Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Təyinatına görə distant tədris sistemi



Yüklə 1,11 Mb.
səhifə11/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   7   8   9   10   11   12   13   14   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Təyinatına görə distant tədris sistemi qenişmiqyaslıseçim (fraqment) xarakterli olurlar. Genişmiqyaslı tədris sistemi müəyyən ixtisas üzrə mütəxəssislərin, baka­lavrların, magistrlərin hazırlanması üçün tədris planının tam yerinə yetirilməsini təmin edir. Bu texnoloqiya tələbələri tədris-metodiki materiallarla, müəllim və tələbə arasında, həmçinin tələbələr arasında interaktiv mübadiləyə əsaslanır. Seçim xarakterli tədris sisteminə təkmilləşdirmə kursları, II təhsilin alınması, istifadəçilərə ayrı-ayrı kurslar üzrə fərdi tədrisin təşkili və s.aiddır.
Distant tədris sistemi asinxronsinxron tədris metodlarına ayrılır:

  • asinxron tədris metodunda tələbə uzaq məsafədə tədris-metodik materiallardan istifadə edərək fərdi plan üzrə hazırlaşır.

  • sinxron tədrisdə tədris müəssəsi dərsləri (mühazirələri, seminarları, konsul­tasiyaları) müəllim və tələbə arasında real zaman anında təşkil edir. Bu zaman tələbələr eyni vaxtda məsğul olan qrupda və ya distant tədris qrupunda (müxtəlif auditoriyalarda, müxtəlif şəhər və ölkələrdə) ola bilərlər.

Yuxarıda göstərilən metodlardan hər biri xüsusi təhsil texnoloqiyasına – distant tədris texnoloqiyasına malikdir. Belə ki, hər iki metod əlaqədar olaraq bir-birini tamamlayır.


MÖVZU – 2. İNFORMATİKANIN PREDMETİ VƏ ƏSAS ANLAYIŞLARI

XX əsrin ortalarında İnformatika elmi meydana gəlmişdir. İnformatika elmi informasiyanın yaradılması, saxlanması, qəbulu, ötürülməsi və emalı üçün üsul və vasitələrini öyrənir.


İnformatika nəzəriyyəsi fənninin məqsəd və vəzifələri. İnformatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.
Beləlliklə “İnformatika” fənninin əhəmiyyəti və vəzifələrini aşağıdakı şəkildə qeyd etmək olar:

  • Məntiqi mühakimə yürüdə bilmək bacarıqlarının, alqoritmik təfəkkürün inkişafı

  • Intellektual səviyyənin inkişafı

  • Müasir texniki vasitələrlə davranmaq, müxtəlif sosial, iqtisadi, hüquqi və siyasi informasiyaların əldə edilməsi və onlardan istifadə edilməsi imkanı

  • Insanların elmi, praktiki biliklərinin genişlənməsi, yeni ixtisaslara yiyələnməkdə mühüm rol

  • Digər elmləri öyrənmək üçün zəruri bilik, bacarıq və vərdişlərin formalaşdırılması

  • İnsanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlamaq

  • Dünya elektron informasiya resurslarını təhlil etmək bacarıqlarının formalaşdırılması

  • Kompüter savadlılığının formalaşdırılması

  • Şəxsiyyətin informasiya mədəniyyətinin formalaşdırılması

Cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda “İnformatikanın nəzəri əsasları” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır. Bu informatika elminin məqsədlərini aşağıdakı şəkildə qeyd etmək olar:

  • Məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq

  • Problemlərin həlli üçün zəruri informasiyaları kompüter vasitəsilə ala bilmək sahəsində texniki bacarıq və vərdişləri öyrətmək

  • İnformatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti, ən müasir İKT-nın imkanları və tətbiq dairələri ilə tanış etmək, həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaq.

  • Elmi-tədqiqat işlərinin (ETİ) daha da dərinləşdirilməsi, elmi informasiya resurslarını İnternet vasitəsilə öyrənməyi, əldə etməyi, tədqiqatlarda İKT-nı tətbiq etmək istiqamətində elmi-metodoloji rəhbərliyi həyata keçirmək

İnformasiya nəzəriyyəsinin banisi Norbert Vinerin fikrincə, təbiətdə təsvir olunan bütün hadisələr maddə, enerji informasiya kimi fundamental anlayışların vasitəsilə əhatə olunmuşdur.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin