II informasiya inqilabı XV əsrin ortalarına təsadüf edir. Belə ki, alimi Qutenberq kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. Bunun da sayəsində insanlar arasında informasiyanın kütləviləşdirilməsi, daha çox həcmdə informasiyanın etibarlı şəkildə saxlanması, geniş coğrafi məkana yayılması və nəsillərdən nəsillərə (gələcəyə) dəfələrlə ötürülməsi mümkün oldu.
III informasiya inqilabının əsasını Yakobi tərəfindən elektrikin kəşfi (1834-cü il) təşkil edir. Bunun nəticəsində telefon, teleqraf texnologiyasının meydana gəldi., daha sonra radio və televiziya ixtira olundu. Beləliklə də, müxtəlif formalı informasiyanın çox qısa zamanda uzaq məsafəyə ötürülməsi problemi həll olundu. Bu inqilabın verdiyi imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı, artıq mətnlərlə yanaşı, audio-video informasiyaların hazırlanması zərurəti çap (qəzet, jurnal və s.) jurnalistikası ilə yanaşı, radio və televiziya jurnalistikasının meydana gəlməsi və formalaşmasına səbəb oldu.
IV informasiya inqilabı 1969-cu ildə kompyuterləri bir-biri ilə əlaqələndirən şəbəkənin - ARPANET-in (İnternetin əsası bu şəbəkə ilə qoyulmuşdur) işə salınması, fərdi kompüterlərin yaradılmasına səbəb olan, onların özəyini təşkil edən mikroprosessorların layihələndirilməsi və istehsalı (1970-ci illər) ilə bağlıdır. IV informasiya inqilabı nəticəsində, nəinki informasiya bolluğu yarandı, hətta informasiya çox böyük sürətlə sel kimi artaraq cəmiyyət və insanlar üçün problemlər meydana gətirdi.
İnformasiya inqilablarının meydana gəlmə tarixi və yaratdığı təzahürlərdən göründüyü kimi, müxtəlif formalı informasiyaları qeyd etmək, yadda saxlamaq, emal etmək, məkan və zamana görə yaymaq, gələcəyə ötürmək obyektiv səbəblər üzündən çox çətin olubdur. Bu səbəbdən də tarixən informasiya (bilik) qıtlığı mövcud olmuş, zaman keçdikcə informasiyaların qeydiyyatı və yadda saxlanılması, emalı və ötürülməsi texnologiyaları meydana gəlmiş, tədricən informasiya bolluğu yaranmağa başlanmışdır.
Yalnız IV informasiya inqilabının əsasında dayanan kompüter və İnternet istənilən formalı informasiyaları yadda saxlamağa, qeyri-məhdud məkanda (coğrafi məkandan virtual məkana keçid) yaymağa və gələcəyə ötürməyə imkan verir. Bunun da nəticəsində bəşər tarixində misli görünməmiş, çox yüksək sürətlə artan informasiya (bilik) bolluğu, sözün həqiqi mənasında, informasiya seli yaranır.