İnformasiya cəmiyyətinin hədəfləri və əsas xüsusiyyətləri İnformasiya cəmiyyətinin hədəfləri aşağıdakılardır:
informasiya və telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi;
keyfiyyətli İKT xidmətlərinin təqdim olunması;
cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi;
əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
hər bir vətəndaşın informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqlarının hərtərəfli və sərbəst təmin edilməsi;
rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, ənənəvi iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidin təmin olunması
“elektron hökumət”in inkişfı, elektron xidmətlərin genişləndirilməsi, keyfiyyətinin artırılması;
informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği;
informasiya və telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi və ixtisaslı kadrların hazırlanması;
hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi
informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi;
beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi.
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri bunlardır:
Cəmiyyətdə informasiyanın, biliklərin, informasiya texnologiyalarının rolu artır;
Telefon, radio, televiziya, İnternet, ənənəvi və elektron mətbuatdan istifadə etməklə cəmiyyət sürətlə informasiyalaşır;
İnsanların effekli informasiya əlaqəsini, onların ümumdünya informasiya resurslarına çıxışını, informasiya məhsullarına və xidmətlərinə tələbatını təmin edən qlobal informasiya məkanı formalaşır.