Mirəsgər Muradlı Ölümdən sonrakı şİzofrenİya



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix29.12.2021
ölçüsü0,7 Mb.
#49003
1   2   3   4
Mirəsgər Muradlı-Ölümdən Sonrakı Şizofreniya

Mirəsgər Muradlı
Ölümdən sonrakı şİzofrenİya
Bakı, Qanun nəşriyyatı, 2019, 208 səh., 500 tiraj
Çapa imzalanmışdır: 202.01.2019
Korrektor: Əyyar Tahirov
aB
© Mirəsgər Muradlı, 2019
© Qanun nəşriyyatı, 2019
Qanun nəşriyyatı
Bakı, azərbaycan, aZ1102, Tbilisi pros., 76
Тел.: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing


Ön SÖZ
Bİr SeVGİ roManI
Mirəsgər  Muradlının  “Ölümdən  sonrakı  şizofreniya»  ro-
manı  ədəbiyyata  –  söz  dünyasına  ilkin  addımlarını  atan  bir 
gəncin sənətdə ilk sözüdür. Mən bu əsəri ilk növbədə, ona görə 
qiymətləndirirəm ki, burada nə qədər təcrübəsizlik gözə dəysə 
də, təsvir olunan hadisələrin yalan olmadığına, bir gəncin başına 
gələn uğursuzluqların, bədbəxtliklərin reallığına inandım. Mən 
Mirəsgərin bu əsərində insan və tale paralelini izlədim. Qaçılmaz 
taleyi ilə üzləşən o gənc – Raul həyatda xoşbəxt olmaq istəyir. 
Lakin xoşbəxtlik, Raulun gələcək haqqında xoş xəyalları həyatın 
amansız dalğaları içərisində qərq olur, sevdiyi qızın və dostunun 
xəyanəti ona tuşlanan ən ağır zərbəyə çevrilir, sonra isə sevdiyi 
başqa bir qız ağır xəstəlikdən sonra ona dərd gətirir. Və Raulun 
özü  də  bütün  bu  bədbəxtliklərdən  sonra  psixoloji  sarsıntılar 
içərisində yaşayır.
Mən  romanın  məzmununu  nəql  etmək  fikrində  deyiləm. 
Əgər nəql etsəm, elə indicə xatırlatdığım bir neçə cümlə kifayət 
edər. ancaq romanı məzmununa, baş verən hadisələrin yığcam 
təfsilatına  görə  deyil,  orada  təsvir  olunan  obrazların  keçirdiyi 
psixoloji vəziyyətlərə, həyatının gedişinə mane olan səbəblərin 
nədən yarandığına görə təhlil etmək lazımdır.
Romanın qəhrəmanının, yəni bütün hadisələrin əsas iştirakçı-
sı olan Raul adlı bir gəncin taleyini izləsək, əvvəlcə onun xoşbəxt 
günlərinin, sonra isə acınacaqlı taleyinin şahidi olarıq. Doğrudan 
da, romanın yarıdan çox hissəsini oxuyandan sonra az qala da-


6
rıxmağa başladım, bir gəncin sevgi əhvalatını bütün təfərrüatı ilə 
nəql etməyə dəyərmi? Və səhifələri çevirə-çevirə düşünürdüm ki, 
roman xoşbəxt bir finalla başa çatacaq, yəni Raul və nərgiz bü-
tün gözləmələrə rəğmən evlənəcəklər. axı, romanda hadisələrin 
ziddiyyətini,  obrazların  qarşıdurmasını  müəyyən  edən  konflikt 
olmalıdır. amma darıxmağa dəyməzmiş, bundan sonra Raulun 
həyatı böhran, tənəzzül mərhələsinə daxil olur. Konfliktlər baş-
lanır.
Raul  orta  məktəbin  yuxarı  sinfində  oxuyur  və  illər  boyu 
uşaq qəlbində müqəddəs bir hiss kimi qoruyub saxladığı sevgini 
nərgiz adlı qıza bəyan edir. Bu heç də təəccüblü deyil. Əsl sevgi 
elə məktəb illərindən başlanır. Əksəriyyəti də baş tutmur. amma 
Raul-nərgiz  münasibətləri  hər  ikisinin  ürəyincədir.  Yeganə 
maneə  nərgizin  anası  aynişan  müəllimə  ola  bilərdi.  Çünki 
nərgiz  onun  bircə  övladıdır  və  qızıyla  bağlı  bütün  məsuliyyət 
onun  üzərindədir.  amma  nərgizin  intihara  cəhd  etməsi  ana-
nı yumşaldır və hadisələr iki gəncin qarşılıqlı münasibətlərinin 
bütün maneələri aradan qaldırdığı nöqtəyə gəlib çatır. Buracan 
Raulun xarakteri, həyata, insanlara özünəməxsus münasibəti ilə 
tanış oluruq. 
O, başdan-ayağa romantika ilə nəfəs alır, xəyallarla, gələcəyə 
bəslənən xoş arzularla nəfəs alır. Fransız yazarı Jül Renarın bir 
sözü yada düşür: «Romantika qəlbin ay işığıdır». Doğrudan da, 
sevgililər arasında heç bir öpüş, qucaqlaşma səhnəsinə təsadüf 
etmirik.  Raul  yalnız  sevməyə,  sevgilisinin  səsini  eşitməyə, 
nəfəsini  hiss  etməyə  can  atır.  Günlər  keçir,  aylar  ötüşür,  illər 
tamam olur. Raul ali məktəbə daxil olur. Onun təkcə nərgizlə 
deyil, yaxın dostları anar və Lamiyə ilə münasibətləri də təmiz 
hisslər üzərində qurulub. «Kristal» sözü burada lap yerinə düşür 
insan da bu qədər təmiz, saf olarmı, – deyə düşünürsən. 
Raulun institut illəri – tələbəlik həyatı xəsis cizgilərlə təsvir 
olunur. amma romanda sevgi xətti aparıcıdır və cavan müəllif də 
bu xəttin axarını qətiyyən zəiflətmir. Raul-nərgiz xətti – süjetin 


7
bu istiqaməti romanın romantik pafosunu təşkil edir. Yaşadığımız 
bu mürəkkəb əsrdə, leyliliyin, məcnunluğun, əsl sevginin az qala 
yoxa çıxdığı bir zamanda sevinirsən ki, həyatda belə saf, bulaq 
suyu, dağ havası kimi təmiz, riyasız-boyasız sevgilər də varmış…
amma  sən  demə,  Raul-nərgiz  sevdası  uğursuzluğa,  qız 
xəyanəti  ucbatından  süquta  gətirib  çıxaracaqmış.  Həyatda  – 
xüsusilə  sevgi  münasibətlərində  ən  dəhşətli  hadisə  xəyanətlə 
bağlıdır. İki insanın qarşılıqlı münasibətlərini bir andaca məhv 
edən  xəyanət  baş  verdikdə  (ya  qız,  ya  oğlan  tərəfdən  –  dəxli 
yoxdur), mütləq bir faciə ilə üzləşirik. Burada intihar da ola bilər, 
dərin psixoloji sarsıntı da.
Raul  hərbi  xidmətə  gedir, Vətən  qarşısında  borcunu  şərəflə 
ödəyir, hətta müharibədə – ön cəbhədə – döyüşlərdə iştirak edir. 
Müəllifi  bu  yerdə  alqışlayırıq  ki,  o,  azərbaycan  gənclərinin 
müqəddəs bir borcunu xatırladır. Romanda Raulun hərbi xidməti 
haqqında  yetərincə  məlumatımız  olur.  amma  bundan  sonra 
Raulun həyatında ciddi mənada ağır, qara günlər başlanır.
Əlbəttə, bu romanın müəllifi şəxsən mən olsaydım, Raulun 
əsgərlikdən sonrakı həyatını bir qədər başqa cür təsvir edərdim. 
axı, Raul müharibədə iştirak edib, zənnimcə, müharibə insana 
dözüm, sərt xarakter bəxş edir və o, həyatda hər növ çətinlikləri 
dəf etməyə qadir görünür. amma müəllif təsvir etdiyi qəhrəmanın 
daxili dünyasına yaxşı bələd olduğundan onu malik olduğu his-
siyyat,  duyğu  və  düşüncələr  aləmindən  ayırmır,  çünki  Raulun 
düşüncəsinə görə (bəlkə elə müəllifin də) «Sevgi, dadı ağıza şi-
rin gələn bir zəhər kimidir. İnsanı uzun bir müddət yavaş-yavaş 
öldürür. Əgər həqiqətən də sevgi belə bir şeydirsə, niyə insan-
lar daima gerçək sevginin axtarışında olurlar? Məncə, sevmək, 
üzməyi  bilmədiyin  halda  yenə  də  dənizə  atılmaqdır.  Sevmək, 
əlinin yanacağını bilə-bilə, atəşə toxunmaqdır». 
Müəllif də öz qəhrəmanını sevgi əzabı deyilən bu fırtınalardan 
keçirir. nərgiz ona xəyanət edir, Raulun ən yaxın dostu Sahibə 
uyur, indiyə qədər Raulla olan münasibətlərinə «nağıldır» deyir. 


8
Əlbəttə, müəllif gərək nərgizin bu xəyanətə necə gəlib çıxdığı-
nı oxucuya çatdıraydı. amma görünür, buna ehtiyac yox imiş. 
Xəyanətin yolu buymuş ki, qəlbin istəyini tamam başqa bir axara 
yönəldəsən. Və təbii ki, hər bir xəyanət də cəzasız qalmır. Sahib 
də, nərgiz də bu xəyanətə görə öz cəzasını alırlar. 
amma Raulun ürəyi sevgi hissləri ilə doludur. Və budur, ikin-
ci sevgi gəlir. Banu sevgisi. Və məlum olur ki, Banu da onu sevir. 
amma… o da məlum olur ki, Banu ağır xəstədir, ömrünün sona 
çatmağına az qalıb. Və ağır əməliyyatdan sonra dünyasını dəyişir. 
Beləliklə, romanın birinci, ikinci hissələrində xoşbəxt görünən 
bir insan – romantik Raul ən ağır məhrumiyyətlərə düçar olur. 
Onun öz həyatını xilas etməyinə çarə varmı? Raul şizofreniyaya 
düçar olur, bu, elə bir xəstəlikdir ki, insan özü-özüylə mübarizə 
aparmağı bacarmır. Müəllif öz qəhrəmanını dərin psixoloji hal-
lar, Banu ilə xəyali söhbətlər içərisində oxucudan ayırır. 
Bəs axırı necə olacaq? Yəqin ki, romanda təsvir olunmayan, 
amma ümid edəcəyimiz hadisələr gözləyəcəyik. Təbii ki, roman-
dan  sonra.  Raul  öz  xarakterində  həyata  inamını  bərpa  edəcək, 
yenə sevəcək, seviləcək və bədbəxtliklərin seriyası qırılacaq.
Mirəsgər  Muradlının  romanını  onun  ilk  ədəbi  sınağı  he-
sab  edirəm.  Ümid  edirəm  ki,  onun  gələcək  əsərlərində  müasir 
gəncliyin həyatı, işi, mübarizəsi, müstəqillik dövrünün yaşantıla-
rı təsvir olunacaq. Ona uğurlar arzulayıram!

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin