Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Qlobal kompüter şəbəkələri üçün TPP



Yüklə 1,11 Mb.
səhifə17/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   13   14   15   16   17   18   19   20   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Qlobal kompüter şəbəkələri üçün TPP
Brauzerlər – Misal olaraq: Netscape Navigator, Internet Explorer, Google Chrome, Mozilla FireFox, Safari, Maxton, Opera, Yandex, Mosaic, Amigo və s.
Axtarış sistemləri – Misal olaraq: Archie (ilk axtarış saytıdır), Google, Yahoo, Rambler, Yandex, Altavista, Aport, Bing, Ask, Baidu
Elektron poçt proqramları –Misal olaraq: MS Outlook, Eudora, Mail ru, Gmail com, Hot mail, Bk ru və s.
Hal-hazırda informatikanın inkişafında prespektivli istiqamət informasiya texnologiyasının inkişafı sayılır ki, burada da məqsəd EHM-in süni intellektinə əsaslanan texnologiyanın əldə olunmasıdır.
Müasir şəraitdə texniki vasitələrdən istifadə səviyyəsi informasiyanın çevrilməsi prosesinin səmərəliliyini müəyyənləşdirən əsas amillərdəndir. Yüksək məhsuldarlığa malik hesablama, rabitə və təşkilat texnikası vasitələrinin geniş istifadəsinə olan tələbat bir çox məsələlərin həllini tələb edir. Həmin məsələlərə aşağıdakılar aid edilə bilər: texniki vasitələrdən istifadənin üsul və formalarının müəyyənləşdirlməsi, informasiyanın çevrilməsi prosesinin çoxcəhətli ahəngdarlığının təmin edilməsi və ona nəzarət, avtomatlaşdırılmış informasiya sistemlərinin, məlumat baza və biliklərinin təşkili, iqtisadi proseslərin idarə edilməsi üçün zəruri proqram vasitələrinin, hesablama sistemləri və komplekslərinin səmərəli işinin təmin olunması və s.
MÖVZU – 3. İNFORMASİYA ANLAYIŞI, ƏSAS XASSƏLƏRİ, FORMALARI VƏ TƏQDİMOLUNMA ÜSULLARI

İnformasiya” anlayışı, müasir elmlərdə fundamental, informatikada isə baza terminlərindən biridir. İnformasiya qəbul edən şəxsin dünyagörüşü, marağı və s. ilə əlaqədardır. Başqa sözlə, İnformasiya – verilənərin faydalı məzmunudur. Qavranılma şkalası ilə informasiya verilənlər və bilik arasında aralıq mövqe tutur.


İnformasiya (latınca informatio) öyrənilən obyektlər, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar. İnformasiya tarixində iki böyük informasiya sıçrayışı olmuşdur:
1) yazının yaranması
2) kitab çapının ixtirası.
Əgər obyektlər və hadisələr haqqında alınan bilik təkrarlanırsa, o informasiya hesab olunmur, yəni o informasiya daşımır. Bütün hallarda informasiya faktdır. Fakt isə informasiya olmaya bilər. İnformasiya təsvir edil­miş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir.
İnformasiyanın idarəetmədə və sosial sistemlərdə özünü bariz büruzə verən ali forması bilikdir. Bilik – dərkolunma vasitəsilə alınan informasiyadır. Bilik elə informasiyadır ki, onun əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alına bilər.
Bilik predmet sahəsinin qanunauyğunluqları olub, praktiki fəaıiyyətin və peşəkar təcrübənin nəticəsində əldə edilir, istifadəçilərə həmin sahədə məsələlərin həllində qərara gəlməyə kömək edir. İnformasiyanı emal edərək və nizamlayaraq, insan qanunauyğunluqları aşkarlayır – biliklər alır, sonra alınan məlumatlardan yeni informasiyanın çıxarılması üçün yenidən həmin biliklərdən istifadə edir. Qısaca desək, bilik – qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş informasiyadır.
İnformasiyanın saxlanması üçün informasiya daşıyıcılarından istifadə edilir. İnformasiya daşıyıcısı kimi kağızdan (perfokart, perfolent) və elektron tipli daşıyıcılardan (maqnit lenti, maqnit diski, kompakt disk, fləş kart və s.) istifadə edilir.
İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir. İnformasiya mübadiləsi zamanı əsas iştirakçı subyektlər informasiya mənbələri və informasiya qəbulediciləri hesab olunurlar.
İnformasiya uzaq məsafəyə əvvəlcə kodlaşdırılaraq işıq siqnalları ilə, sonra elektrik naqili ilə, daha sonra isə radio dalğaları ilə ötürülmüşdür.
Rəqəmsal rabitənin banisi ümumi informasiya nəzəriyyəsinin yaradıcısı Klod Şennon sayılır.
İnformasiya parametrinin strukturundan asılı olaraq, siqnallar əsasən diskret və kəsilməz formada ola bilər. Beləliklə siqnallar iki formada olur: diskret (rəqəmli) və kəsilməz (analoq). Siqnal verilən parametrə nəzərən o vaxt diskret hesab olunur ki, bu parametrin ala biləcəyi qiymətlərin sayı sonlu və ya hesabi olsun. Diskret informasiyanı istənilən rəqəmsal indikator (elektron saatlardan, rəqəmsal kamera, kompüter texnikası, mikrafon və s.) vasitəsilə almaq mümkündür. Bizi əhatə edən aləmdən gördüyümüz təsvirlər, obyektlər, zaman ərzində eşitdiyimiz dəyişən siqnalları analoq tipli informasiyaya (məsələn, atmosfer təzyiqi, avtomaşının vericiləri və s.) aid etmək olar. Analoq informasiya insanın 5 duyğu üzvləri vasitəsilə qəbul edilən informasiyadır. Praktiki olaraq, insan informasiyanın 90 faizinə yaxınını görmə (vizual), 9 faizini eşitmə (audio) və ancaq 1 faizini digər duyğu üzvləri (iybilmə, toxunma, dadbilmə) vasitəsilə alınır.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin