partlayış gücünə malikdir.
Hidrogen bombasının partlama prinsipi: ilk öncə hidrogen bombasının
daxilindəki termonüvə reaksiyasını başladan partlayıcı (böyük olmayan atom
bombası) partlayır. Bunun nəticəsində neytron seli və termonüvə sintezinin baş
verməsi üçün yüksək temperatur yaranır. Neytronlar seli deyterium ilə litium (kütlə
sayı 6 olan litium izotopundan istifadə edilir) birləşməsini hədəfə tutur. Litium-6
neytronun təsiri altında helium və tritiuma parçalanır. Beləliklə, sintez üçün gərəkli
olan materiallar bombanın daxilində yaranır.
Hidrogen bombasının hazırlanması və onun tətbiqi anı
Sonra isə deyterium ilə tritium qarışığında termonüvə reaksiyası başlayır,
bomba daxilində temperatur sürətlə artır.
Hidrogen bombasının partlaması üçün baş verən əsas proseslər deyterium ilə
tritiumun reaksiyası ilə bitir. Lakin, daha sonra konstruktorlar nüvələrin sintezini
yox, onların bölünməsini istifadə etməyə üstünlük verirlər. Deyterium və tritium
nüvələrinin sintezi nəticəsində helium və sürətli neytronlar yaranır. Sürətli
neytronların enerjisi uran-238 (adi atom bombalarında istifadə olunan, kifayət
qədər ucuz, uranın əsas izotopu) nüvələrinin bölünməsini təmin etmək üçün kifayət
qədər çoxdur. Bir ton uranın bölünməsi 18 Mt-a ekvivalent enerji yaradır. Bu
enerji yalnız partlayışa və istilik ayrılmasına səbəb olmur. Hər bir uran nüvəsi 2
yüksək radioaktiv ―qəlpə‖yə bölünür. Bölünmə məhsullarına 36 müxtəlif kimyəvi
element və təxminən 200 radioaktiv izotop daxildir. Bütün bunlar bombanın