Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


İnformasiya cəmiyyətinin müəllimi



Yüklə 1,11 Mb.
səhifə9/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   5   6   7   8   9   10   11   12   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

İnformasiya cəmiyyətinin müəllimi. Bu cəmiyyətdə müəllimin rolu dəyişir və genişlənir. Müəllimin bilik inhisarçılığına son qoyulur. Kompüter və İnternet müəllimin daşıdığı ənənəvi funksiyaların bir hissəsini öz üzərinə götürür. Müəllim daha çox konsultant, koordinator, nəzarətçi rolunda çıxış etməyə başlayır. Müəllimdən öz biliklərini daim yeniləmək, təkmilləşdirmək, texnoloji yenilikləri çevik şəkildə mənim­səmək tələb olunur.
İnformasiya cəmiyyətinin tələbəsi. Bu cəmiyyətdə tələbədən müstəqil öyrənmə, yeni biliklərə can atma vərdişləri sayəsində yaradıcılıq və intellektual potensialın artıırılması, müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığı, müstəqil qərar qəbuletmə qabiliyyəti tələb olunur.
İnformasiya cəmiyyətinə xas olan tədris vasitələri:



DİSTANT TƏHSİL TEXNOLOGİYASI (DTT) VƏ ONUN TƏTBİQ XÜSUSİYYƏTLƏRİ

Bu gün İKT-nin təhsilə tətbiqi sahəsinin inkişafı əsasən 2 istiqamətdə gedir:



  1. İKT-dən istifadə etməklə ənənəvi təhsil formalarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi.

  2. Yaradılmış yeni metodlardan istifadə etməklə təhsil prosesinə distant (uzaq məsafədən) təhsil texnologiyasının tətbiqi.

Təhsil və informasiya mədəniyyəti sahəsində öz təsirini göstərən distant təhsil forması qlobal dəyişikliklərə səbəb olaraq inkişaf etmiş ölkələrin əsas təhsil formasına çevrilməkdədir. Distant tədris daha qeniş istifadəçi auditoriyasına malik olmağa, tədris materiallarının və xərclərin yaradılması və istifadə edilməsində minimum xərclər sərf etməyə, müxtəlif məkanda olan istifadəçilərlə istənilən zaman telekommunikasiya imkanları vəsitəsi ilə əlaqə yaratmağa və tədrisin yaradılmasına imkan verir. Bu növ tədris formasında təhsil almaq istəyənlərin sayının sürətlə artması yeni təhsil müəssisələrinin və fakültələrinin yaranmasına tələbi artırır ki, bu da təhsilə yeni əlavə xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq distant təhsil sisteminə keçmiş dünya ali məktəblərinin təcrübəsi sübut edir ki, bu forma təhsil sisteminin təşkilinə xərclənən vəsait tezliklə özünü doğruldur və müəssisəyə əlavə böyük gəlirlərin daxil olmasına zəmin yaradır.
Fərdi kompüterlərin və internet şəbəkəsinin yaranması distant təhsil formasının inkişafını sürətləndirərək onu ən populyar təhsil formasına çevrilməkdədir.
Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir:

  1. Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil zamanı bu məhdudiyyətlərin demək olar ki, bütünlüklə aradan qalxır.

  2. İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda çatdırıl­masının təmin olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri həcmli avto­matlaşdırılmış sorğu sistemlərindən istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.)

  3. Biliklərin daha təkmil qaydada qiymətləndirilməsi imkanlarının artması, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili və s.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin