məzmununu məlumatlar, anlayışlar, qaydalar, bajarıq və vərdişlər təşkil edə bilir.
Təlim materialları dolğun, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olmalıdır.
Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin edən xariji amil kimi
digər
xüsusiyyəti onun formasıdır. Təlim materialı müxtəlif formaya malik ola
bilər. Forma etibari ilə o, əşyavi, obrazlı,sözlü və simvolik şəkildə ifadə edilir.
Forma etibari ilə material elə tərtib olunmalıdır ki, əsas jəhətləri bir-birindən
dərhal fərqlənə bilsin, onları birləşdirmək mümkün olsun.
Digər xariji amillərdən biri də təlim materialının
çətinlik dərəjəsidir.
Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu amilin böyük təsiri
vardır. Materialın çətinliyi onda olan informasiyaların şagirdin idrak imkanlarına
müvafiq olmaması ilə müəyyən edilir.
Eləjə də mətn daxilində qayda və tərifləri üzə çıxarmaq imkanı verən
ümumiləşdirmənin zəif olması materialın çətinlik dərəjəsini artırır.
Bu jür
materiallar şagirdlər tərəfindən çətin mənimsənilir.
Təlim materialının öyrənməyə tsir edən əsas xüsusiyyətlərindən biri də onun
əhəmiyyətidir.çox vaxt dərsliklərdə və ya şagirdlərə təqdim olunan əlavə
ədəbiyyatdakı materiallar bu tələbə javab vermədiyinə görə şagirdlər tərəfindən
rəğbətlə qarşılanmır, əksinə, asanlıqla psixoloji doyumluluq yarada bilirlər.
Öyrənmənin müvəffəqiyyətlə getməsi
üçün material şagird üçün əhəmiyyətlilik
kəsb etməli, onuntələbat və maraqlarına javab verməlidir.
Təlim materialının
anlaşıqlılığı onun öyrənilməsinə təsir edən əsas
amillərdəndir.anlaşıqlıq dərəjsi yüksək olan materiallar daha tez mənimsənilməklə
yanaşı, bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və həmin material uzun
müddət yaddan çıxmır. Anlama öyrənmənin səmərəli yollarından biridir. Şagird
öyrəndiyini anlamalıdır.
Şagird
dərindən anlayaraq, əsaslı şəkildə düşünərək öyrəndikdə həmin
materialı bir o qədər düzgün və möhkəm yadda saxlayır. Müəllim öz şagirdlərinə
başa salmalıdır ki, aydın olmayan. Az anlaşılan məsələlərin üstündən keçməmək,
onları tamamilə anlayıb öyrənmək vajibdir. Ən düzgün və səmərəli yol fikirləşə-
fikirləşə öyrənməkdir.
Təlim materialının
strukturu, quruluşu da onun əyrənilməsinə, yaxşı və ya
pis mənimsənilməsinə öz təsirini göstərir.Materialın anlaşıqlılığı
yeni ilə köhnə,
məlum olanla məlum olmayan arasındakı əlaqəyə, materialın strukturu isə bu
əlaqənin nejə, hansı yollarla yarandığına əsasən müəyyən edilir.
Materialın
həjmi də onun mənimsənilməsinə təsir edən mühüm
xüsusiyyətlərdəndir. Materialın
həjmi dedikdə, ona dixil olan ünsürlərin miqdarı
nəzərdə tutulur.
Mətndə verilmiş mənasız hejaların,rəqəmlərin miqdarı materialın həjmini
müəyyən edir.Mənalı yadda saxlanılajaq materialın həjmini müəy- yənləşdirmək
isə çətindir.
Mənalı təlim materialının həjmini yalnız
mənimsənilməsi tələb olunan yeni
Dostları ilə paylaş: