Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə75/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   71   72   73   74   75   76   77   78   ...   218
Mülki müdafiə (Mühazirələr)

Mənzərəli sahələrdə yanğınlar- kor-təbii yayılan yanğınlardır və ətrafda hər  şeyi  
məhv edirlər. Tarlalara, yaşıllıqlara ciddi təhlükədir.   
Yanğınların səbəbi adətən insan laqeydliyi olur - siqaretdən, kibritdən və uşaqların  
oyunlarından.  Episentrində  olan  yüksək  temperatur  yaxında  olan  hər  bir  şeyi 
alovlandırır.  
Böyük miqdarda tüstülənmə əmələ gəlir ki, insanların, heyvanların tüstüdən  
boğulmasına gətirir.  
Sosial - iqtisadi  fövqəladə hadisələr
 
Sosial  -  iqtisadi    fövqəladə  hadisələr-  hansı  bir  ərazidə  əmələ  gəlmiş  təhlükəli  
sosial  və ya sosial-siyasi durumdur ki, yaranmış  vəziyyət insanların, cəmiyyətin,  
dövlətin  maraqlarına təhlükə yaradır, çoxsaylı insan və maddi itkilərlə nəticələnir.  
   
Sosial - iqtisadi  fövqəladə hadisələrə aid edilir:  
-  hərbi toqquşmalar;   
-  lokal və sosial - milli və dini zəmində olan münaqişələr;   
-  aclıq;  
-  iri miqyaslı tətillər;  
-  kütləvi iğtişaşlar, talanlar,  yanğınların törədilməsi, tüğyan edən cinayətkarlıq.  
-  terror aktları.  
Bir  növ  fövqəladə  hadisələr  digər  fövqəladə  hadisələrin  yaranmasına  səbəb  ola 
bilərlər.  Sosial  -  iqtisadi    fövqəladə  hadisələrər  baş  verdiyi  ərazinin  sahəsinə, 
xəsarət alanların  sayına və itkilərin ölçüsünə görə təsnif olunurlar: 
Terror  aktları-  partlayışların,  yanğınların,  insanların  qorxudulmasına  və  insan 
ölümü  təhlükəsinin  yaranmasına,  maddi  itkilərin baş verməsinə, ekoloji  fəlakətin  
əmələ  gəlməsinə və digər ağır hadisələrin baş verməsinə yönəldilmiş hərəkətlərdir.   
Terror aktlarının məqsədi:  
-  dövlət,  yerli  özünüidarəetmə  orqanlarının,  beynəlxalq  təşkilatların  qərar  qəbul 
etməsinə  qeyri-qanuni təsir göstərmək;  
- radioaktiv, partlayıcı, kimyəvi və bioloji təhlükəli maddələrin oğurlanması;  
- şəxsi və millətlər arası münasibətlər zəminində kütləvi ixtişaşların törədilməsi;  
- içtimai asayişin pozulması;  
- fasiləsiz iş texnoloqiyası ilə işləyən, şəhərlərin əhalisinin həyat fəaliyyətini təmin 
edən      obyektlərdə,    nəqliyyatda  və  səhiyyə  müəssisələrində  icazəsiz  və  qəflətən 
işin  dayandırılması.  
               Terror aktları:  
-  sərnişin avtobuslarında törədilmiş terror aktları;   
-  sərnişin və yük qatarlarında törədilmiş terror aktları;   
-  hava nəqliyyatında törədilmiş terror aktları;   
-  metropolitendə törədilmiş terror aktları;   


-  sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı;   
-  mülki şəxslərə və hərbiçilərə qarşı törədilmiş terror  aktları;   
-  mülkü və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları.   
 1980-cı illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni  
diasporasının  maliyyə  və  təşkilatı  yardımı  ilə  dünyanın  müxtəlif  ölkələrində 
fəaliyyət  göstərən  erməni  terror  təşkilatları,  ―Terrorizmlə  mübarizə‖  bölməsi 
―erməni terrorizmi alt bölməsi‖ Azərbaycana qarşı terror müharibəsinə başlamışlar.   
Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan  
Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas 
tərkib  hissələrindən biri kimi qəbul etmişdir.  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin