Ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) 50%-dən çoxu informasiya sektorunun payına düşür
Ölkədə məşğul əhalinin 50%-dən çoxu informasiya sektorunda çalışır
Azərbaycanda informasiya cəmiyyəti quruculuğu Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012) mühüm rol oynamışdır. Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdən ibarət idi.
Milli Strategiyanın həyata keçirilməsini təmin etmək mәqsәdi ilə iki mərhələli dövlət proqramı həyata keçirilmişdir:
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın müddəti bitməsi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun birinci mərhələsi başa çatmışdır. 2013-cü ildən etibarən ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun ikinci mərhələsi başlanmışdır. Bu mərhələ “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmıpşdır. 2013-2020-ci illəri əhatə edən bu Konsepsiyada Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinin növbəti 8 il üçün məqsədləri, istiqamətləri, vəzifələri müəyyən edilir.
Milli Strategiyanın əsas məqsədi aşağıdakılardan ibarətdir:
ölkədə informasiya cəmiyyətinin bərqərar olması
onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi