Mövz Məktəbəqədər təhsil proqramında (kurikulum) məşğələlərin təşkilinə verilən tələblər və prinsiplər


IV.Məşğələnin əyani və texniki təchizatı



Yüklə 64,43 Kb.
səhifə4/4
tarix22.05.2023
ölçüsü64,43 Kb.
#119328
növüTəhsil proqramı
1   2   3   4
1-ci mövzu

IV.Məşğələnin əyani və texniki təchizatı:
1.Zəruri əyani və texniki vasitələrdən tam və dolgun istifadə olunması;
2.Əyani vasitələr və təlimin texniki vasitələrdən didaktik cəhətdən düzgün istifadə olunması;
3.Uşaqların həmin proseslərin təhlilinə cəlb olunması;
4.Müasir təlim vasitələrindən və kompüterlərdən istifadə.
V.Məşğələnin pedaqoji səmərəliliyi
:1.Uşaqlar tərəfindən biliklərin mənimsənilməsi
;2.Onların bacarıq,vərdiş və qabiliyyətlərinin formalaşması səviyyəsi;
3.Uşaqlarda idrak marağı,biliklərə təlabat,müvəffəqiyyətə nail olmaq,motivləin formalaşması;
4.Təlimin diferinsial xarakteri,istedadı və zəif uşaqlarla iş;
5.Məşğələnin inkşafetdirici funksiyaları:diqqət,hafizə,təfəkkür və qabiliyyətlərin inkşafı,onların məşğələdən-məşğələyə məqsədyönlü formalaşması;
6.Uşaqların inkşafını təmin edən təlim fəaliyyətinin daha səmərəli formalarının seçilməsi;
7.Bərabərhüquqlu subyekt kimi uşaq şəxsiyyətinin sərbəst inkşafına şəraitin yaradılması;
8.Məşğələnin tərbiyəedici funksiyaları və təlimin humanist xarakteri.
Məktəbəqədər təhsil müəssisələrində bu parametləri gözləməklə təşkil olunan hər bir məşğələ öz yüksək keyfiyyətini vermiş olur.Məktəbəqədər təhsil müəssisələrində uşaqları sadə bilik,bacarıq və təsəvvürlərlə silahlandıran müxtəlif məşğələlər təşkil olunur. Uşaqlarda nitqi inkşaf etdirən- nitq inkşafı məşğələləri;sadə riyazi bilik və təsəvvürlər formalaşdıran –sadə riyazi 3təsəvvürlərin inkşafı məşğələsi;fiziki inkşaflarını təmin edən fiziki mədəniyyət məşğələsi;təsviri fəaliyyət məşğələləri(rəsm,yapma,aplikassiya);ətraf aləm haqqında bilik və təsəvvürlər tərbiyə edən-ətraf aləmlə tanışlıq məşğələləri;musiqi sahəsində bilik,bacarıq və vərdişlər inkşaf etdirən musiqi məşğələsi və s. g buna misal ola bilər.Məşğələlər uşaqların dərketmə qabiliyyətlərinin və zehni əməyə marağının inkşafına kömək edir.Bütün bunlar uşaqların məktəbdə müvəffəqiyyətlə təhsil almalarına əsas yaradır .Məktəbəqədər təhsil müəssisələrində keçirilən məşğələ prosesində təlim və tərbiyənin vəhdəti həyata keçirilir .Məşğələlərdə təlim işi uşaqlardan ciddi fiziki və əqli gərginlık tələb edir ki,bu da uşağın fəallığı ilə həyata keçirilir,onlar çalışırlar ki,öz fəaliyyətlərində müəyyən nəticə əldə etsinlər. Bütün bunları nəzərə alaraq,uşaqların təlim yükünün müəyyən edilməsində ehtiyatlı olmaq,məşğələnin müddəti,harada keçirilməsi və gün rejiminə riayət edilməsi mühüm əhəmiyyət kəsb edir.
Məşğələlər bu gün məktəbəqər təhsil müəssisələrində yeni,müasir təlim texnologiyaları əsasında qurulur.Müasir təlim texnologiyalardan istifadə təlim prosesini fəallaşdırır.Onu hər bir uşaq üçün maraqlı fəaliyyət sahəsinə çevirir,məşğələlərdə uşaqların fəallığını artırır.Bu gün məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən, yuxarıda adları qeyd olunan məşğələlərdə uşaqların fəaliyyətinin müxtəlif iş formalarından (fərdi,cütlərlə,qruplarla iş)istifadə olunur.Məşğələlər bu gün məktəbəqər təhsil müəssisələrində yeni,müasir təlim texnologiyaları əsasında qurulur.Müasir təlim texnologiyalardan istifadə təlim prosesini fəallaşdırır.Onu hər bir uşaq üçün maraqlı fəaliyyət sahəsinə çevirir,məşğələlərdə uşaqların fəallığını artırır.Bu gün məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən, yuxarıda adları qeyd olunan məşğələlərdə uşaqların fəaliyyətinin müxtəlif iş formalarından (fərdi,cütlərlə,qruplarla iş)istifadə olunur.


Yüklə 64,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin