini şəraitində 1945 ci ilin sentyabrında yaradılmış olan 

Azərbaycan Demokrat Firqəsi oldu. 

 

 

1 və 2 Bax: Seyid Cəfər Pişəvəri, «21 Azər», 1961ci il. 



 

 



www.achiq.info

  

 






Yüklə 303,08 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin