Monitorinq Analiz



Yüklə 63,34 Kb.
Pdf görüntüsü
tarix29.11.2016
ölçüsü63,34 Kb.
#417

 

logo 


AZE 

RUS 


Ana səhifə 

Xəbərlər 

Bölgə 

Siyasət 


Cəmiyyət 

Hüquq 


Araşdırma 

Monitorinq Analiz 

Sosial 

Ədəbiyyat 



Foto 

Video 


Layihələr 

Əlaqə 


RSS 

Analiz 


 

Share on vkShare on facebookShare on mymailruMore Sharing Services 

YAMANLIĞA YAXŞILIQ (“İncil”-“Quran” aydınlığında) 

2012-01-21 - 14:05:00 

 

Nəriman QASIMOĞLU 



Müqəddəs Müjdədə oxuyuruq: “Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizə lənət 

oxuyanlara xeyir-dua verin və sizə əziyyət verənlər üçün dua edin. Bir yanağına vurana o birini də çevir 

və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını 


aparandan geri istəmə. İnsanların sizinlə necə rəftar etməyini istəyirsinizsə, siz də onlarla eləcə rəftar 

edin... (Luka, 6:27-31). 

 

Bu deyilənlərdə xristian əxlaqının zaman-zaman daha çox təbliğ edilən keyfiyyətləri sıralanır. Belə görünə 



bilər ki, sadalanan xeyirxahlıqların məzmununda şərə müqavimət prinsipinin üstündən ümumiyyətlə xətt 

çəkilir. Kitabın “Mattaya görə” variantında da oxuyuruq: “Pisliyə müqavimət göstərmə” (5:39). 

 

Bütün bu alicənablıqlar siyahısını aid olduğu kontekstdən kənar və mütləq mənada tutduğumuzda 



deyilənlər həyatilikdən məhrum, gəlişigözəl sözlər təsiri bağışlayır. Təbii ki, şərə müqavimətsizlik xeyrin 

qələbəsinin mümkünlüyünü olduqca mücərrəd və xəyali bir şey edir ki, bu da Tanrı istəyi ola bilməz. 

Tanrı istəməz ki, toplumda cəzasızlıq, özbaşınalıqlar baş alıb gedə. Müqəddəs Müjdənin çeşidli 

variantlarından, eləcə də müqəddəs Oxunun ilahi zəmanətlə dəyişməz qalan (15, 9) nüsxəsindən 

öyrəndiyimiz Tanrı istəyi hər şeydən öncə budur ki, yaxşılıqlar, saleh əməllər bütün müstəvilərdə – övlad-

valideyn, kişi-qadın, insan-toplum münasibətlərində aparıcı dəyərlərə çevrilsin. 

 

Günahlardan keçən, bağışlayan, tövbələri qəbul edən Tanrı bu gözəllikləri bəndələrinə aşıladığında Onun 



siyasətində belə bir maraqlı “taktika” da müşahidə olunur. Tövbə ilə sonuclanmayan yamanlığı bəzən 

yaxşılıqla cavablamaq təlqin edilir imanlı şəxslərə. Çünki bu cür davranış yaxşılıqlar seriyasına yeri 

gələndə əlavə bir yaxşılıq olayı da gətirə bilir. Rəbbimiz buyurur: “Yaxşılıqla yamanlıq bərabər deyil. 

Yamanlığı daha gözəl nəsnə ilən dəf elə. Baxarsan ki, aranızda düşmənçilik olan kəs ipisti bir dost olub. 

Təkcə səbr yiyəsinə veriləndi bu, təkcə böyük savab yiyəsinə veriləndi bu” (41, 34-35). 

 

Ayədə açıqca bildirilir ki, yamanlığın yaxşılıqla aradan qaldırılması hər kəsə nəsib olan iş deyil. Bu, böyük 



ruh yiyələri, peyğəmbər xislətli şəxsiyyətlərin qismətinə düşəndir. Nəzərdə tutduğu davranışı Rəbbimiz 

hamıdan öncə belələrindən umur. Peyğəmbərə ünvanladığı müraciətləri də bu kontekstdə: “Hələ də 

xəyanət görürsən onların bir çoxundan. Ancaq necə olsa da əfv et, bağışla onları. Allah sevər gözəl 

davrananları” (5, 13); “Əfv eləmək yolunu tut, bağışla, yaxşı əməllər buyur, cahillərdən üz çevir” (7, 199). 

 

Müqəddəs Müjdədən gətirdiyim ifadələrin subyektləri Kitab mətninin bütünlüyü fonunda araşdırıldıqda 



görünür ki, imana gələnlərin bir qismidir, peyğəmbər İsa Məsihin şagirdləri və ona ilkin tapınmışlardır. 

Bunlar küfrün meydan suladığı bir mühitdə sayca xeyli azlıq təşkil edərək təktanrılığın o zamana görə 

yeni yaranan elitasına daxil şəxslər. Və bu elitaya aid qeyri-adi davranış tərzi, şərə müqavimət 

göstərməməklə yaxşılıqlarda ifrata varmağın nümayişi əslində yaxşılıq dəyərlərinin zavala uğradığı, 

gerçək yəhudiliklə saxta din arasında rəqabətin ikincinin xeyrinə çözüldüyü şəraitdə bir cihad-mübarizə 

forması idi. Belə bir cihad-mübarizə forması xeyirlə qıcıqlandırıcı təsirindən başqa faktiki, ziyansız və ilk 

baxışda iddiasız məzmun daşıdığından İsa peyğəmbərin təlimini yaymaq işində vacib rol oynayırdı.   

 

Missionerlər könüllərində Tanrı-İsa sevgisi hər cür məhrumiyyətlərə dözməli, nəhayətsiz ölçüdə səbr 



sərgiləməli və Allahın sevimli “oğullarına” (Matta, 5:45), yəni peyğəmbər xislətli bəndələrinə çevrilməli 

idilər. Şübhəsiz ki, ilk mücahid missionerlərin, bu fədakar insanların, böyük ruh sahiblərinin tarixdə şərəfli 

yeri var. Ancaq bu da nəzərə alınmalıdır ki, şərə müqavimət göstərməmək müddəası xristian 

toplumlarında təbii olaraq kütləviləşə bilməmiş, tapınılan dəyərlər iyerarxiyasının başında dayanmış, 

dindarlar kütləsindən kənarda yaranan elitar dəyərlər mətbəxinə aid olaraq qalmış. 

 

Haşiyə çıxaraq qeyd edim ki, müqəddəs Oxunun orijinal mətnində Kitabımızın başqa adlarından biri 



“Furqan”, yəni haqqı batildən “ayırd edən” Kitab. Və bu Kitabda yəhudilərə, xristianlara, eləcə də 

müsəlmanlara birmənalı münasibət deyilən şey yox. Müqəddəs Oxu “Ayırd” olaraq ayrı-ayrı tarixi 

dönəmlər və səviyyələrdə təktanrılığa bu tapınmışların öz içlərində də təsnifat aparır, bunları 

imanlarında səmimiyyət dərəcələrinə görə dəyərləndirir. 

 

Güman ki, yuxarıda dediyimiz həmin o “elitar” qrupları nəzərdə tutaraq Rəbbimiz deyir: “İman 



gətirənlərə ən çox sevgi bəsləyən insanlar arasında “bizlər xristianlarıq” deyənləri tapacaqsan. Çünki 

keşişlər və rahiblər var bunların arasında. Təkəbbürlük etməz onlar” (5, 82). 

 

Müqəddəs Oxu xristian kilsə institutlarının basqısı altında təhrifə uğramış iman əsaslarına aid görüşləri 



(məsələn, Ata-Oğul-Müqəddəs Ruh üçlüyünə tapınma), formal olaraq İsa ardıcılları siyahısında sayılan 

yolsuzları, fitnəkarları yetərincə tənqidə tutursa belə, bu dinin içində qalaraq elitar yaxşılıq dəyərləri ilə, 

Tanrıya gerçəkdən bağlılıq impulsları ilə yaşayanları da gözəl bir şəkildə təqdim edir, onları cənnətlə 

müjdələyir. 

 

Yamanlığa yaxşılıq hərəkətini ayrıca bir Müjdə prinsipi kimi dəyərləndirmək, zənnimcə, doğru olmazdı. 



Bu müqəddəs Kitabın bizə çatan nümunələrində səmavi səltənət məfhumu ədalət ölçülərinə hər mənada 

riayət edilən müqəddəs bir dərgahdır. İlkin qavrayışda səmavi səltənət yalnız axirətə aiddir elə bil. Yəni 

Tanrı axirətdə təkcə yaxşı əməlləri mükafatlandıracaq deyə insan yamanlığa qarşı da yaxşılıq sərgiləməyə 

şirnikləndirilir ki, əvəzində savab qazana. Və pisliklərə qarşılıq vermə səlahiyyəti Tanrıya aid bilindiyindən 

bu mənada Onun işinə qarışmaq olmaz və s. və i. Bir daha deyim ki, məsələnin bu cür qavranılması elə 

bilirəm səthi yanaşma, mətnlə yarımçıq tanışlıq sonucunda meydana çıxa bilər. 

 

Müqəddəs Müjdə ifadələrində “səmavi səltənət”in ədalət meyarları dünya həyatından gətirilən 



məsəllərlə izah edilir. Bu məsəllərin birində Tanrı-insan münasibətləri camaat üçün daha anlaşıqlı bir 

müstəviyə – hökmdar-qul müstəvisinə köçürülür. Qulun hökmdara on min talant (gümüş pul vahidi) 

borcu varmış. Ağası ilə hesablaşma zamanı ondan tələb olunur ki, arvad-uşağını, əmlakını satmaqla 

borcunu qaytarsın. Ağasından səbrli olmağı diləyir, möhlət istəyir. Hökmdar bəndəsinin halına acıyır, 

hətta borcundan da keçir. 

 

Həmin bu qula bir başqasının da borcu varmış. Onu görər-görməz boğazlayır ki, borcunu qaytarsın. 



Borclu yalvararaq möhlət istəyir, ancaq yalvarışı cavabsız qalır. Həmin qul bu adamı borcunu 

qaytarmadığına görə zindana saldırır. Xəbər hökmdara çatır. O da qəzəblənərək öncə mərhəmətə layiq 

görülə-görülə sonradan başqası ilə mərhəmətsiz davranmış qulunu işgəncələrə məruz qoyur. 

 

Əhvalata belə bir ifadə sonluq vurur: “Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız, 



səmavi Atanız (yəni Rəbbiniz) da sizə elə edər” (Matta, 18:24-35). Yəni Tanrının edəcəyi bir hərəkətin 

bənzəri dünya həyatındaca həyata keçirilir və buna haqq qazandırılır. Dünyəvi cəza səmavi səltənət 

meyarlı ədalət prinsipini rəhbər tutmaqla verilir. 

 

Şagirdlərinə ilahi qanunları anlatmaq üçün İsa peyğəmbərin gətirdiyi həmin məsəldə güdülən məqsəd ilk 



növbədə qüsurların bağışlanmasına təşviqdir. Ancaq burada həmçinin cəzasızlıq mühitinin 

əngəllənməsinə, özü də pisliyə öz qədərincə qarşılıq verməklə əngəllənməsinə bir tələbatın da nəzərə 

çatdırılması var. 

 

Müqəddəs Müjdənin Matta variantında İsa peyğəmbərin həbsi ilə bağlı gedən epizodda belə bir hərəkət 



oxucu diqqətindən yayınmır. Tərəfdarlarından biri qılıncını çəkir, peyğəmbəri həbs etməyə göndərilmiş 

kölələrdən birinin – baş kahinin qulunun qulağını üzüb yerə salır. İsa Məsih deyir: “Qılıncını qınına qoy, 

qılınc tutanlar qılıncdan həlak olacaqlar” (26:52). 

 

Müqavimətin faydasızlığı anında İsa tərəfdarlarının silaha əl atması sadəcə emosional bir hərəkətdir. 



Burada qınanan mətləb emosionallıq, yaxud situasiyaya görə ağılsız hesab edilən hərəkət deyil. 

Peyğəmbər konkret situasiyadan haşiyə çıxır və səmavi səltənətin buyurduğu ədalət meyarına car çəkir. 

Bu meyara görə, cəzasızlıq absurd bir şeydir. Tanrı həm bağışlayan, həm də cəza verəndir. 

 

Və yenə deyim ki, məhz cəza məsələsində ədalət prinsipi mütləq şəkildə gözlənilir, yəni yamanlıqlar öz 



həcminə, ölçüsünə, məzmununa görə qarşılıq alır – nə az, nə çox. Bunun daha aydın və həyatı 

təfərrüatlarına müqəddəs Oxuda rast gəlirik: “Kim ki, sizə təcavüz eyləmişsə, təcavüz eyləyin ona eləcə, 

sizə necə təcavüz eyləmişsə” (2, 194); “Pislik eləyən bir kimsənin cəzası elədiyi pisliyinin misli ilə verilər” 

(42, 40). 

 

Maraqlı cəhət burasındadır ki, yamanlıqlardan fərqli olaraq yaxşılıqlara əvəz verərkən Tanrı mütləq 



ədaləti, yaxud deyək, ədalətdə mütləqliyi pozmuş kimi davranır bəndələri ilə. Verilən qarşılıqlar 

yaxşılıqların həcminə görə deyil: “Allaha gözəl bir borc versəniz, qat-qat artıq qaytarar o borcunu, keçər 

suçlarınızdan” (64, 17); “Yaxşılıq eləyənin haqqı on qat artıq qaytarılar özünə. Pislik eləyənsə yalnız 

cəzalandırılar elədiyi pisliyinin misli ilə” (6, 160). Qat-qat artıq əvəzlə ilahi həvəsləndirmə insan 

mənəviyyatını yaxşılıq dəyərlərinə alışdırmaq siyasətidir. 

 

Tanrı siyasətində yamanlığa yaxşılıq məsələsinin də maraqlı incəlikləri var. Yuxarıda yazmışdıq ki, bu cür 



davranış keyfiyyəti yalnız peyğəmbərlərə və başqa böyük ruh sahibləri şəxsiyyətlərə aid edilir. Rəbbimiz 

nisbətən sıravi iman yiyələrinin üzərinə bunu əlahiddə bir davranış norması kimi yükləmir. Birincisi, o 

səbəbdən ki, yamanlığa yaxşılığın əhali və ayrı-ayrı fərdlər üçün müsbət sonuclanması ilə bağlı effekt 

məhz qeyd olunan şəxsiyyətlərin nümunəsində lazımi və təsirli ölçüdə əldə oluna bilir. İkincisi, Tanrı 

istəmir ki, Ona inananların böyük kütləsi içərisindəkilər kənar şəxslərdən aldıqları mənəvi-maddi-fiziki 

zərbələrin ədalətsizliyindən, rəzalətə düşməkdən iztirab çəksinlər. Bu məzmunda çəkilən iztirabın 

psixoloji bir hal olaraq iman duyğusunu hansısa ölçüdə zədələməsi ehtimalını da nəzərə alır Rəbbimiz. 

 

Onu da nəzərə alır ki, insan fitrətində Yaradanın Özünün kodlaşdırdığı dəyərlərdə ədalətə meyllilik 



duyğusu başlıca yer tutur. İmanlı şəxslərdə daha həssas olan bu duyğu tapdanmış ədaləti bərpa etmək 

tələbatını şərtləndirir. İnsanın təbii iç tələbatını Tanrı nəinki əngəlləmək istəmir, hətta ödəmək üçün belə 

ayələrdə konkret təlimatlar verir. Və yamanlıqlar toplumun sıravi dediyimiz fərdləri səviyyəsində 

neytrallaşdırıldıqca küfrün, imansızlığın yayılışı önündə də məhdudiyyətlər yaranır, şərə müqavimət 

məsələsi çözülür. 

 

Beləliklə, yamanlığa yaxşılığı “öncüllərə”, yamanlığa yamanlığı isə “sıravilərə” yükləməklə Tanrı 



yürütdüyü mənəviyyat siyasətinin cizgilərini bizlərə gözəl bir şəkildə tanıtdırır. Bu siyasətin 

dinamikasında o da var ki, “sıravilər” “sıraviliyində” qalmaya bilərlər və zatən qalmamalıdırlar. İnsanın 

imanı kamilləşdikcə şəxsiyyəti dolğunlaşır və ucalmaq, yaxşılıqlardan feyz almaq, Tanrıya yaxınlaşmaq 

şanslarını haqq etmiş, qazanmış olur. İman kamilliyinə aparan yollardan biri “yamanlığa yamanlıq” və 

“yamanlığa yaxşılıq” arası ikinciyə doğru keçidlə də təmin edilir. Müqəddəs Oxu ayələrinin aydınlığında 

bu yol belə görünür: “Cəza vermək istəsəniz bir kəsə sizə vermiş əzabı qaytarın onun özünə. Əgər səbr 

göstərsəniz, bu daha yaxşı. Səbr xeyir gətirər səbr yiyələrinə” (16, 126); “Bir pisliyin cəzası bu pisliyin 

misliylədir, bağışlayan, barışan kimsənin əcrinisə Allah verər. Zalımları sevməz O” (42, 40). 

 

Müqəddəs Oxuda inananların qisas haqqından söz açır Rəbbimiz (2, 178). Bununla belə, Tanrı qisasdan 



vaz keçməyi uca tutduğunu da açıqlayır. Müqəddəs Törəyə böyük dəyər verən Oxu ayələrində (5, 43-44) 

də Rəbbimiz qisas məsələsinə toxunaraq deyir: “İntiqam almağı yazdıq onlara o Kitabda – cana can, gözə 

göz, buruna burun, qulağa qulaq, dişə diş və yaraya yara. Kim qisasdan əl çəkərsə, bu öz suçlarının 

yuyulması deməkdir” (5, 45). 

 

Oxuda yəhudilərə məsləhət görülür ki, öz məsələlərini müqəddəs Törənin işığında həll etsinlər. Yəni 



imanlı yəhudilərin qisas haqqı bir ilahi yazı kimi tanınır. Oxuda isə Törədəkinin davamı olaraq qisasdan əl 

çəkməyi daha uca tutduğunu bəyan etməklə Rəbbimiz yəhudilərə iman kamilliyinə nail olmaq üçün də 

şans verir. Beləliklə, “yamanlığa yamanlıq” və “yamanlığa yaxşılıq” arası iman kamilliyinə keçid Törə – 

Oxu arası Tanrıya aparan yol özəlliyini də qazanır. 

 

Bu yolda müqəddəs Müjdə məsafəsi var: “Gözə göz, dişə diş” deyildiyini eşitmisiniz. Mən isə sizə 



deyirəm: pisliyə müqavimət göstərmə” (Matta, 6:38-39). Əsasən din elitasına ünvanlanan bu ifadədə 

inananların qisas haqqından istifadə etmələrini də bir gerçəklik olaraq görməmək olmur. Onu da 

görməmək mümkün deyil ki, yamanlığa yaxşılıq xüsusiyyətinin istər ayrıca dindar əxlaqında, istərsə də 


bütövlükdə toplumda təsdiqinin gerçək mexanizmi məhz Oxu məntiqində üzə çıxır. Başqa sözlə, 

Müjdədə bəyan ediləni Oxu həyata keçirir. 

 

Maraqlıdır ki, pisliklərə fərdi səviyyələrdə müqavimət göstərməməyi təlqin edən müqəddəs Müjdədə 



bunların qarşısını ictimai səviyyədə daha qəddar tədbirlərlə almaq tövsiyə olunur. Oxuyuruq: “Allah 

buyurmuşdur “atana, anana hörmət et” və “atasını, anasını yamanlayan şəxs qoy öldürülsün” (Matta, 

15:4). 

 

Valideynə hörmət Oxunun bir çox ayələrində inananlara fərz olaraq təlqin edilir, hörmətsizlik qınansa da, 



buna görə dünya həyatında hər hansı fiziki cəza tədbiri tanınmır. Ölüm cəzası Oxuya görə yalnız məqsədli 

şəkildə həyata keçirilən qətlin qarşılığı ola bilər. Rəbbimiz qatildən qan bahası almaqla onun üzərindən 

ölüm cəzasını götürmək səlahiyyətini də verir qətlə yetirilənin yaxınlarına və bu səlahiyyətdən istifadəni 

təqdir də edir (2, 178). Hər hansı xəta üzündən baş vermiş ölüm hadisəsinə görə, ölüm cəzası isə, 

ümumiyyətlə, nəzərdə tutulmur (nəzərdə tutulan yüngülləşdirici təfərrüatlar üçün bax: 4, 92). 

 

Təbii ki, müqəddəs Müjdədəki “atasını, anasını yamanlayan şəxs qoy öldürülsün” hökmü bu ilahi Kitabın 



öz məntiqilə uyğun sayıla bilməz. Həmin məntiqin əsasında başlıca olaraq “səmavi səltənət”in ədalət 

meyarlarını açıqlayan və İsa peyğəmbər tərəfindən camaata nəql edilən məsəllər, əhvalatlar durur ki, 

yuxarıda bunların birindən söz açmışdıq. 

 

Bu kontekstdə anlaşılmayan başqa bir Müjdə ifadəsinə da diqqət çəkmək istərdim. İsa peyğəmbərin 



dilindən deyilir: “Kim mənə inanan bu kiçik kimsələrdən birini büdrədərsə (pis yola çəkərsə), boynundan 

dəyirman daşı asılmalı, dənizin dibinə atılmalı. Belə daha yaxşı olar onun üçün (Mark, 9:42). 

 

Təəssüf ki, bu qəbildən ifadələr, eləcə də müqəddəs Oxuda yer almayan, ancaq islam şəriət qanunlarında 



tarixən əksini tapmış bəzi hökmlər xalis din dəyərlərinə kölgə salır. İlahi məntiq gərəkçələrindən kənara 

çıxanda dözümlülük fanatizmlə, ibadət terrorla, mərhəmət qəddarlıqla əvəzlənə bilir. Bu da Tanrı 

hikmətlərinə sayğısızlığın bir növ cəza əvəzi. 

 

Biz Oxuya inandığımız qədərincə Müjdəyə və Törəyə də inanırıq. Tanrının göndərdiyi Yazılardır. 



Öncəkiləri təsdiq olaraq Oxunu nazil buyuran Rəbbimiz bu sonuncuya “Ayırd” adını da vermiş. Vermiş ki, 

insan və zamanın redaktəsinə məruz qalan bəzi hökmlərə Oxu işığında baxaq. Bu cür baxdığımızda 

gözlərimiz daha çox aydınlıqlara açılır və müqəddəs Kitablar arasında ilahi bir varislik bağlarını ayırd 

edirik. Necə ki, “yamanlığa yaxşılığın” tədqiqi fonunda sanıram bu varislik bağlarından birini görə bildik. 

Alqış Tanrıya, aləmlərin Rəbbinə. İşığımızı bol elə, İlahi! 

 

"525-ci qəzet", 20 yanvar 2012 



 

 

XƏBƏR LENTİ 



“Media forum” saytının oxucularına / 2015-01-05 - 17:18 

“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb / 2014-12-31 - 19:54 

“Media forum”un adamları... / 2014-12-31 - 19:29 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuları təbrik edib (Foto/Video) / 2014-12-31 - 17:27 

“Necə yaşamışıqsa, bundan sonra da elə olacaq” / 2014-12-31 - 15:24 

Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edilib / 2014-12-31 - 15:21 

Prezident jurnalistlərin ikinci binasının tikintisinə əlavə vəsait ayırıb / 2014-12-31 - 15:06 

“Azadlıq” radiosu Baş Prokurorluğun ittihamlarına cavab verib / 2014-12-31 - 15:04 

Abgül Süleymanov 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb / 2014-12-30 - 18:35 

İlkin Rüstəmzadənin atası ümidini itirmir / 2014-12-30 - 18:31 

İstintaq bitdi / 2014-12-30 - 18:25 

İşimiz, gücümüz / 2014-12-30 - 18:18 

Baş Prokurorluğun “Azadlıq” radiosu ilə bağlı rəsmi açıqlaması / 2014-12-30 - 18:00 

Alim Qurbanov: “Xaricdə oynamalıyıq ki, inkişaf edək” / 2014-12-30 - 17:50 

“Sevinə bilmədik, çünki bütün dostlarımız azad olunmadılar” / 2014-12-30 - 17:40 

“Ziraat Bank Azərbaycan”a lisenziya verildi / 2014-12-30 - 16:36 

Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilmədi / 2014-12-30 - 16:18 

Yanvarda hava necə olacaq? / 2014-12-30 - 15:29 

Babək Bəkir ifadə verib / 2014-12-30 - 15:08 

Hakimlərin təqaüd yaşı qaldırıldı / 2014-12-30 - 15:06 

45 inanclı fəal həbsdədir / 2014-12-30 - 14:57 

Media məhbusları: içəridə 12 nəfər qalır / 2014-12-30 - 14:44 

Gülağa Aslanlı: “Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir” / 2014-12-30 - 14:28 

İtən təyyarənin qara xəbəri gəldi / 2014-12-30 - 14:16 

Azərbaycan vətəndaşı olmaq istəyənlər and içəcəklər (Andın mətni) / 2014-12-30 - 14:13 

Parlament əmanətlərə vergi tətbiq etdi, bahalaşdırma qərarları verdi / 2014-12-30 - 14:11 



Müsavatda yeni təyinat / 2014-12-30 - 14:07 

“Media forum” saytının oxucularına / 2015-01-05 - 17:18 

“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb / 2014-12-31 - 19:54 

“Media forum”un adamları... / 2014-12-31 - 19:29 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuları təbrik edib (Foto/Video) / 2014-12-31 - 17:27 

“Necə yaşamışıqsa, bundan sonra da elə olacaq” / 2014-12-31 - 15:24 

Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edilib / 2014-12-31 - 15:21 

Prezident jurnalistlərin ikinci binasının tikintisinə əlavə vəsait ayırıb / 2014-12-31 - 15:06 

“Azadlıq” radiosu Baş Prokurorluğun ittihamlarına cavab verib / 2014-12-31 - 15:04 

Abgül Süleymanov 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb / 2014-12-30 - 18:35 

İlkin Rüstəmzadənin atası ümidini itirmir / 2014-12-30 - 18:31 

İstintaq bitdi / 2014-12-30 - 18:25 

İşimiz, gücümüz / 2014-12-30 - 18:18 

Baş Prokurorluğun “Azadlıq” radiosu ilə bağlı rəsmi açıqlaması / 2014-12-30 - 18:00 

Alim Qurbanov: “Xaricdə oynamalıyıq ki, inkişaf edək” / 2014-12-30 - 17:50 

“Sevinə bilmədik, çünki bütün dostlarımız azad olunmadılar” / 2014-12-30 - 17:40 

“Ziraat Bank Azərbaycan”a lisenziya verildi / 2014-12-30 - 16:36 

Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilmədi / 2014-12-30 - 16:18 

Yanvarda hava necə olacaq? / 2014-12-30 - 15:29 

Babək Bəkir ifadə verib / 2014-12-30 - 15:08 

Hakimlərin təqaüd yaşı qaldırıldı / 2014-12-30 - 15:06 

45 inanclı fəal həbsdədir / 2014-12-30 - 14:57 

Media məhbusları: içəridə 12 nəfər qalır / 2014-12-30 - 14:44 

Gülağa Aslanlı: “Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir” / 2014-12-30 - 14:28 

İtən təyyarənin qara xəbəri gəldi / 2014-12-30 - 14:16 

Azərbaycan vətəndaşı olmaq istəyənlər and içəcəklər (Andın mətni) / 2014-12-30 - 14:13 

Parlament əmanətlərə vergi tətbiq etdi, bahalaşdırma qərarları verdi / 2014-12-30 - 14:11 

Müsavatda yeni təyinat / 2014-12-30 - 14:07 

Valyuta məzənnəsi 


2014-12-22 

Manat 


1 Avro  0.9602 

1 ABŞ dolları 

0.7844 

1 Rusiya rublu  0.0135 



1 Türk lirəsi 

0.3386 


Hava proqnozu 

Bakı 


+4 .. +10oC 

  

Gəncə  +4 .. +15oC 



  

Lənkəran 

+5 .. +12oC 

  

Naxçıvan 



-3 .. +12oC 

  

Quba  0 .. +9oC 



  

Sumqayıt 

+4 .. +12oC 

  

Şəki 



+4 .. +11oC 

  

Zaqatala 



+4 .. +12oC 

  

Arxiv 



2015Aprel 

BEÇAÇCACŞB 

303112345 

6789101112 

13141516171819 

20212223242526 

27282930123 

 

 



 

© 2014 Internews Azerbaijan - Bütün hüquqlar qorunur 

Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir 

Ana səhifə      SpyLOG  iNet Rating - ðåéòèíã èíòåðíåò ðåñóðñîâ Àçåðáàéäæàíà        Rambler's Top100     



Yüklə 63,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin