Mövzu1.İnformasiya və İnformasiya kommunikasiya texnologiyaları (İKT) anlayışları. İnformasiya prosesləri.
İnformatika termini informasiya və avtomatika sölərindən yaranmışdır. Bu termini ilk dəfə 1960-cı İldə fransızlar istifadə etmişlər.
İnformatika elmi- konkret informasiya proseslərinin (texnologiyalarının) hamısına aid olan ümumi Qanunauyğunluqları öyrənir. İnformatika- kompüterin köməyi ilə informasiya prosesləri və onların tətbiq sahələri ilə qarşılıqlı Təsirlərdə olan insan fəaliyyətinin bir sahəsini əhatə edən elmdir.(və ya kompüter texnikasından istifadə Etməklə onların avtomatlaşdırılması)
İnformatika – informasiyanın ümumi xassələrini və kompüter sistemlərinin köməyi ilə onun Yaradılması, saxlanması, axtarışı, dəyişdirilməsi və istifadə edilməsi qanunauyğunluqlarını və üsullarını Öyrənən elmdir.
Beləliklə, informatikanın obyekti – informasiya prosesləri ( informasiyanın alınması, saxlanması, Emalı və ötürülməsi proseslərinin məcmusu), predmeti – bu proseslərin substratı (müxtəlif predmetlərin və Ayrıca predmetin müxtəlif xassələrinin və onların məcmusunun vəhdəti) olan informasiyanın emalıdır.
İnformatikanın predmetini aşağıdakılar təşkil edir:
-hesablayıcı texniki vasitələrin aparat təminatı;
-hesablayıcı texniki vasitələrin proqram təminatı;
-aparat və proqram təminatlarının qarşılıqlı fəaliyyəti vasitələri;
-insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələri.
Qarşılıqlı fəaliyyət vasitələri informatikada interfeys adlandırılır. Buna görə də aparat və proqram Təminatlarının qarşılıqlı fəaliyyəti vasitələrinə aparat-proqram interfeysi, insanın aparat və proqram təminatları ilə qarşılıqlı fəaliyyəti vasitələrinə isə istifadəçi interfeysi deyilir.
1.İnformasiya anlayışı.
“İnformasiya” anlayışı, ümumiyyətlə, müasir elmlərdə fundamental və informatikada isə baza Terminlərindən biridir.
“İnformatika” sözünün əsas tərkib hissəsi olan “informasiya” (latınca “informatio”) anlayışı öyrənilən Obyektlər və hadisələr haqqında əldə edilən bilikləri göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı funksional asılılıqlar şəklində ifadə olunur.
İnformasiya nəzəriyyəsində informasiyanın kəmiyyət (miqdar) baxımından təyinində də bu yanaşma əsas Götürülmüşdür. “Fakt” sözü “məlumat” və “xəbər” sözləri ilə eyni mənalıdır. Beləliklə, fakt (məlumat, xəbər) Hər hansı obyekt və ya hadisənin xassələrini təyin edir. Deyilənlərdən belə nəticə çıxarıla bilər ki, bütün Hallarda informasiya faktdır, fakt isə informasiya olmaya da bilər (əgər o, təkrarlanırsa və ya tədqiqatçı Üçün heç bir əhəmiyyət kəsb etmirsə).
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə də ifadə olunur.
“Verilənlər” (ingiliscə, data) texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanılması, emal edilməsi və Ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
“Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır.
Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə də bilər. Verilənlər bəzən qeyri-dəqiq, Həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, verilənlər dedikdə, öyrənilən obyektin, Hadisənin və ya fikrin müəyyən olunmuş üsul və vasitələrlə dəqiq təsviri başa düşülür.
Göründüyü kimi, “informasiya”, “fakt” (“məlumat”, “xəbər”) və “verilənlər” anlayışları bir-birinə çox Oxşar olsa da, onlar arasında müəyyən fərqlər var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni Məna kəsb edir, yəni sadalanan terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan ibarətdir Ki, kompüterdə saxlanılan, emal olunan və istifadəçiyə çatdırılan verilənlərin (faktların) informasiya Daşıyıb-daşımaması məsələsi istifadəçiyə aiddir.
İnformasiyanın idarəetmədə və sosial sistemlərdə özünü biruzə verən ali forması bilikdir.
Bilik – dərkolunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, onun əsasında Məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər. Yəni biliklər bizə yeni çıxarışlar Etməyə, yeni biliklər almağa imkan verir.
Bilik – fəlsəfi mənada – dərk edilmiş duyğuların başa düşülməsidir. Geniş mənada isə - real Dünyanın obyektiv qanunauyğunluqlarını uyğun şəkildə təsvir edən anlayışların, nəzəri qurulmaların və Təsvirlərin toplusudur.
Bilik predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyətin Və peşəkar təcrübənin nəticəsində əldə edilir, ixtisasçılara həmin sahədə məsələlərini həll etməyə kömək Edir.
İnformasiyanı emal edərək və nizamlayaraq, insan qanunauyğunluqları aşkarlayır – biliklər alır, sonra O, alınan məlumatlardan yeni informasiyanın çıxarılması üçün yenidən həmin biliklərdən istifadə edir.
“İnformasiya”, “verilənlər”, ”bilik” anlayışlarının ümumi şəkildə təriflərini formalaşdıraq.
İnformasiya – verilənlərin faydalı məzmunudur. Qavranılma şkalası ilə informasiya verilənlər və Bilik arasında aralıq mövqe tutur.
İnformasiya müxtəlif cür qiymətləndirilə bilər. Bu qiymətləndirmə informasiyanı qəbul edən şəxsin Dünyagörüşü, marağı, meylliliyi və s. İlə əlaqədardır.
İnformasiya kodlaşdırma vasitəsilə bir formadan digər formaya keçirilə bilər.
İnformasiya şifrələmənin köməyilə məxfiləşdirilə bilər.
İnformasiyanın saxlanılması üçün informasiya daşıyıcılarından istifadə edilir. İnformasiya daşıyıcısı Kimi kağızdan (perfokart, perfolent) və elektron tipli daşıyıcılardan (maqnit lenti, maqnit diski, kompakt Disk, rəqəmsal-video disk, fləş kart və s.) istifadə edilir.
Məlumatların verilməsində prinsipial cəhət ondan ibarətdir ki, onunla əlaqədar fiziki kəmiyyət Dəyişiklikləri zamana görə baş verir. Odur ki, məlumat daşıyıcısı kimi zamana görə dəyişən fiziki Kəmiyyətlərdən (təzyiq, temperatur, rənglər və s.) istifadə edilir.
Məlumat və ya informasiyanın daşıyıcısı, bir qayda olaraq, siqnal adlanır (latınca signum – işarə Deməkdir). Siqnal məlumatı ötürən və müəyyən istiqamətlərdə məlumatı yaymağı əks etdirən fiziki Prosesdir.
Siqnalların işıq, səs, istilik, mexaniki, elektrik və s. Kimi növləri vardır.
İnsan üçün informasiya – insan tərəfindən bilavasitə və ya xüsusi qurğuların köməyi ilə alınan, İnsanın ətraf mühit və orada baş verən proseslər haqqında biliklərini genişləndirən siqnalların (məlumatların) məzmunudur.
Məlumatı – informasiyanı ötürməyi təmin edən hər hansı fiziki kəmiyyətin zamana görə dəyişməsinə Siqnal deyilir.
Verilənlər – qeyd olunmuş siqnallardır. Onlar informasiya ilə tamamilə eyni deyil. Belə ki, bütün Siqnallar “faydalı” olmur – həmişə hər hansı kənar siqnalların müəyyən səviyyələri də iştirak edir.
Verilənlər – daima saxlama, ötürmə və emal üçün yararlı formada təsvir olunmuş ölçmə, müşahidə, Hesablama vasitəsi ilə alınan məlumatlardır.
Bilik – qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş informasiyadır.
Diskret informasiya hər hansı kəmiyyətin müəyyən anlardakı ardıcıl dəqiq qiymətləri ilə, kəsilməz İnformasiya isə hər hansı kəmiyyətin dəyişməsinin kəsilməz prosesi ilə xarakterizə olunur.Diskret informasiyanı istənilən rəqəmsal indikatordan (məsələn, elektron saatlardan, maqnitofon Sayğaclardan və s.) almaq olar.
Kəsilməz informasiyanı, məsələn, atmosfer təzyiqi və ya avtomaşının vericiləri vasitəsilə almaq olar.
Diskret informasiya insan tərəfindən emal üçün daha rahatdır, ancaq praktik işlərdə tez-tez kəsilməz İnformasiyaya rast gəlinir. Buna görə də kəsilməz informasiyanı diskret şəklə gətirmək (diskretləşdirmə) və Tərsinə keçirməyi bacarmaq zəruridir. Modem bu keçidləri (modulyasiya və demodulyasiya) həyata Keçirmək üçün istifadə olunan qurğudur.Bizi əhatə edən aləmdə gördüyümüz təsvirlər, obyektlər, müəyyən zaman ərzində eşitdiyimiz səslər Analoq tipli informasiyalara aid edilir.
Xüsusi kodlarla qurğulara verilən dəyişən siqnallar – analoq, diskret olaraq dəyişən ədədi qiymətlər Çoxluğundan ibarət informasiya isə rəqəmsal informasiyaya aid edilir.
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) –“ İnformasiya yaratmaq, ötürmək və Yaymaq və xidmətlər göstərmək üçün istifadə olunan geniş spektrli rəqəmsal texnologiyalar (kompüter Avadanlığı, proqram təminatı, telefon xətləri, mobil rabitə, elektron poçt, mobil və peyk texnologiyaları, Simsiz və simli kabel rabitəsi, multimediya, eləcə də İnternet) “
Dostları ilə paylaş: |