Arxivatorlar – arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv surəti yaradılmış olur. Əsasən mətn tipli fayllar daha çox sıxılmaya məruz qala bilir.
Arxivləşdirmənin iki səbəbi var:
İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)
Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.
Misal olaraq: ARJ, ACE, PKZİP, PKUNZİP, SFX, CAB, Gzip, WinZip, WinRar, WinArj, WinAce, Hamster, 7-Zip, Tar, Jar, Rar.
İNSTRUMENTAL PROQRAM TƏMİNATI
Proqramlaşdırma sistemləri - proqramlaşdırma dillərində işləməyi təmin edir Translyatorlar, sazlayıcı proqramlar
Translyator – proqramlaşdırma dillərində yazılmış proqramların maşın dilinə çevrilməsi üçün istifadə olunur
Kompilyator – yazılmış ilkin proqramı bütünlükdə birbaşa maşın dilinə çevirir.
İnterpretator – hər bir operatoru ayrılıqda təhlil edərək, hissə-hissə maşın dilinə tərcümə edir
Proqramlaşdırmanın inteqrallaşmış mühiti (IDE) – əsasən yazılmış ilkin proqramın mətnində redaktə işləri aparmaq, proqramın icra olunması üçün nəzərdə tutulmuşdur. Misal olaraq: Eclipse, Netbeans, Embarcadero RAD Studio, Microsoft Visual Studio, Turbo Pascal, Pascal ABC, Dev C++, PL SQL Developer, Oracle SQL Developer
Skriptləşdirmə dili – hər hansı proqramın bir və ya bir neçə hissəsini idarə etməyə imkan verən proqramlaşdırma dilidir. Misal olaraq: JavaScript, VBScript
CASE texnologiyası – mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur. Misal olaraq: Application Development Workbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development Information System
TƏTBİQİ PROQROQRAM TƏMİNATI
Dostları ilə paylaş: |