Mövz öYRƏNMƏNİn müVƏFFƏQİYYƏTİNİ TƏMİn edən amiLLƏr p L a n: Ö



Yüklə 161,13 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix17.12.2022
ölçüsü161,13 Kb.
#75954
1   2   3   4
öyrənmə

 
2. İnsanlarda koqnitiv səviyyədə (idraki) öyrənmənin mexanizmini aşağıdakı 
şəkildə müəyyənləşdirmək olar: 
1. Öyrənmənin mahiyyətini insan fəaliyyəti üçün əhəmiyyətə malik olan 
jisim və hadisələrin yeni keyfiyyətlərinin müəyyənləşdirilməsi təşkil edir. 
2. Öyrənmənin məzmunu köhnə biliklə yeni bilik arasında-beyində vaxtilə 
əks etdirilmiş jisim və hadisələrin xüsusiyyətləri ilə indiki anda əks etdirilən 
xüsusiyyətlər arasında sinir rabitələrinin yaranması ilə müəyyən edilir. 
3.Öyrənmənin əsas şərtləri yeni mənimsənilən xüsusiyyətin faydalı olması, 
insanın tələbatını ödəyə bilməsi. Həm də həmin faydalı amilin özünü bir dəfə 
deyil, bir neçə dəfə göstərməsi-möhkəmləndirilməsindən ibarətdir. 


4.Öyrənmənin əsasını isə xariji aləmdən beyinə daxil olan informasiyaların 
analiz və sintez edilməsi, ümumiləşdirilməsi, müjərrədləşdirilməsi və onların nitqlə 
əlaqələndirilməsi təşkil edir.
Beləliklə,koqnitiv səviyyədə sensor öyrənmə biliklərə yiyələnmə şəklində 
təzahür edir.
Öyrənmənin sensor, motor və sensomotor öyrənmə növləri vardır. 
1. Əgər öyrənmənin əsasməqsəd və nətijəsi analiz və sintezdən, yeni 
siqnalların mənimsənilməsi, diferensiasiyası və sistemləşdirilməsindən asılı- dırsa, 
belə öyrənmə sensor öyrənmə hesab edilir. 
2. Əgər öyrənmənin məqsəd və nətijələri müxtəlif hərəkətlərin seçilməsi, 
əlaqələndirilməsi, sistemləşdirilməsindən asılıdırsa, belə öyrənmə motor öyrənmə 
adlanır. 
3. Əgər öyrənmə prosesində hər iki amil eyni səviyyəli rol oynayırsa, bu 
zaman sensomotor öyrənmə özünü göstərir. 
 
3. Öyrənmənin müvəffəqiyyətini təmin edən amilləri daxili və xariji olmaqla 
iki yerə bölürlər.
Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillərdən biri diqqət və 
ustanovkadır. Şagirdlərə təsin edən informasiya axını içərisindən tələb edilən 
bilik və məlumatları müəyyənləşdirmək, seçmək diqqətin bilavasitə iştirakı 
olmadan mümkün deyildr.İnformasiyaları müəyyənləşdirmək, təhlili etmək və 
onlardan istfadə etmək prosesində insan şəxsiyyətinin tam optimal formada təzahür 
etməsi halını psixoloqlar ustanovka (yönəlişlik) adlandırmışlar. Ustanovka 
müəyyən bir fəaliyyətə şəxsiyyət tərəfindən dərk edilməyən hazırlıq halətidir. 
Tədqiqatlar göstərmişdir ki, öyrənmə ustanovkası qarşıya qoyulan 
yaddasaxlama məqsədindən,yaddasaxlamanın müddətindən və xarakterindən çox 
asılıdır. Öyrənmə o zaman səmərəli olur ki,şagird öz qarşısına yaddasaxlama 
məqsədi qoysun.
Qarşıya öyrənmək, yaddasaxalamaq məqsədi qoymadan səmərəli yadda- 
saxlama mümkün deyildir. Şagirdin qarşısında yaddasaxlama məqsədi qoyduqda o, 
verilən materialı yaxşı öyrənir. Ona görə də müəllim təlim fəaliyyətində 
öyrənimənin həmin səmərəli yolunu nəzərdən qaçırmamalıdır. Şagirdləri öyrənmə 
zamanı öz qarşılarına yaddasaxlama məqsədi qoymağa alışdırmalıdır. 

Yüklə 161,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin