VII. Əlavə təhsil müəssisələrində təhsilalanlara mülki müdafiənin öyrədilməsi 7.1.Əlavə təhsil müəssisələrində təhsilalanlara mülki müdafiənin öyrədilməsinin
əsaslarını sülh və müharibə dövrlərindəki fövqəladə hallarda onların öz əsas işinə
və mülki müdafiə üzrə vəzifələrinə müvafiq olaraq mühafizə tədbirlərini həyata
keçirmək vərdişlərinin qazanması məqsədilə aparılan əməli məşğələlər təşkil edir.
7.2. Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris
prosesinə «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin
edilməsi» kursu, ictimai və humanitar təmayüllü təhsil müəssisələrində isə «Mülki
müdafiə» kursu daxil edilir.
Məşğələlər həm bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər
fənnlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən, müstəqil
hazırlıq saatlarında keçirilir. Məşğələlər fəal tədris metodları və hesablayıcı
texnikanın geniş tətbiqi ilə aparılır.
7.3. Mülki müdafiə kursunun öyrədilməsi proqram həcmində yoxlama ilə, yaxud
yoxlama işi (referat) yazmaqla başa çatdırılır. Fövqəladə hallarda müəssisənin
(sahənin) idarə edilməsi və onun sabit işinin təmin olunması məsələləri
dinləyicilərin buraxılış işlərinə ayrıca bölmə kimi daxil edilir.