cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya
fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına çevrilir. Bu qrup
cihazların elektrik sxemi çevirici və impuls gücləndirici rolunu oynayır.
İkinci qrupa dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən
şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit
cərəyan gücləndirici və çevirici rolunu oynayır.
Müasir dozimetrik cihazların, demək olar ki, hamısı ionlaşdırma metodu əsasında
işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir:
Vericilərin əsas tərtib hissəsi olmaqla, detektorlar, yəni ionlaşma kameraları,
qazboşalma sayğacları və ya ssintillyator ölçmə və ya qeydetmə cihazları.
Kimyəvi kəşfiyyat cihazları haqqında ümumi məlumatlar. Havada, ərazidə,
texnikanın və başqa obyektlərin səthlərindəki, zəhərləyici maddələri (ZM) adətən
kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud problar nümunə
götürüb onları kimya laboratoriyasında təhlildən, analizdən keçirməklə aşkar
edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə orqanoletik üsulla
aşkar etmək heç də həmişə mümkün deyil; əvvala onların bir çoxunun heç bir iyi
rəngi, qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM- nin zəhərliliyi o
dərəcədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi
cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın
səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun rənginə,
zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə ancaq bəzi zəhərləyici
maddələri təxmini olaraq aşkar etmək mümkündür. Zəhərləyici maddələri çöl
şəraitində aşkar və təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir; bu
üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin
qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə
əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna
dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək
ZM-in konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə
mümkündür.
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri
məsaməli maddəyə yaxır, yaxud şüşə ampula yığırlar. Reaktiv yaxılmış məsaməli
maddəni və müvafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin
təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar
indikator borucuğu adlanır. İndikator borucuğunu işlədərkən onun uclarını kəsir,
daxilindəki ampulu sındırmaq və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan
keçirirlər: bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya
qoşularaq məsaməli maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun
tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının; qoşun kimyəvi kəşfiyyat
cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-
11 avtomat qaz siqnalizatorları və s. növləri olur.
Dostları ilə paylaş: