Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə47/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   43   44   45   46   47   48   49   50   ...   218
Mülki müdafiə (Mühazirələr)

Meteoroloji fövqəladə hadisələr: 
- 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;  
Qasırğa (Tufan) - çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz 
və  quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.     
Fırtınalar  (tufan,  tayfun)  güclü  küləklər  nəticəsində  meydana  gələn  təbii 
hadisələrdən  biridir.  Yağışla  birlikdə  əsən    şiddətli  küləklər  tufan,  quraq  və 
yağışsız havada  əsən  küləklər isə tayfun adlanır.  
İldırım  –  bulud  topalarından  elektrostatik  yüklərinin  boşalmasıdır,  ani  şimşək, 
qəfil və  çox güclü səslə müşayiət olunur.  
İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun  
temperaturu  300  000  dərəcəyə  qədər  yüksəlir.  İldırım  vurması  zamanı  ağac 
parçalana  və    hətta  yana  bilər.  Ağacın  parçalanmasına  səbəb  ağacın  daxilindəki 
nəmişliyin ani olaraq,  buxarlanması nəticəsində baş verir.  
İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada  
ildırım vurmasından təxminən 3000 insan həlak olur.  
İldırım zərbəsi adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin  ən aşağı  
səviyyədə  olması  nəticəsində  baş  verir.  Beləliklə,  ən  yuxarı  yüksəklikdə  olan 
obyekt  ilə    bulud  topası  arasında  məsafə  azdırsa,  deməli  elektrik  müqaviməti  də 
aşağıdır.  Buna  uyğun  olaraq  da,  ildırım  zərbəsi  ilk  növbədə  ən  hündürdə  olan 
obyektə (ağac, dirək və s.)  dəyir.  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin