Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


İnformatika fənninin strukturuna



Yüklə 1,11 Mb.
səhifə13/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   9   10   11   12   13   14   15   16   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:
1. İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya, informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri).
2. Nəzəri və riyazi informatika (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul edilməsi, riyazi və məntuqu aparat).
3. Süni intellekt nəzəriyyəsi (İntellektual və psixi proseslərin
modelləşdirilməsi ekspert sistemləri, obrazların tanınması, intellektual robortar).
4. Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, komputer sistemləri və şəbəkələri).
5. Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox elm sahələrində-iqtisadiyyatda,texnikada,hərbi işlərdə,hüquqi sahədə yaranan məsələlər).


İnformatika fənninin əsas tərkib hissələri.
İnformatikanın fundamental elm kimi üç əsas tərkib hissəsi vardır:

  1. Texniki təminat (Hard Ware) –informasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən kompüterlər, digər qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.

  2. Proqram təminatı (Soft Ware) –İstifadə edilən qurğuların idarə olunması, əlaqələndirilməsi, informasiya emalı ilə əlaqədar proseslərin yerinə yetirilməsi və qoyulmuş məsələlərin həlli proqramları öyrənilir.

  3. Alqoritm və nəzəri bilik təminatı (Brain Ware) –məsələnin kompüterdə həlli üçün alqoritmlərin qurulması nəzəri üsullar və metodlar öyrənilir.



Proqram təminatı (Software) kompüterdə informasiyanın emalı prosesinin yerinə yetirilməsi funksiyalarını özündə birləşdirən proqramların toplusudur. Bu funksiyalar qrupu üç yerə bölünür.



Kompüterin proqram təminatının sxemi


Kompüterin işinin idarə olunmasını təmin edən proqramların məcmusuna Sistem proqram təminatı deyilir. Sistem proqram təminatı yerinə yetirdiyi funksiyalara görə 2 yerə bölünür: Baza proqram təminatı Servis proqram təminatı.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin