Məşğələlər aşağıdakı səbəblərə görə təlimin əsas təşkil forması olaraq çıxış edir:
Onlar müəyyən proqram məzmunu əsasında keçirilir, bu da maarifləndirici işin sistemliliyini və ardıcıllığını, biliklər sisteminin formalaşmasını təmin edir;
Didaktik prinsiplər əsasında qurulur, bu da məktəbəqədər yaşlı uşaqlarda biliklərin dolğunluğunun, möhkəmliyinin, dərkedilmənin, sistemliliyinin formalaşmasına kömək edir.
Pedaqoq, məşğələnin məzmununa və növlərinə uyğun olan müxtəlif metod və vasitələrdən istifadə edir, tədris fəaliyyətinin ilkin şərtlərini formalaşdırır;
Fəaliyyəti qaydaya salır, bu da uşaqlarla tədris prosesini sistemli və planlı şəkildə keçirməyə imkan verir.
Məşğələ təlim prosesində mühüm yer tutur.Bilik,bacarıq və vərdişlər əsasən məşğələdə verilir,şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsası məşğələdə qoyulur.Buna görə də məşğələ təlimin əsas təşkilat forması sayılır.Məşğələ qrup şəraitində sabit tərkibdə müəyyən rejimlə cərəyan edən,tərbiyəçi və uşaqların bilavasitə qarşılıqlı fəaliyyətinə əsaslanan təlimin məqsədyönlü təşkili formasıdır.Məşğələ təlimin digər formaları üçün bünövrə təşkil edir;məşğələdə material nə qədər yaxşı mənimsənilərsə,digər formaların(ekskursiya,oyun,gəzinti və s.)da səmərəsi yüksək olar. Məktəbəqədər təhsil müəssisələrində təlimin əsas təşkili forması olan məşğələ bqtqn yaş qruplarında aparılır.Məşğələ prosesində uşaqlar bir sıra müxtəlif bilik,bacarıq və vərdişləri mənimsəyirlər.Onlar öz fikirlərini dəqiq ifadə etməyi,bir-birlərini və tərbiyəçini diqqətlə dinləməyi öyrənirlər.
Məktəbəqədər təhsil müəssisələrində məşğələlər müasir dövrün tələblərinə əsasən qurulur.Məşğələlərə verilən müasir tələblər çoxdur. Onları iki qrupa bölmək olar:ümumi və xüsusi tələblər. Məşğələlərə verilən ümumi tələblər təlim prinsiplərində ifadə olunmuşdur.Məşğələdə didaktik prinsiplər(həyatla əlaqə,şüurluluq və fəallıq prinsipi və s.) kompleks şəkildə həyata keçirilməlidir.
Xüsusi tələblər isə bilavasitə məşğələ ilə bağlı tələblərdir:
1.Məşğələdə yüksək təlim,inkşaf və tərbiyə səmərəsi əldə edilməlidir.Məşğələdə təlim,tərbiyə və inkşaf vəzifələri vəhdətdə həyata keçirilməli,real nəticələr əldə edilməlidir.Proqram materialı məşğələdə yaxşı mənimsədilibsə,uşaqlar müəyyən keyfiyyətlərə və əqli qabiliyyətlərə yiyələniblərsə,belə məşğələni yaxşı məşğələ hesab etmək olar.Bu tələbin gözlənilməsi əsas məslələrdən biridir.
2.Məşğələdə təlim materialının optimal məzmunu müəyyən edilməlidir.Tərbiyəçi məşğələnin qarşısında duran məqsəd və vəzifələrdən,uşaqların hazırlqı səviyyəsindən çıxış edərək öyrənilən materialın həcmini,çətinlık dərəcəsini,başlıca məsələlərini,və məşğələ zamanı məzmunun mənimsənilməsinə nail olmalıdılr.
3.Məşğələdə səmərəli metodik variant seçilib tətbiq edilməlidir.Məşğələnin məqsəd və məzmununa,uşaqların dərketmə fəaliyyətinə müfafik olaraq fəal təlim metodları müəyyənləşir.Məşğələ o zaman səmərəli olur ki,tərbiyəçi biliyi hazır şəkildə dərk etməsin,uşaqları fəal axtarışlara cəlb etsin,onların müstəqil fikrini oyatsın.
4.Məşğələdə əlverişlı psixoloji iqlim,müsbət emosioanal vəziyyət yaradılmalıdır.Məşğələnin səmərəsi onun emosioanal mühüti ilə sıx bağlıdır:mənfi emosiyalar(qorxu,kədər,inamsızlıq və s.)şəraitində keçirilən dərs cansıxicı,yorucu və səmərəsiz olur.Məşğələdə tərbiyəçi və uşaq arasında qarşılıqlı hörmət,inam,xoş əhval-ruhiyyə,müsbət zehni hisslər(şadlıq,təlim sevinci,inam və s.)hakim olmalıdır.
Göstərilən tələblərə cavab verən məşğələ yaxşı məşğələ hesab olunur;belə məşğələdə yüksək səmərə,müsbət təlim-tərbiyə nəticələri əldə edilir.
Məşğələlər uşaqların dərketmə qabiliyyətlərinin və zehni əməyə marağının inkşafına kömək edir.Bütün bunlar uşaqların məktəbdə müvəffəqiyyətlə təhsil almalarına əsas yaradır.Məktəbəqədər təhsil müəssisələrində keçirilən məşğələ prosesində təlim və tərbiyənin vəhdəti həyata keçirilir.Məşğələlərdə təlim işi uşaqlardan ciddi fiziki və əqli gərginlık tələb edir ki,bu da uşağın fəallığı ilə həyata keçirilir,onlar çalışırlar ki,öz fəaliyyətlərində müəyyən nəticə əldə etsinlər. Bütün bunları nəzərə alaraq,uşaqların təlim yükünün müəyyən edilməsində ehtiyatlı olmaq,məşğələnin müddəti,harada keçirilməsi və gün rejiminə riayət edilməsi mühüm əhəmiyyət kəsb edir.
Məktəbəqədər təhsil müəssisələrində məşğələlər günün birinci yarsında həyata keçirilir.Bu vaxt uşaqların əqli fəaliyyəti daha güclü olur.Təlim məşğələləri uşaqların yaş üzrə daxil olduğu qrupdan asılı olaraq müxtəlif formada təşkil olunur.Uşaqların işgüzarlıq qabiliyyətini nəzərə alaraq təlim məşğələsinin həftəlik cədvəli tərtib olunur.Adətən,uşaqlarda işgüzarlıq ikinci,üçüncü və dördüncü günlər daha yaxşı olur.Bu günlərdə təlim cədvəlinə gərgin əqli fəaliyyət tələb edən mürəkkəb məşğələləri(riyaziyyat,nitq inkşafı,savad təlimi və s.)daxil etmək məqsədəuyğundur.Bu fənnlərin məşğələsini birinci,hərəkət daha çox tələb olunan musiqi,fiziki,təsviri fəaliyyət məşğələlərini isəikinci keçirmək daha yaxşı nəticə verir.
Məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən məşğələlərin təşkilində aşağıdakılarına daha çox diqqət verilir:
I.Məşğələnin düzgün təşkilinə:
1.Məşğələnin planlaşdarılması səviyyəsi.
2.Məşğələdə uşaqlarla səmərəli əks əlaqənin təmin olunması,əməkdaşlıq şəraitinin yaradılması
.3.Məşğələdə əsas psixoloji tələblərin həyata keçirilməsi.
4.Məşğələdə vaxtdan səmərəli istifadə
5.Məşğələdə əməyin mühafizəsi,təhlükəsizlik texnikasının,gigenik tələblərin gözlənilməsi.
II.Məşğələdə təlim fəaliyyətinə
:1.Məşğələnin elmi səviyyəsi,elmilik prinsipinin gözlənilməsi.
2.Təlim metodları və üsullarının düzgün seçilməsi,uşaqların yaşına və inkşaf səviyyəsinə uyğunluq.
3.Təlim yükünün uşaqların potensial imkanlarına uyğunluğu(diferensiallaşdırma,fərdiləşdirmə)
4.Təlimin inkşafetdirici funksiyasının tətbiqi,bilik,bacarıq və vərdişlərin uşaqlara aşılanması səviyyəsi
.5.Məşğələdə təlim vərdişlərinin aşılanması(öyrənməyi öyrətmək)
6.Məşğələdə əyani vəsaitlərin təlimin texniki vasitələrindən və s.istifadənin səmərəliliyi və məqsədəmüvafikliyi.
7.Uşaqların biliyinin qiymətləndirilməsi.
III.Məşğələdə tərbiyəvi işə:
1.Məşğələdə uşaqların dünyagörüşünün formalaşdırılması səviyyəsi
.2.Uşaqların mənəvi tərbiyəsində məşğələnin imkanlarından istifadə.
3.Uşaqların milli zəmində vətənpərvərlik ruhunda tərbiyəsində məşğələnin imkanlarından istifadə.
4.Uşaqlara məşğələnin estetik-emosioanal təsiri;
5.Uşaq hüquqlarının mühafizəsi səviyyəsi,uşaqların huquq tərbiyəsində məşğələnin imkanlarından istifadə.
IV.Məşğələdə uşaqların fəaliyyətinə
:1.Uşaqların idrak fəallığının səviyyəsi
.2.Uşaqların müstəqillik səviyyəsi.
3.Uşaqların tədris materialında aparıcı ideyalarıseçmək bacarığı.
4.Uşaqların təhliletmə,ümumiləşdirmə bacarıq və vərdişlərinin səviyyəsi.
5.Məşğələ prosesində uşaqların şifahi nitqinin inkşafı.
6.Uşaqların kollektiv və qrup tərkibində işləmək vərdişlərinin səviyyəsi.
7.Təlim vasitələri,cihazlar və digər xüsusi avadanlıqlarla işləmək bacarıqları.
Bu istiqamətdə qurulan məşğələlərin səmərəli nəticə verməsi üçün həmçinin məşğələlərdə təlimin müxtəlif prinsip və metodlardan istifadə olunur.
Dostları ilə paylaş: |