-fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına
nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə
olunmasını təşkil etmək;
- fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə
olunmuşdur.
Yerli(şəhərlərin, habelə nazirlik və obyektlərin) daimi komissiyaları da
özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı,
bu işə
cəlb edilən hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini
müəyyən etməlidirlər.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan
qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və
çevik yanğınsöndürən
dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti
qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən;
müdafiə nazirliyinin kimyəvi və mühəndis qoşun hissələrindən;
dəmir yolu, hava
yolları, Xəzər donanması idarələrinin müvafiq qəza – xilasetmə qüvvələrindən
istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində
xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur.
Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə
Dövlət fövqəladə fəaliyyət
sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif
rejimdə işləyə bilər:
Dostları ilə paylaş: