Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


III. Komissiyanın funksiyaları və hüquqları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə93/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   89   90   91   92   93   94   95   96   ...   218
Mülki müdafiə (Mühazirələr)

III. Komissiyanın funksiyaları və hüquqları 
4. Komissiya ona həvalə edilən vəzifələrə müvafiq olaraq: 
a) gündəlik fəaliyyətində aşağıdakı işləri təşkil edir və əlaqələndirir; 
Fövqəladə 
hallarda 
fəaliyyətə 
hazırlığın 
yüksəldilməsi, 
əhalinin 
təhlükəsizliyinin  təmin  edilməsi,  sənaye,  energetika,  nəqliyyat,  rabitə,  sosial  və 
mədəni-məişət obyektlərinin  fövqəladə  hallarda  işinin etibarlığı və  davamlılığının 
artırılması  üzrə  respublika  nazirliklərinin,  baş  idarələrinin  və  digər  idarəetmə 
orqanlarının fəaliyyətini; 
ehtimal olunan fövqəladə halların və onların nəticələrinin proqnozlaşdırılması, 
Azərbaycan  Respublikasının  ərazisində  qəzalar,  təbii  fəlakətlər,  epidemiya, 
epizootiya  və  epifitotiya  nəticəsində  yarana  biləcək  təhlükəli  zonaların  və 
gözlənilən ziyanın müəyyənləşdirilməsi işlərini; 


təhlükə potensiallı obyektlərdə qəzaların qarşısının alınmasına, belə hallar baş 
verərkən,  həmçinin  təbii  fəlakət,  epidemiya,  epizootiya  və  epifitotiya  hallarında 
ehtimal  olunan  ziyanın  azaldılmasına  yönəldilmiş  profilaktik  tədbirlər  sisteminin 
hazırlanması üzrə işləri; 
ehtimal  olunan  qəzaların,  təbii  fəlakətlərin,  epidemiyanın,  epizootiyanın  və 
epifitotiyanın  aradan  qaldırılması  üzrə  fəaliyyət  planının  işlənib  hazırlanması 
işlərini; 
profilaktika 
tədbirlərinin 
həyata 
keçirilməsinə, 
habelə 
əhalinin 
təhlükəsizliyinin  təmin  olunması  probleminin  kompleks  halda  həlli  üzrə  elmi, 
elmi-texniki  araşdırmaların,  təcrübə-konstruktor  işlərinin  yerinə  yetirilməsinə, 
fövqəladə  hallarda  fəaliyyət  üçün  nəzərdə  tutulmuş  dəstələrin  saxlanması  və 
təchizat məsrəflərinin ödənilməsinə, qəzalar, təbii fəlakətlər, epidemiya, epizootiya 
və  epifitotiya  nəticələrinin  aradan  qaldırılması  və  zərərdidələrə  yardım 
göstərilməsinə lazım olan xərclərdən ötrü maliyyələşdirmə, maddi-texniki təminat 
və maddi sərvətlər ehtiyatları sisteminin yaradılması üzrə işləri; 
fövqəladə  halların  qarşısının  alınması  və  onun  nəticələrinin  aradan 
qaldırılması tədbirlərində ictimai təşkilatların və müvafiq təcrübəyə malik şəxslərin 
iştirakı üçün şərait yaradılması işlərini; 
Azərbaycan  Respublikası  əhalisinin  fövqəladə  hallarda  fəaliyyətə 
hazırlanması üzrə işləri; 
Komissiyanın  səlahiyyətinə  aid  məsələlər  üzrə  qanunvericilik  aktlarının, 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarının  və  digər  normativ 
sənədlərin işlənib hazırlanması və onların yerinə yetirilməsinə nəzarət işlərini; 
fövqəladə  halların  profilaktikası,  qarşısının  alınması  və  nəticələrinin  aradan 
qaldırılması sahəsində digər dövlətlərin təcrübəsinin öyrənilməsi və ondan istifadə 
olunması,  Komissiyanın  səlahiyyətləri  dairəsində  xarici  ölkələrlə  və  beynəlxalq 
təşkilatlarla əməkdaşlıq işlərini; 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin