M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti
İKT infrastrukturu və xidmətləri (yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması; kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli İnternet xidmətlərinin göstərilməsi; əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması)
yüksək texnologiyalar sektorunun inkişafı (rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırılması; kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi; xüsusi vergi və gömrük rejimlərinin tətbiq olunması; İnternet iqtisadiyyatının, o cümlədən elektron ticarətin inkişaf etdirilməsi; informasiya cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılmasının genişləndirilməsi)
elektron dövlətin inkişafı (dövlət orqanları arasında səmərəli və təhlükəsiz informasiya mübadiləsinin təmin olunması; “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə elektron xidmətlərin göstərilməsi; dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişləndirilməsi; “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, elektron və mobil imzanın, həmçinin elektron ödənişin tətbiqinin genişləndirilməsi)
elektron təhsilin inkişafı (bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulması; elektron tədris vasitələrinin inkişaf etdirilməsi; bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması; İKT-nin tətbiqi ilə yeni təhsil modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi;
elektron vətəndaşın inkişafı (cəmiyyətin bütün üzvləri, xüsusilə də ucqar kənd yaşayış məntəqələrində yaşayan və ya xüsusi tələbləri olan insanların kompyuterdən, internet xidmətlərindən, “E-hökumət” portalından istifadə bacarıqlarının inkişaf etdirilməsi