Mövzu № Bankların qiymətli kağızlarla əməliyyatları plan



Yüklə 54,64 Kb.
səhifə8/17
tarix02.01.2022
ölçüsü54,64 Kb.
#38457
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
qiymetli kagiz

Depozit sertifikatı – banka sabit faiz dərəcəsi ilə müd­dətli əmanət qoyulması haqqında sənəddir. Depozit ser­ti­fi­kat­la­rının iki müxtəlif növü vardır:

- Ötürülməyən, yəni əmanətçidə saxlanılan və müd­d­ət başa çatdıqda banka təqdim edilir;

- Ötürülən, yəni ikinci bazarda satılaraq digər sa­hi­bi­nə keçir.

Ötən əsrin 60-cı illərinin əvvəllərinə qədər depozit sertifikatlarının bi­rinci forması mövcud idi və banklar korporasiyalardan müddətli əmanətləri zəif qəbul edirdi. Banklar faiz ödə­nilməyən cari hesablar cəlb etməkdə daha maraqlı idi. Kor­po­rasiyalar qısamüddətli likvidlik aktivlərə öz ehtiyaclarını, ikin­ci bazarı olan xəzinə vekselləri vasitəsilə ödəyirdilər.

1961-ci ildə Nyu-Yorkdakı “Fast National Bank” ilk dəfə olaraq bazara nominalı 100 min dollardan yuxarı vəsait ve­rən şəхsə ötürülən depozit sertifikatları təqdim etmişdir. Eyni zamanda qiymətli kağızlarla əməliyyatlar aparan iri bro­ker firmaları ikinci bazar yaradaraq burada ötürülən depozit sertifikatlarının ödəniş müddəti başa çatana qədər alqı-satqısını təşkil etdi.

Bunun nəticəsində pul bazarında işgüzar firmaların eh­ti­yaclarına cavab verən çevik likvid alətlər meydana gəldi. Kor­porasiyalar və fiziki şəxslər ötürülən depozit sertifi­kat­la­rı­nı alaraq istədikləri miqdarda kapitalı sərfəli şəкildə in­ves­ti­si­ya edib zərurət yarandıqda isə sertifikatları nağd vəsaitələrə çe­virmək imkanına maliк оldu.

Ötürülən depozit sertifikatlarını emissiya edən banklar bir neçə qrupa ayrılır:

Birinci qrupa işgüzar alətdə öz nüfuzu və geniş şöhrəti ilə tanınan 10 ən iri bank daxildir. Bu bankların sertifikatları ak­tiv ikinci bazara malik olub və оnların kağızlarına daim yük­sək tələb mövcuddur.

İkinci qrupa nüfuzlu 10-20 bank daxil olsa da, bun­lar haqqında əmanətçilərin məlümatı кifayət qədər deyil­dir. Təbii ki, bu bankların qiymətli kağızlara tələbi az olduğundan onlar əmanətçiləri cəlb etmək üçün kağızlara 10-20 bənd artıq faiz dərəcəsi ödəyir.

Üçüncü qrupa regional və xarici banklar daxildir ki, bunların da sertifikatlarının faiz dərəcəsi 20-50 bənd artıq ödənilir. Ötürülən depozit sertifikatlarının başlıca bazarı Nyu-Yorkda yerləşir. Bazarın fəaliyyəti 30 broker firması ilə təmin edilir ki, bunların da bir hissəsi kommersiya banklarıdır.

Broker rolunda çıxış edən banklara xüsusi depozit ser­ti­fikatlarını almaq qadağan olunur.

Banklar depozit hesablarının aparılması ilə yanaşı ka­pitalın cəlb olunmasının digər metodlarından istifadə edə­rək pul bazarından borc alırlar. Bu əməliyyatların əsas məq­sə­di bankın likvid mövqeyinin yaxşılaşdırılmasıdır. Və­sa­it­lə­rin ən geniş yayılmış formalarına aşağıdakılar aiddir:

- Banklararası bazardan borcların alınması;

- Qiymətli kağızların satışı və sonradan geri alınması haqqında razılaşma;

- Veksellərin uçotu və Mərkəzi Bankdan ssudaların alınması;

- Bank akseptlərinin satışı;

- Kommersiya kağızlarının buraxılışı;

- Avrоdollar bazarından borcların alınması;

- Notların və istiqrazların buraxılışı;

- Banklararası bazardan borcların alınması.

ABŞ-da bu bazar federal bazar adlanır. Burada Mər­kəzi Bankın ehtiyat hesabında saxlanılan depozitlər alınıb-satılır. Ehtiyat hesabında izafi vəsaitlərə malik olan bir sıra banklar bu vəsaitləri qısa müddətə borca verilən (çox vaxt bir işgüzargün) bu əməliyyat onlara əlavə mənfəət əldə etməyə imkan verir.

Federal fondların vəsaitləri borcların sərəncamına tez bir zamanda daxil olduğundan fondlar onun üçün münasib sayılır. Belə ki, çek yazılışında vəsaitlər bank hesabına yal­nız 2-3 gündən sonra yazılır.

Bundan əlavə, fondlar tərəfindən ehtiyat təminatı tələb olunmur. Federal fondlarla sövdələşmələr telefon vasitəsilə həyata keçirilir. İzafi ehtiyat vəsaitlərinə malik olan və ya borc almaq istəyən banklar bir qayda olaraq brokerlərin xidmətlərindən istifadə edirlər.

Böyük Britaniyada banklararası kreditlər bazarı “para­lel” pul bazarının bir hissəsidir. Banklararası kreditlər 1971-ci ildən sonra yeni məcburi ehtiyatlar normasının kəskin artı­mın­dan sonra inkişaf etməyə başlamışdır. Belə olan halda bir çox banklar digər kredit müəssisələrindən qısamüddətli borc­lar almaq yolu ilə ehtiyat mövqeyini dəyişməyə cəlb olunurdu.

Banklararası bazarda depozitlər 100 min funt ster­linq­dən az olmayan lotlarla təşkil edilir. Müddətlər və faiz stav­ka­la­rı sövdələşmələr bağlanan gün qeydə alınır. Müxtəlif müd­dətli depozitlər üzrə faiz dərəcəsinin əsasını banklararası Lon­don bazarında formalaşan LİBOR dərəcəsi təşkil edir.

ABŞ-da olduğu kimi, burada da sövdələşmələrin xeyli hissəsi bir gün üçün bağlanılır. Lakin bununla belə 1, 2, 3, 6, 9 ay və 1 il müddətinə verilən kreditlər də olduqca geniş ya­yıl­mışdır.


Yüklə 54,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin