Xilasedici dəstə 2-4 komandadan ibarət olub,
obyektin əsas mülki müdafiə
dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından ,
dağılmış sığınacaq və binalardan çıxarmaq, həkiməqədər ilk tibbi yardım
göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə
bilər: zədələnmiş 600 – 1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250- 350 m
məsafəyə daşımaq; zədələnmiş 120- 240 nəfəri uçqun altından, qismən uçulmuş
binalardan çıxarıb 250- 350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya
qazma tipli 60 – 120 daldalanacağın üstünü açıb sökmək.
Həmin işləri yerinə
yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə
təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu 3- 5 manqadan ibarət olur. Bu qrupun əsas fəzifəsi –
zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın
səviyyəsini, zəhərləyici maddələrin və bakterioloji
vasitələrin növünü müəyyən
etməkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və
zədələnmiş
binaların,
sığınacaqların
və
daldalanacaqların
vəziyyətini
müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün yararlı marşrutlar tapır.
Yaralılar olduğu barədə məlumat toplayır və başqa işləriicra edir.
Dostları ilə paylaş: