Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


  Biosferin  vəziyyətinin  dəyişməsi  ilə  əlaqədar  fövqəladə  hadisələr



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə73/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   69   70   71   72   73   74   75   76   ...   218
Mülki müdafiə (Mühazirələr)

4.  Biosferin  vəziyyətinin  dəyişməsi  ilə  əlaqədar  fövqəladə  hadisələr  (yaşayış 
mühitinin  dəyişməsinə  həssas olan  heyvan  və bitkti  növlərinin  yox olması,  yerin 
bitki örtüyünün məhv olması).  
Yer kürəsində canlı orqanizmlərlər yaşayır - bitkilər, heyvanlar, mikroorqanizmlər.  
Onlar Yer kürəsinin canlı qabığıdırlar.   
  Yer kürəsinin canlı qabığının dəyişməsi təbii səbəblərdən və insan fəaliyyəti ilə 


əlaqədar  baş  verir.  Bu  yaşayış  mühitinə  həssas  olan  heyvanların,  bitkilərin  yox 
olmasına,    böyük    ərazilərdə  bitkilərin  məhv  olmasına,  heyvanların  kütləvi 
ölümünə  səbəb olur.  
Canlı mühit bərpa olma qabiliyyətini itirir.  
Canlı və cansız təbiət daim əlaqədədirlər.  
Bunların  birində  dəyişiklik  baş  verdikdə  ekoloji  tarazlığın  pozulmasına  gətirib 
çıxarır.    İndiki  zamanda  canlı  və  cansız  təbiətə  ən  güclü  təsiri  insan  göstərir. 
Antropogen  təsir - insanın bilavasitə orqanizmlərə və ya onların yaşayış  mühitinə 
təsiridir.  İnsan  ovçuluqla    və  əkinkiliklə  məşqul  olduqdan  o  təbiətə  təsir  etməyə 
başlayıb.  XIX    əsrin ortalarından    intensiv sənaye  inkişafı baş  verib  ki,  bu    ətraf 
mühitin  çirklənməsinə  səbəb  olub.    XX    əsrin  sonuna  istehsalat  sahələrinin,  yeni 
texnologiyaların  əmələ gəlməsi və kənd  təsərrufatının inkişafı nəticəsində  insanın 
hava mühitinə, suya və torpağa təsirini  çoxaldıb. Bir çox hallarda insan fəaliyyəti  
ətraf  mühitin  çirklənməsinə  və  canlıların    məhvinə  səbəb  olur.  Bu  öz  nəticəsində 
insanın özü üçün təhlükə yaradır.       
 Yer kürəsinin canlı qabığı insanın müxtəlif fəaliyyətinin təzyiqi altındadır və insan  
canlılar varlığı üçün qoruyucu tədbirlər görməlidir.   
 
İnsan fəaliyyəti səbəbindən ətraf mühitin ekoloji çirklənməsi nə ilə nəticələnir:   
- təbii ehtiyatların azalması;  
- ozon qatının dağılması;  
- iqlimin dəyişməsi;  
- heyvanların və bitkilərin məhv olması;  
- torpağın, yer təkinin və səthinin dəyişməsi və dağılması;  
- obyektlərin intensiv dağılması;  
- məhsuldarlığın düşməsi;  
- məhsulun keyfiyyətinin düşməsi;  
- insan sağlamlığının və maddi rifahının pisləşməsi.    
     
  Güclü  meşə,  çöl,  tarlaların  yanmsı  da  ekoloji  xarakterli  fövqəladə  hadisələrə  aid 
edilir.  
Meşə yanğını 
Meşə yanğını - alovun idarəolunmaz, təbii qaydada meşə sahələrində yayılmasıdır.  
Meşələrdə  yanğınların baş  verməsi təbii  və antropogen səbəblər  ilə  fərqlənir.  Ən 
çox  meşələrdə  geniş  təbii  yanğınlar  ildırımlardan  baş  verirdi.  Geniş  yanğınları 
hətta  kosmosdan da müşahidə etmək olur.  
Cavan meşələrdə, harda ki yaşıllıqlar çoxdur, çox yaşlı və quru ağaclar olan  
meşələrdən  ildırımdan  yanğınların baş  verməsi ehtimalı azdır.  Beləliklə, təbiətdə 
insanlara qədər özünəməxsus tarazlıq var idi. Meşə yanğınların  
ekoloji təsiri meşələrin təbii təzələnməsində idi.   
Hazırda  təbii  yanğınların  (ildırımdan)  həcmi  7%-8%,  yəni  meşə  yanğınlarının 
böyük  hissəsi insan fəaliyyəti ilə bağlıdır.  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin