Hesabi (və ya rəqəm tipli) – bütün ədədləri yazarkən bu tipdən istifadə olunur.
Mətn (və ya simvol tipli) – mətn və ya simvollardan ibarətdir.
Məntiqi tipli – yalnız iki qiymət alır: Doğru (True-1), Yalan (False-0).
Göstərici tipli – proqramlaşdırmada proqramçı tərəfindən idtifadə olunur. Həmçinin, kompüterdə yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Üç əsas kodlaşdırma sistemi var: analoq, cədvəl və rəqəm kodlaşdırma sistemi.
Analoq kodlaşdırması −verilənlər ardıcıllığının fiziki təbiətini dəyişdirir. Analoq kodlaşdırma funksiyasını yerinə yetirən texniki qurğulara fotoqrafik qurğuları (rəqəmsaldan başqa), maqnitafonları, videokameraları və s. misal göstərmək olar.
Cədvəl kodlaşdırması − siqnal elementlərinin mövcud model nümunələri ilə dövri olaraq müqayisəsinə əsaslanan informasiya texnologiyalarıdır. Yazı növlərini cədvəl kodlaşdırılmasına aiddir.
Rəqəm kodlaşdırması− qeyd edilən siqnalların ölçmə nəticələrinə uyğun kəmiyyət qiymətlərinin yazılması yolu ilə kodlaşdırma üsuludur.
Mətni informasiyaların kodlaşdırılmasında ASCII (1963-cü ildə-I, 1968-ci ildə isə II versiyası hazırlanmışdır), Unicod (1991-ci illərdə), KOİ-8R, İSO-88 sistemlərindən, qrafiki informasiyaların kodlaşdırılmasında (rastr) RGB (Red-Green-Blue), CMYK (Cyan– mavi, Magenta–purpur, Yellow–sarı, black–qara), High Color (high color–bol rəng), vektor qrafikasında PS (Post Script) və EPS formatlarından, musiqi fayllarında WAV, MIDI, video informasiyanı isə AVI (Audio-Video Interleaved), MPEG (Moving Pictures Experts Group) formatlarından istifadə edilir.
İnformasiya miqdarının ölçü vahidləri.İstənilən kəmiyyəti miqdar cəhətdən ifadə etmək üçün ölçü vahidini təyin etmək lazımdır. İnformasiyanın miqdarı ləğv edilən qeyri-müəyyənliklə ölçülür. İnformasiyanın həcmi kimi, miqdarı üçün də ölçü vahidi olaraq 2 mümkün halın yaratdığı qeyri-müəyyənlk götürülür.
Kodlaşdırılmış informasiya kompüterin yaddaş qurğusunun oyuq (yuva) adlanan yaddaş hissəsində saxlanılır. Yaddaş oyuqlarının hamısının quruluşu eynidir və oyuqlar hər birində yalnız bir dənə ikilik rəqəm 0 və ya 1 rəqəmi yerləşə bilən mərtəbələrdən ibarətdir. Bütün oyuqlardakı mərtəbələrin sayı eynidir. Bu mərtəbələrə ikilik mərtəbələr də deyirlər. Oyuqdakı mərtəbələrin sayına “maşın sözü” və ya “oyuğun uzunluğu” deyilir. Bir mərtəbədə yerləşə bilən informasiyanın miqdarına bit (binary digit-ikilik rəqəm) deyilir. Yaddaş qurğusuna yazıla bilən informasiyadakı bitlər sayina informasiyanın həcmi deyilir. Deməli, bit informasiyanın ən kiçik (elementar) ölçü vahididir.İnformasiya ölçüyə malikdir. İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözündən) qəbul edilmişdir.
1 bayt 2-lik rəqəmlərin (0 və 1-lərin) 8 mərtəbəsidir. Odur ki, burada ölçü baytların dərəcələri kimi hesablanır. Əsas informasiya vahidi isə baytdır. 1Bayt=8 bit.
Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:
1 Kb(kilobayt) = 1024 bayt = 210 bayt;
1 Mb(meqabayt) = 1024 Kb = 220 bayt;
1Gb(qiqabayt) = 1024 Mb = 230 bayt;
1Tb(terabayt) = 1024 Gb = 240 bayt.
1Pb(petabayt) = 1024 Tb = 250 bayt
1Eb(eksabayt) = 1024 Pb = 260 bayt
1Zb(zetabayt) = 1024 Eb = 270 bayt
Kompüterlərdə bir bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.